Mozdokdan Berlinədək gedən şərəfli yol

 

Müharibə veteranı, Laçın elinin ziyalısı, Əməkdar müəllim Süleyman Qədir oğlu İmanovun əziz xatirəsinə

 

Bu gün bütün dünyada Azərbaycana Heydər Əliyev zirvəsindən baxırlar. Məhz bu dahi insanın, böyük öndərin gördüyü işlər nəticəsində Azərbaycanımız dünyanın ən qabaqcıl dövlətləri sırasında özünə yer alıb. Onu da xüsusilə qeyd etməliyik ki, Ulu Öndərin təşəbbüsü sayəsində hər bir sahədə olduğu kimi, İkinci Dünya müharibəsi iştirakçılarına da xüsusi qayğı və diqqət göstərilməyə başlanıldı. Bu gün Heydər Əliyev ənənələrini möhtərəm Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir. İkinci Dünya müharibəsi iştirakçıları daim diqqət mərkəzində saxlanılır. Hər il Azərbaycanda 9 May-Qələbə Günü qeyd edilir. Prezidentin bu günlərdə imzaladığı sərəncamla 11 min nəfərə yaxın müharibə veteranı, onlara bərabər tutulanlar, ailə üzvləri birdəfəlik maddi yardım alacaqlar.

İkinci Dünya müharibəsində Azərbaycanın hər bölgəsindən 700 min nəfər mərd oğul iştirak edib. Onların içərisində sadə gənc, ataqardaş, həkim və müəllim, bir sözlə, sənətindən asılı olmayaraq hamı var idi. Lakin onları bir amal birləşdirirdi – Qələbə çalmaq amalı. Azərbaycanın hər bölgəsində İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə abidələr ucaldılıb. Bu abidələr gənc nəslin and və fəxr yeridir.

Müharibə veteranlarımızdan biri ömrünün sonuna kimi gənclərin təlim-tərbiyəsi ilə məşğul olmuş I qrup müharibə əlili, artilleriya komandiri, Əməkdar müəllim, Laçın rayon Veteranlar Şurasının sədri olmuş Süleyman Qədir oğlu İmanovdur. Süleyman İmanovun keçdiyi dəhşətli müharibə həyatı səhifələrindən bizə danışmasını onun oğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Allahyar Süleyman oğlu İmanovdan xahiş etdik:

 

- Alman faşistlərinin ölkəmizə hücumunun ilk günlərindən atam Süleyman İmanov silaha sarılıb, cəbhəyə getmişdi. Əsgər olduğu 223- Azərbaycan diviziyası Terek çayı sahilində yerləşən Qroznı şəhərinin müdafiəsində iştirak edir. O, bu vuruşda bədəninin iki yerindən yaralanır və Mahaçqalada müalicə olunur. Sağaldıqdan sonra cəbhəyə qayıdır və 416-cı Azərbaycan diviziyasının 1374-cü polkunda vuruşmalı olur. 1942-ci ilin dekabrından 1943-cü ilin yanvar ayınadək Mozdakda ağır vuruşmaların, odlu-alovlu günlərin iştirakçısı olur. Minvod, Kirsavkabaşqa şəhərlərin azad olunmasında yaxından iştirak edir. 416-cı diviziya RostovTaqanroq şəhərinin düşmən tapdağından azad olunması üçün əsl qəhrəmanlıq göstərmişdi. Diviziyaya bundan sonra Taqanroq diviziyası adı verilmişdi. Dnepr çayı yaxınlığındakı vuruşmada igid, qorxmaz vətən oğulları yaxından iştirak etmişlər. Onlar düşmənin 3 tankını yandırıb və xeyli əsgərini əsir alaraq, Nikolayev şəhərini azad etmişdilər. Bundan sonra Ali Baş Komandanlığın əmri ilə diviziya Belarusiya cəbhəsinə göndərilib. 416-cı Taqanroq diviziyası Lvov şəhərini azad edib, Varşavaya tərəf hərəkət edib. Polşanı düşməndən azad edilməsində iştirak edib, Oder çayı ətrafında müdafiə mövqeyində dayanıb. Oder çayı yaxınlığındakı vuruşmada Süleyman İmanov ağır yaralanıb. Bir müddət müalicə olunduqdan sonra yenidən döyüşə gedib və 1354-cü artilleriya polkunda vuruşub. Bu polk 1945-ci ilin 21 aprelində Berlin şəhərinə çatıb. 10 gün Berlin uğrunda vuruşduqdan sonra, mayın 2-də döyüşlər qələbə ilə sona çatmışdır.

