Regionların inkişafında yeni mərhələ başlayır

 

Bu il “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası başa çatır. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ölkə başçısının qeyd etdiyi kimi, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda güclü iqtisadiyyat dayanır: “Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişikson 15 ilin göstəriciləri bunu əyani sübut edir. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsünqeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin”. Məhz bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi bu günlərdə Prezident İlham Əliyevin İsmayıllı və Şamaxı rayonlarına səfəri zamanı bir sıra sosial-iqtisadi obyektlərin açılışını göstərmək olar.

 

Yerli məhsullarımız brend olaraq xarici bazarlara çıxacaq

 

Qeyd edək ki, reallaşdırılan yeni infrastruktur layihələr bölgələrin daha da abadlaşdırılmasına imkan verir. Ölkə başçısı İsmayıllı rayonuna səfəri çərçivəsində rayonda yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında, eləcə də rayonun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edib. Qeyd edək ki, rayonda bu cür obyektlərin açılışı, ilk növbədə əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib.

Regionların inkişafında önəmli amillərdən biri də yerlərdə kənd təsərrüfatının, sahibkarlığın inkişafıdır. Bu məqsədlə yerlərdə yaradılan aqroparkların fəaliyyəti genişləndirilir. Hazırda ölkədə dörd aqropark fəaliyyətdədir. On dörd aqropark isə bu ilin sonuna qədər istifadəyə veriləcək. Dövlət aqroparkların yaradılmasına böyük dəstək göstərir. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Prezident İsmayıllı rayonuna səfəri zamanıButa Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında da iştirak edib. Aqroparkda il ərzində təqribən 2,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunaraqİsmayıllı Tərəvəzləribrendi altında yerli xarici bazarlarda satışa çıxarılacaq.

Ölkə başçısı, eləcə rayonun Keyfəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin açılışında da iştirak edib. Burada istehsal ediləcək məhsullar “AZZA” brendi adı altında satışa çıxarılacaq. Layihənin icrası nəticəsində 14 nəfər işlə təmin edilib ki, gələcəkdə yerlərinin 70-ə çatdırılması nəzərdə tutulur.

Bundan başqa, ölkə başçısıAzərxalça”ASC-nin İsmayıllı filialının açılışında iştirak edib. Bu fabrikdə 150-yə yaxın insan işlə təmin olunub. Göründüyü kimi, bu cür obyektlərin açılışı, ilk növbədə yerlərdə əhalinin işlə təminatında mühüm rol oynayır. Həmçinin yerli məhsulların istehsalı ərzaq təhlükəsizliyinin təmin olunmasında brend olaraq dünya bazarlarına çıxmasında böyük əhəmiyyət kəsb edir.

 

Turistlər Lahıc Şamaxıda yeni turizm obyektləri ilə tanış olacaqlar

 

Ölkəmizdə prioritet sahələrdən biriturizmdir ki, bu sektorun inkişafı bilavasitə bölgələrin inkişafı ilə bağlıdır. Qeyd edək ki, bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank kartları ilə 513 milyon manat pul xərcləyiblər. Bu, ancaq bank kartları ilə xərclənən pullardır və keçən illə müqayisədə 21 faiz çoxdur. Bu pullar xidmət sektoruna, yerlərinin yaradılmasına, ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin iqtisadiyyatına yönəldilir və makroiqtisadi sabitliyə müsbət təsir göstərir.

Ölkə başçısının İsmayıllı və Şamaxı rayonuna səfəri çərçivəsində də bir sıra obyektlərin açılışı məhz turizmin inkişafına təkan verəcək faktorlardır. Bunlardan biri kimi, Dəmirçi-Lahıc avtomobil yolunun açılışını göstərmək olar. Qeyd edək ki, ölkəmizdə son illər yol infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Yol infrastrukturunun səviyyəsinə görə Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan dünyada 36-cı yerdədir. Bu baxımdan, Dəmirçi-Lahıc avtomobil yolunun açılışı tarixi bir hadisədir. Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirən bu yol turistlərin bölgəyə səfərində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında olublar. Buradakı açıq muzey, xüsusilə diqqəti cəlb edir. Turistlərin ən çox maraq göstərdikləri sahələrdən biri məhz muzeylər olduğunu nəzərə alsaq, yəqin ki, bu muzey xarici qonaqlar üçün əsas səyahət yerlərindən biri olacaq.

Turistlər üçün digər bir maraq doğuracaq yer isə Şamaxıda Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksidir. Regionun turizm potensialı nəzərə alınaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminin inkişafına nail olmaqdır. Bu məqsədlə ərazidə şərab muzeyirestoran binası, terras istifadəyə verilib.

Beləliklə, bu gün yerlərdə yeni infrastrukturun yaradılması, sosialyönümlü obyektlərin istifadəyə verilməsi həm regionun inkişafına, həm əhalinin işlə təminatına səbəb olacaq, həm turizm məkanına çevriləcək.

 

Nigar Abdullayeva

 

Palitra  2018.- 29 avqust.- S.4.