Kamran Əliyev - 65” biblioqrafiyası çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin 65 illik yubileyi münasibətilə “Kamran Əliyev–65” kitabı çap olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Zərdabi LTD” nəşriyyatında işıq üzü görən kitab alimin biblioqrafiyasına həsr edilib.

Nəşrin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, redaktoru Fərid Hüseyn, məqalələrin tərtibçisi Aysu Kərimova, biblioqrafiyanın tərtibçisi isə filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovadır.

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra.-2018.-18 dekabr.-S.15.