Rəssam Hüseyn Haqverdinin sənət fəlsəfəsi

 

Azərbaycan təsviri incəsənətinin inkişafında və daha da mütərəqqi ənənələrlə davam etməsində sovet dövründə yetişmiş rəssamlarımızın rolu danılmazdır. Onu da vurğulamaq lazımdır ki, sovetkommunist ideologiyası milli incəsənətimizin dəyərlərinin təbliğinə maneələr törətmiş və sənətdə ideologiyaya bağlılıq məsələsi rəssamlarımızın əsl yaradıcılıq imkanlarını üzə çıxarmamağa imkan verməmişdir. Müstəqillik illərində rəssamlarımız daha kreativ ideyalar, yaradıcılıq maneralarının və texnikalarının daha da təkmilləşməsinə nail olmuşlar. Müasir fəlsəfi-konseptual tutumlu əsərlər yaradan rəssamlardan biriHüseyn Haqverdidir.

Hüseyn Haqverdiyev 1956-cı ildə Ucar rayonunda rəssam Həsən Haqverdiyevin ailəsində dünyaya gəlmişdir. Hüseyn Haqverdi 1971-75-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Heykəltəraşlıq fakültəsini, 1975-80-ci illərdə isə Vera Muxina adına Ali Bədii Sənaye Məktəbinin Memarlıq-Dekorativ Plastika fakültəsini bitirmişdir. 1980-ci ildən sərgilərin və simpoziumların fəal iştirakçısı olan rəssam təsviri sənətin müxtəlif növlərində qrafika, rəsm, heykəltəraşlıq əsərləri yaratmaqdadır. Təsviri sənətin müxtəlif növləri və ifadə vasitələrindən istifadə edən rəssam, əsasən, monumental səpkidə, irihəcmli formaları ilə seçilən əsərlərə üstünlük verir, bununla bağlı tamaşaçıya kodlaşmış vizual informasiyanı ötürərək onu düşünməyə, mülahizə yürütməyə vadar edir. Heykəltəraşlıq, qrafika, rəngkarlıq kimi təsviri sənət növləri ilə yanaşı, rəssam video-art, fotoqrafiya vasitəsilə özünəməxsus şəkildə ideyalarını, sənətkarlıq eksperimentlərini təcəssüm etdirir.

Daş plastikası Hüseyn Haqverdinin yaradıcılığında xüsusi yer tutur. Daş dövrü (Paleolit) tarixdə uzun müddət davam etmiş, insanların məişətində, həyatında mühüm rol oynamışdır. Çingiz Babayev H.HaqverdininDaş” adlı sərgisinin kataloqundaDaş ən qədim minerallardan biridir. Daş Yer kürəsinin genetik kodu saxlanmış tarixin sərt yaddaşıdır” fikri ilə bu materialın möcüzəliliyini nəzərə çatdırmışdır. Daş heykəllər müxtəlif xalqların incəsənətində, memarlığında ibtidai dövrdən müasir dövrümüzədək hər zaman insanların əldə etdikləri bilik və təcrübələri əks etdirir. Daş insan həyatında onun etiqadı, inamının göstəricisi olan məbədlərin, kult xarakterli insantotem heykəllərdə əhəmiyyətli yer tutur. Daş əbədiyyəti, sonsuzluğu, statikasxematikliyi ilə seçilir. Hüseyn Haqverdiyev, yaradıcılığında daşa heçsakral, müqəddəslik kimi məziyyətlərinə görə müraciət etməmiş, əksinə, bu material vasitəsilə “Varlığın mahiyyəti”, “İnsanı daim düşündürən suallara cavab axtarmaqdır” kimi yanaşmışdır.Biz kimikya nəyik?”, Bizim varlığımızın səbəbi, məqsədi nədir” - bütün bu mülahizələr haqqında düşünülmüş fəlsəfi tutumlu heykəl kompozisiyalarında rəssam, eyni zamanda daşı rəngləyərək öz daxili emosional aləmini rənglər vasitəsilə ifadə etmişdir. Heykəltəraşlıqda materialın fakturası rəngi kimi çıxış edir, lakin tarixə nəzər saldıqda Kamboca, Misir heykəlləri, eləcə də Sofi Həmid pirinin qəbiristanlığında qəbir daşları mineral boyalarla boyanmışdır. Doğrudur ki, bütün bu rənglər özükultla bağlı olub, sakral məna daşıyır, ancaq H.HaqverdiDaş” adlı silsilə əsərlərində rəngkarlıq, qrafika, heykəltəraşlıq kimi sahələrin üzvi şəkildə sintezini təqdim etmişdir. Burada sənətkar daşlarla, xüsusilə Abşeron daşı ilə dialoq əsnasında hissiyyat baxımından bir-birini tamamlayan və qarşılıqlı cazibə qüvvəsinə malik Yer kürəsində kiçik daş qalaktika məkanını yaratmışdır.

