Öz işimin peşəkarıyam”

Cəmilə Mirzəyeva: “Biliyimi artırmaq üçün xarici ölkələrdəki seminarlara qatılıram və öyrəndiyim yenilikləri Estoniyada tətbiq edirəm”

Bu gün müxtəlif sahələrdə çalışan xaricdəki gənclərimiz böyük uğurlar əldə edirlər. Sevindirici haldır ki, onlar bu uğura öz əzmkarlıqları sayəsində nail olurlar. Müsahibimiz Cəmilə Mirzəyeva da modelyer dizayner olaraq artıq özünün təsdiq edib. Qeyd edək ki, Cəmilə Mirzəyeva Estoniyada anadan olub. Onun 2 bacısı, 2 qardaşı da Estoniyada dünyaya gəliblər. Cəmilə xanım hazırda Rusiyanın Soçi səhərində təhsil alır.

- Siz nə vaxtdan modelyer dizayner olaraq çalışırsız?

- Məktəb vaxtı ən böyük arzum modelyer dizayner o

lmaq idi. Çox gözəl geyimlər yaratmaq istəyirdim. Valideynlərim bu istəyi məndə görüb mənim üçün paltartikən maşın belə, aldılar. Tanışımızın göstərişi ilə tikməyə də başladım. Məktəbi bitirəndən sonra iki ixtisasdan birini seçməli idim; ya modelyer dizayner, ya da saç ustası (bərbər). İçimdə qorxu hissi olduğu üçün 2-ci sənəti seçdim. Çox şükürlər olsun ki, bu sənəti seçmişəm. Mən hər zaman qəlbimin səsini dinləməyi sevirəm, Allaha inanıram. Bu sahədə artıq 17 ildir ki, çalışıram. Çox xoşbəxtəm! İki övladım və sevdiyim işim var.

- İlk zamanlarda hər hansı çətinlikləriniz olurdumu?

- Əlbəttə, ilk vaxtlar çətinliklər də oldu. Uşaqlarım körpə idilər, gözümdən ayırmamaq üçün evimin 1 otağını gözəllik salonu kimi istifadə edirdim. Şəkil çəkməyi və xına ilə tatu etməyi çox sevirdim. Gözəl ideyalar yaradırdım. Müştərilərin çoxluğundan öz işimin arxa plana keçdiyini görüb bu işimə son qoydum. Yenə də öz peşəkar işimə başladım; saç kəsimi, boyama və möhtəşəm saç düzümləri. Arada boş vaxtlarım olanda yeni məşğuliyyət axtarırdım. Zumba dərslərinə qatıldım. Professional dərslər aldım. Özümü 3 il baş məşqçi kimi sınadım. Çox gözəl alınırdı, insanların sevinci mənim isə fasiləsiz işləməyim mənə baha başa gəldi. Məşq zamanı ayağım sındı. Mənim üçün çətin günlər başladı. Bu dönəmdə isə övladlarım və sevdiklərim yanımda idilər. Çox sevdiyim və əziyyətli işim olan Zumba işinə buradaca son qoymalı oldum. Bəlkə də bu, mənim üçün bir siqnal imiş. Yenə də qəlbimin səsinə qulaq asıb işimə davam etdim. Müştərilərimin çoxluğundan evimdəki salonu dəyişmək qərarına gəldim. Özüm üçün gözəl və yeni salon açdım. Studiyamda 3 professional, öz işlərini bilən xanımlarla çalışıram.

- Öz bildiklərinizi başqalarına öyrədirsizmi?

- Studiyamızda master-klaslar keçirirəm, bildiklərimi öyrədirəm, öz işimdən zövq alıram. Biliyimi artırmaq üçün xarici ölkələrdəki seminarlara qatılıram və öyrəndiyim yenilikləri Estoniyada tətbiq edirəm. Professional insanlardan dərs alıram. Mən hər zaman gördüyüm işdən həzz alıram. Xanımlarımızı gözəlləşdirməyi çox sevirəm, dünyanı, həyatı sevirəm. Mən əminliklə dəyə bilərəm ki, öz işimin peşəkarıyam. 37 yaşım var. Allah mənə bu gözəllikləri bəxş etdiyinə görə çox xoşbəxtəm. Əfsuslar olsun ki, 17 il öncə sosial şəbəkədən bu qədər aktiv istifadə olunmurdu. Şəkil paylaşmaq yox idi. Müasir dövrdə hər işimiz göz önündədir və bu çox sevindiricidir. Hər səhər yeni ideyalar ilə oyanıram. Çox gözəl fikirlər ilə işimə yanaşıram.

- Soçiyə getməyinizdə məqsədiniz nədir?

- Soçiyə gəlməyimin məqsədi yenə də oxumaqdır. Burada mənim idealım Beynəlxalq gözəllik akademiyasının prezidenti olan Georgi Kot yaşayır və yaradır. Yaradıcılığına heyran olduğum insandır. Bu şəhərə 2-ci dəfədir ki, üz tuturam. Oxumaq, öyrənmək, öyrətmək məqsədilə gəldiyim şəhər, hər dəfə daha da maraqlı olur. Burada təhsilimi bitirdikdən sonra isə saçlar üzrə Modelyer dizayner adına layiq görüləcəm. Yeri gəlmişkən, bu ay “Qızıl diplom” adlı möhtəşəm layihədə mən də iştirak edəcəm. Çox sevindirici və qürurverici bir hisdir. Bu yarışmaya dünyanın dördbir tərəfindən ən güclü ustalar qatılacaqlar. Mən çox sevinirəm ki, minlərlə insan içində mən də bu layihədə iştirak edəcəm. Çox şadam ki, bu layihənin prodüseri Georgi Kotun özüdür.

- Vətənlə əlaqələriniz necədir?

- Mən fəxr edirəm ki, azərbaycanlıyam! Atam anam Azərbaycanda anadan olublar. Azərbaycanı çox sevirəm, bəlkə, ona görə bu qədər mərhəmətliyəm. Orada insanlar çox zəhmətsevərdirlər. 3 il öncə Azərbaycanda gözəl əl işləri olan bir xanımınŞəfastudiyasında qonaq oldum.

- Gələcək planlarınız nədir?

- Bu gün əminliklə, özümə inamla irəliləyirəm. Bu yaxınlarda öz komandamla Finlandiyada master-klass apardıq, mənim üçün böyük uğur idi. Gələcək planlarım isə salonumu böyütmək və yeni layihələr üzərində çalışmaqdır. Bu yaxınlarda yeni kitabım işıq üzü görəcək. Bu da məni çox həyəcanlandırır. Qarşıda isə yeni-yeni layihələr var.

Fuad Hüseynzadə

Palitra.-2018.-3 noyabr.-S.7.