Cümhuriyyətə işıq saçan qadınlar müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin YAP Qadınlar Şurası, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və İşıq jurnalının birgə təsis etdiyi Cümhuriyyətə işıq saçan qadınlar adlı araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müstəqil Azərbaycan dövlətinin həyatında qadın böyük rolu olan müstəsna varlıqdır. Komitə sədrinin sözlərinə görə, Azərbaycan qadını tarixin bütün dövrlərində fəallıq göstərərək cəmiyyətin inkişafına öz töhfəsini verib: Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğubu gün Prezident İlham Əliyev tərəfindən gücləndirilən siyasət nəticəsində ölkəmiz Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçiririnkişaf etdirir. Bunun bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin 2018-ci ilin Xalq Cümhuriyyəti İli elan etməsini göstərmək olar. Xalq Cümhuriyyətinin yaranması ilə yanaşı, qadınlara seçmək və seçilmək hüququ verilməsinin 100 illiyi qeyd olunur. Bu il həm də ulu öndərimiz Heydər Əliyevin 95 illik yubileyi qeyd olunur. Bu tarixi hadisə ilə bağlı tədbirlər nəinki Azərbaycanda, dünyanın bir çox yerində keçirilir. Ailədə və cəmiyyətdə xüsusi yeri olan qadınların yerini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev qadınların bütün sahələrdə irəli çəkilməsini vacib bilib. Heydər Əliyev deyirdi ki, qadınlar dövlətçiliyimizin, müstəqilliyimizin, gələcəyimizin dayağıdırlar. H. Hüseynova əlavə edib ki, müsabiqəyə göndərilən çoxsaylı yazılar müsabiqəyə olan marağın bariz nümunəsidir.

Milli Məclisin sədr müavini Bahar Muradova müasir Azərbaycan cəmiyyətində qadınların rolunu və Cümhuriyyətə işıq saçan qadınlar adlı araşdırma-yazı müsabiqəsinin təşkilini yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qadınları heç vaxt bugünkü qədər böyük nailiyyətlər, böyük uğurlar əldə etməyiblər. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, millət vəkili Hadı Rəcəbli, Milli TeleviziyaRadio Şurasının sədr müavini, Kaspi qəzetinin təsisçisi Sona Vəliyeva, millət vəkili Aqiyə Naxçıvanlı, professor Cahangir Məmmədli və başqaları Azərbaycan dövlətinin prioritet istiqamətə çevirdiyi qadın siyasətindən danışıb, Azərbaycan qadınlarının keçdiyi tarixi yola nəzər salaraq, onların fədakarlıqlarını yüksək qiymətləndiriblər.

Tədbirdə qeyd olunub ki, müsabiqəyə 100-ə yaxın məqalə təqdim olunub ki, münsiflər heyəti həmin yazıları obyektiv şəkildə qiymətləndiriblər. Tədbirdə Heydər Əliyevin xatirəsinə həsr olunan Heydər Əliyev və dövlət qadın siyasəti adlı film nümayiş olunub. Daha sonra münsiflər heyətinin üzvlərinə mükafatlar təqdim olunub, qaliblərin adı açıqlanıb. Müsabiqədə birinci yerin qalibi tarix elmləri doktoru Sabir Gəncəli olub.

 

 

Palitra.-2018.-8 may.-S.6