Hüseyn Haqverdinin “Hüdudları aşaraq” adlı layihəsi isə Venesiya Biennalisində təqdim olunmuşdur. Rəssamın dialoq sistemi daha da inkişaf edərək yeni bir müstəvidə özünü göstərmişdir. H.Haqverdi zaman körpüsü konseptini qara rəngə boyadığı ağac instalyasından ibarət labirint ekspozisiyasında göstərmişdir. Nonkonformist rəssamların, eləcə də 1950-70-ci illərin Azərbaycan rəssamlarının yaşadığı məhdudiyyətləri, mənəvi iztirabları bizim dövrümüzə daşımışdır. Qara rəngin dominantlığı – qara xaos H.Haqverdinin atasının - rəssam qrafik Həsən Haqverdiyevin yaşadığı Stalin rejiminin qaranlıq sisteminə metaforik yanaşmanı əks etdirir.

Hüseyn Haqverdinin yaradıcılığında “Qırılma” adlı sərgi digər sərgilərindəki yaradıcılıq dialoqlarından fərqlənir. “Qırılma” layihəsində qarışıq texnikada icra edilmiş müxtəlif təsviri sənət növləri heykəltəraşlıq, qrafika, rəngkarlıq əsərlərində “Rəngin təbiətini hədəf alan tədqiqat” kimi də qiymətləndirmək olar. Burada cizgilər, linear xətlər, rənglər sanki bir-birilə dialoqa girərək insanı fərqli bir dünyaya yönəldir. Zəncirvari reaksiya şəklində suallar yaradan bu silsilə Postmodernizm dövrünə həyəcan bəxş edən fikirlər oyadır.

Lyonel Feininger adlı rəssamın kubofuturizm üslubu Hüseyn Haqverdiyevin fərdin yaradıcılıq manerası ilə birləşərək abstrakt-mücərrəd sənət dünyasını daha zənginləşdirərək rəssamın tamaşaçıya ötürmək istədiyi dərin, ekspressiya ilə aşılanmış sətiraltı bədii ifadə qüvvəsinə və məna nəzmun yükünə malik olan əsərləri üzərində düşünməyə vadar edir. Rəssamın zəngin təfəkkürünün əksi olan sənət nümunələri içərisində “Qırılma” silsiləsindən “Fazalar” adlı kompozisiyasında mifoloji dünyagörüşünün düşündürücü fəlsəfi tutumu ilə nəzəri cəlb edir. Vasili Kandinski, Kazimir Maleviçin mücərrəd abstrakt aləminin və texnikasının daha da təkmilləşmiş təqdimatı burada kolorit, yəni rəng həllində özünü göstərir. Müxtəlif kontekstlərdən yanaşıldıqda rəssamın sanki “Dəhşətli” məhkəmə gününə rəng simvolikası vasitəsilə yanaşması özünü göstərir. Azərbaycanın “Multikulturalizm mühitində” müxtəlif dinlərə tolerant münasibət bu silsilədə özünü göstərir. Burada sanki əlini çarpaz şəkildə açmış, özünü taleyin hökmünə bəxş etmiş insan fiquru stilizə olunmuş “Qədim insan təsvirləri”ni xatırladır. Çox vaxt xristian mifologiyasına əsasən rəng İsa Məsihin paklığını, qırmızı rəng İsa Məsihin iztirabını və qanı simvolizə edir. Qara rənglə işlənmiş dikt lövhə üzərində təsvir olunmuş bu təsvirlər Təbiətdən-Yaranışdan qopmanı əks etdirir. İkona rəngkarlıq sənətinə novatorcasına yanaşma burada əks olunmuşdur. Şəxsiyyət daxili konfliktlərin insana vurduğu zərbə bu əsərin leytmotivini təşkil edir.

