Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir

Bu il ölkəmizdə 60 min tondan çox fındıq istehsalı gözlənilir

Bir çox dünya ölkələri ixracyönümlü məhsul olan fındıq istehsalını artırılmaqla daha çox valyuta əldə etməyə çalışırlar. Ötən il dünyada qabıqlı fındıq ticarəti 120 milyon dollar olduğu halda, qabıqsız fındıq ticarəti 1,7 milyard dollar olub. Ən böyük idxalçı ölkə Almaniyadır ki, ümumi həcmin 28 faizini idxal edir. Sonra 18 faizlə İtaliya gəlir. 2017-ci ildə dünyada 245.987 ton fındıq istehsal edilib ki, onun 65 faizi Türkiyənin payına düşüb. İkinci yerdə İtaliya, üçüncü sırada isə Azərbaycan qərarlaşıb. Şərqi Qara dəniz İxracatçılar Birliyinin məlumatına görə, cari ilin 10 aylıq hesabatına əsasən Türkiyə 118 ölkəyə 220 min 193 ton fındıq satıb. Bu ixracdan 1 milyard 294 milyon 259 dollar gəlir əldə edilib. Ən çox ixracı 316 milyon 488 min dollarla Almaniyaya edib. Bildirilib ki, fındıq daha çox şokolad sənayesində istifadə edilir bu baxımdan, ixracda şokolad istehsalının üstünlük təşkil etdiyi Avropa ölkələri öndə gəlir.

Qubaekoaqrarsutkada 4 ton fındıq istehsalı gücünə malikdir

Kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə davamlı tədbirlər həyata keçirilir. Dövlət başçısının ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq göstərişlərə əsasən yerlərdə əkin sahələri genişləndirilir, istehsalçı müəssisələrin sayı artırılır. Bu yaxınlarda Quba rayonuna səfəri zamanı Prezident İlham ƏliyevQubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında iştirak edib. Zavod sutkada 4 ton fındıq istehsalı gücünə malikdir. Fındığın emalı xəttində məhsul ilkin olaraq qurudulur, qabıqdan təmizlənir, çeşidlənir sonra sobada xüsusi rejimdə qovrulur. Qovrulmuş fındığın soyudulduqdan sonra müxtəlif çəkilərdə vakuum paketlənməsi həyata keçirilir. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara, xüsusilə Rusiya ərəb ölkələrinə ixracı nəzərdə tutulur.

Zaqatalanın emal müəssisələri tərəfindən ötən il 124,4 milyon manat dəyərində fındıq məhsulları ixrac olunub

Cari ildə fındıqçılığın inkişafını göstərən digər bir fakt isə Zaqatala rayonunda kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə təşkil olunan I Beynəlxalq fındıq, qoz şabalıd festivalı idi. Festival zamanıPərzivanərazisindəki fındıq bağına Azərsun” MMC-nin Zaqatala fındıq emalı zavoduna baxış keçirilib.

Zaqatala şəhərinin Dədə Qorqud meydanında keçirilən festivalda qonaqlar bal şərbətindən fındıqlı çörəkdən dadıblar. Rayonda fındıqçılığın çox böyük potensialı var. Diqqətə çatdırılıb ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodu fəaliyyətə başlayıb. Zavodda istehsal olunan fındıq konserv məhsulları SSRİ-nin bütün respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozu yaradılıb. Bildirilib ki, fındıqçılıq hazırda Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Son illər Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı aparılır. Son üç ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 18 min 503 hektara çatdırılıb. 2016-cı ildə Zaqatalanın emal müəssisələri tərəfindən 90 milyon, 2017-ci ildə isə 124,4 milyon manat dəyərində fındıq məhsulları ixrac olunub. Cari ildə isə fındıq istehsalının 15 min tona çatacağı gözlənilir. Hazırda Zaqatala rayonunda fındıq bitkisinin 100-dən çox sortu mövcuddur.

Xaçmazdakı fındıq emalı zavodu ötən il 2 milyon dollar dəyərində fındıq ixrac edib. Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi qəbul məntəqələri fəaliyyət göstərir. Bura şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə digər xarici ölkələrə ixrac olunur.

Rayon bağlarından hər il 6 min tona yaxın fındıq istehsal edilir. Xaçmazda son üç ildə 3 min 649 hektar yeni fındıq bağları salınıb. Bununla da rayondakı fındıq bağlarının ümumi sahəsi 8 min 300 hektara çatıb. Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması planlaşdırılır ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.

Qaxda fındıq istehsalı ötən illə müqayisədə 641 ton artıb

Qax rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 4 min 785 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 641 ton artıb.

2018-ci ilin yaz əkini dövründə rayonda 160 hektar sahədə yeni fındıq bağları salınıb bu payız mövsümündə davam etdiriləcək. Ümumiyyətlə, son 3 ildə rayon ərazisində 2 min 660 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud bağların ümumi sahəsi 9 min 478 hektara çatdırılıb. Bu bağların 6 min 228 hektarı barverəndir.

Qazaxda fındıqçılığın inkişafı üçün məqsədyönlü işlər görülür. 2016-cı ildə rayonda 175 hektar sahədə fındıq bağı salınıb ki, bunun 136 hektarı bar verən sahə olub, 455 ton da məhsul toplanıb. 2017-ci ildə fındıq bağının sahəsi 222,83 hektar olub, 136 hektar bar verən sahədən 460 ton məhsul tədarük edilib. 2018-ci ildə isə rayonda salınmış fındıq bağının sahəsi 224,1 hektar olub, bar verən sahə 136,3 hektar təşkil edib. Toplanmış məhsul isə 465 tondur.

İsmayıllıda fındıq bağlarının sahəsi 2000 hektara çatdırılacaq

İsmayıllıda fındıqçılığın inkişafı istiqamətində son illər ardıcıl tədbirlər görülür və artıq bağların sahəsi 1615,7 hektara çatdırılıb. Fındıq bağlarının 1528,7 hektarı son 3 ildə salınıb. Ümumiyyətlə, fındıq bağlarının 2000 hektara çatdırılması qarşıda əsas vəzifə kimi durur. Tircan və Talıstan inzibati ərazi dairələrində təzə fındıq bağları salınır. Qeyd edək ki, rayonda bar verən 87 hektar fındıq bağı var. Buradan ötən il 235 ton, bu il isə 274 ton məhsul götürülüb.

Ümumilikdə isə bu il Azərbaycanda 60 min tondan çox fındıq istehsalı gözlənilir. Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir ən iri idxalçılar İtaliya (9 min ton), Rusiya (6 min ton) Almaniyadır (3 min ton). Ölkəmiz fındıq ixracatçısı kimi dünyada 3-cü yerdədir. Azərbaycanda hazırda 50 min hektar məhsuldar fındıq bağı var. Qeyd edək ki, 2017-ci ildə Azərbaycandan 21 min ton fındıq ləpəsi ixrac olunub.

Nigar Abdullayeva

Palitra.-2018.-13 noyabr.-S.4.