Süleyman İmanov, ümumilikdə, Mozdokdan Berlinədək keçən döyüş yolunda 14 dəfə yaralanıb. Müharibədə 14 ordenmedal, Fəxri fərmanlar və təşəkkürnamələr alıb. Atam hər dəfə müharibədən danışarkən çox qürur hissi keçirirdi, qələbə sevincləri onun bütün ağrılarını, sanki unutdururdu.

Süleyman İmanov şagird və övladlarına həmişə vətənpərvər olmalarını tövsiyə edirdi. Deyilənlər bütün bunların nəticəsi idi ki, oğlu Qədirov Maksim Süleyman oğlu Qarabağ müharibəsində komandir, sonra polis rəisi, polis polkovniki kimi fəaliyyət göstərmiş və ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə ordenbir çox mükafatlar alıb. Nəvələri Qədirov Şahin, Rzaquliyev Təyyar, Rzaquliyev Arifindöyüş fəaliyyətləri yüksək qiymətləndirilib.

-Allahyar müəllim, bu gün gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi haqqında nə deyə bilərsiniz?

-Məktəblərdə qəhrəman veteranlarla keçirilmiş görüşləri gənc nəslə çatdırmaq üçün, vaxtilə bunlar maqnitofon lentlərinə köçürülür, mətbuat səhifələrində işıqlandırılır, bu yolla şagirdlərdə müharibəyə, müharibə canilərinə nifrəti artırmağa çalışılırdı. Xüsusilə məktəblilərə hərbi-vətənpərvərlik tarixini olduğu kimi tədris etmək vacibdir. Hamımız bilirik ki, 80-ci illərin axırlarından erməni daşnakları Qarabağonun ətraf rayonlarında qan tökmüş, minlərlə insanları ata-baba yurdundan didərgin salmışlar. Lakin 1993-cü ildə Azərbaycanın dahi oğlu, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev ölkəmizə yenidən rəhbər gəldikdən sonra ədalətsiz müharibəni dayandırmış, gəncləri vahid komandanlıq ətrafında birləşdirərək ordu quruculuğu işlərinə diqqəti artırmışdı. 1994-cü ildən başlayaraq, Azərbaycan dövləti atəşkəsdən istifadə edib ordumuzu xeyli gücləndirdi. Məhz bu fəaliyyətin nəticəsi idi ki, 2016-cı ilin Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbə vuruldu, 2 min hektardan çox ərazimiz düşmən işğalından azad edildi. Odur ki, biz möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək, ulu öndərimiz Heydər Əliyevin çox çətinliklə qurub-yaratdığı, memarı olduğu doğma vətənimizi göz bəbəyimiz kimi qorumalıyıq.

Ümumiyyətlə, gənclik Heydər Əliyevin həyat və fəaliyyətini daim öyrənməli və hər bir addımından nümunə götürməlidir. Heydər Əliyev nəinki gəncliyin, bütövlükdə, xalqımızın qəlbində özünə əbədi yer tapıb. O, özü özünə qəlblərdə heykəl qoyub.

Ümummilli lider Heydər Əliyevdən nəyi isə əxz etməyi bacaran, həyatda, yəqin ki, özünə mənalı bir yaşam tərzi quracaq, cəmiyyət üçün faydalı olacaq. Sonda onu da qeyd edim ki, Heydər Əliyev haqqında nə qədər yazılsa da, onun həyatı və fəaliyyəti, yəqin ki, uzun illər boyu hələ açılmamış bir xəzinə kimi qalacaq.

 

Nigar Abdullayeva

 

Palitra.-2018.-5 may.-S.10