Monumental sənət sahəsində Müqəddəs Məryəmin daşdan heykəlini, xüsusilə qeyd etmək lazımdır. Öz plastik həllinə görə mürəkkəb kompozisiya həlli ilə seçilən bu heykəldə Məryəm Ananın paklığı, saflığı, nəcib hislər tərənnüm edilmişdir. Daşdan yonulmuş bu heykəlin hündürlüyü təxminən 5 m-dir. İrihəcmli formaları, hislər arası mütənasiblik, portret cizgilərində sükunət hissi öz təcəssümünü tapmışdır. Bədii ümumiləşdirmələr apararaq H.Haqverdi Məryəm Ananın obrazında miqyas, forma, həcm, ritm arasında mütənasibliyi uğurla tapmışdır.

Hüseyn Haqverdiyevin yaradıcılıq axtarışları materializmidealizm fəlsəfəsi arasında körpü rolunu oynayır.

Böyük partlayış nəzəriyyəsindən irəli gələn kainatda metal, daş kimi nəsnələr üzərində rəssam tərəfindən icra edilmiş əsərlər fəlsəfi yaradıcılıq axtarışlarının, sadəcə, bir hissəsidir. Rəssam Hüseyn Haqverdiyevin yaradıcılıq axtarışlarını öncə metal sonra daş üzərində icra etməsi bunu bir daha sübut edir. İnsan yarandığı gündən daim varlıq haqqında mülahizələr yürüdür. İnsanın qədim dövrdən müasir dövrümüzədək, eləcə də gələcək nəsillərin də üzərində düşünəcəyi aktual məsələ olaraq qalacaqdır. Biz sanki bir-birimizə və eyni zamanda kosmosla paralel aləmlərdə yaşayırıq və öz yaratdığımız, təsəvvür etdiyimiz reallığı dərk edirik. Müxtəlif koqnitiv aləmlərdə yaşayan insan kainatdakı dərkedilməzliyi, mücərrəd məfhumları anlamağa çalışır. Bütün bu xüsusiyyətlər rəssam Hüseyn Haqverdinin əsərlərinin leytmotivini təşkil edir. Rəssam bir çox fərdi proyeksiyalardan ibarət olan “həyatın kadrlaşmış” ani məqamının mürəkkəbliyini translyasiya edərək tamaşaçını fərqli, mücərrəd, deformasiyaların mövcud olduğu unikal təsvirlərlə qarşılaşdıraraq onlar vasitəsilə dialoqa nail olmuşdur. Rəssam H.Haqverdinin postmodernist fəlsəfi yanaşma manerası əsərlərində xüsusilə heykəltəraşlığında təzahür edir. Postmodernizm keçmişə tarixə yeni münasibətin tərəfdarıdır. Postmodernizmdə bütün sərhədlər ortalıqdan götürülür. Fəlsəfə, mədəniyyət, incəsənət, memarlıq və başqa anlayışlar bir-biri ilə qarışır. Artıq bunları ayrı-ayrı cərəyanları deyil, özləri bir-birinə qarışır, sinkretikaya çevrilir. Postmodernizmdə varlığın və şeylərin mahiyyətinə varılmır, hər şey dərinliklərinə və incəliklərə önəm vermədən qavranılır. Rəssam Hüseyn Haqverdi təsviri incəsənət növləri arasındakı fərqlilikləri, üslubları üzvi şəkildə dialektik vəhdətdə təqdim edir.

Onun yaradıcılığında postmodernizm ilə yanaşı, sinergetikanın elmi nəzəri prinsipləri sinxronlaşmaharmoniya hissinin qabardılması əsərlərin fəlsəfi konsepsiyasını, arxetipik lakonizmini artırmaqdadır. Məqsəd nədir? Necə olur ki, çoxsaylı elementi olan sistem hansısa gücün təsiri altında xaotik durumdan nizamlı hərəkətə keçir? Sinergetika məhz belə çoxtərkibli elementlərdən ibarət sistemin çoxhərəkətli nizamını, harmoniyasını öyrənir.

Rəssamın “Başqa şəhər”, “Daş” adlı layihələrində xaosdan yaranan nizamlılıq qrafika silsilələrində özünü daha qabarıq göstərir. İncəsənətdə postmodernizmsinergetika Hüseyn Haqverdinin yaradıcılığında öz dolğun ifadəsini tapmışdır. Bu sadalanan xüsusiyyətlər rəssam H.Haqverdinin zəngin bədii təfəkkürünü əks etdirir.

 

Nərgiz Abdurəhmanova

 

Palitra.- 2018.- 31 iyul.- S. 13.