“Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı özbək və rus dillərində çap olunmuş kitabın təqdimatı keçirilib

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın zəngin mədəni irsinin, xalqımızın min illərlə yaşatdığı adət və ənənələrinin təbliği işini uğurla həyata keçirərək, növbəti layihə kimi Azərbaycan ipəyi və ipəyimizin incisi Azərbaycan kəlağayılarına həsr edib.

Mədəniyyət Mərkəzinin foyesində qurulan sərgidə milli kəlağayılarımız, ipəkdən hazırlanan Azərbaycan milli geyimləri nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Kelag‘ayiOzarbayjon ipagining durdonasi: Êåëàãàè–æåì÷óæèíà Àçåðáàéäæàíñêîãî øåëêà” adlı özbək və rus dillərində hazırlanan kitab ictimaiyyətə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyətinin rəmzlərindan biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı sənəti, Azərbaycanda ipəkçiliyin tarixi, onun inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirlərinin yer aldığı kitab haqqında danışaraq, kəlağayının dünyaya tanıdılması istiqamətində görülən işlər və Heydər Əliyev Fondunun layihəsi ilə Azərbaycanın kəlağayı sənətinin 2014-ci ildə YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini qeyd etdi.

Tədbirdə, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Samir Abbasov Azərbaycanın tarixi ərazilərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid tunc iynə və bizlərin aşkarlanması və bunun qədim sakinlərin özlərinə paltar tikmək bacarıqlarını sübut etdiyini qeyd etdi, ölkə arzisində qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da olması onun Azərbaycan xalqına məxsusluğunu sübut etdiyini, ipək məhsullarından hazırlanan qadın baş örtüyü – kəlağayının qədim Azərbaycan xalqının geyim etnologiyasının bir hissəsi olduğunu vurğulayıb.

Daha sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, Azərbaycanda unikal və ənənəvi qadın baş geyimi olan Kəlağayı haqqında məlumatların, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması barədə müfəssəl məlumat verən nəşrin özbək və rus dilli oxucular üçün gözəl mənbə olduğunu qeyd etdi.

Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Zuxra Berdiyeva, Dövlət Tarix Muzeyinin direktor müavini Muxlisa Abduraxmanova çıxışlarında qeyd etdilər ki, iki min ildən tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar qədim dövrlərdə Qafqaza gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi, Marko Polo, ipəkşünas alim Evliya Çələbinin əsərlərində yer alıb.

Çıxışçılar qeyd etdilər ki, Böyük İpək yolunun inkişafı zamanı və ticarət yollarının - Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanda ipəkçilik xalq təsərrüfatının qədim bir sahəsi sayılır, ölkənin bu sahədə böyük ənənələri var.

Kitabın tərcüməçiləri İsroil ŞamsimuxamedovŞaxla Qasımova nəşrin Azərbaycan ipəyi, kəlağayı sənətinin təbliği üçün yeni imkanlar açdığını və onun bu mövzuda tədqiqat aparan mütəxəssislər üçün əvəzsiz informasiya mənbəyi olduğunu söylədilər.

Onlar qeyd etdilər ki, kəlağayı təkcə qadın baş ötrüyü, bir bəzək vasitəsi deyil, o, bütöv bir millətin qədim tarixini, zəngin mədəniyyətini, istedadını nümayiş etdirironun hər bir naxışları, ornamentləri özlüyündə böyük məna daşıyır.

Qeyd edə ki, kitabın tərtibçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ön sözünün müəllifi Bakı Dövlət Universitetinin professoru, Baskal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyovadır.

Kitab təqdimat mərasimində iştirakçılara paylanıldı və nəşrin Özbəkistanın aparıcı kitabxanalarına, elm müəssisələrinə, ipəkçiliklə məşğul olan müəssisələrə hədiyyə olunacağı planlaşdırılır.

Daha sonra Kəlağayı haqqında sənədli film nümayiş etdirilib.

 

Tural

 

Palitra  2018.- 1 may.- S.13.