Уİrəvan xanlığıФ türkalman dillərində də çap olunacaqФ

Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

 

Tarix İnstitutundan Day.Az-a verilən məlumata görə, bu barədə qərar institutun Elmi Şurasının iclasında qəbul olunub.

 

İclasda qonaq qismində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi iştirak edib.

 

İnstitut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan İslamın yayıldığı ilk ölkələrdəndir: "Tarix İnstitutunun nəşrləri olan "Qarabağ: real tarix, faktlar, sənədlər" və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabları ərəb dilində də çap olunub. Bu yaxınlarda "İrəvan xanlığı" kitabı türkalman dillərində də çap olunacaq".

 

Anar

 

Palitra.-2018.-15 fevral.-S.13