BANM- Rasim Balayevin 70 illik yubileyi qeyd edilib

 

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Xalq artisti, «Şərəf» "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, görkəmli Azərbaycan aktyoru Rasim Balayevin 70 illik yubileyi Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan «Nəsimi» filminin ilk dəfə ekrana çıxmasının 45 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Aydın Mirzəzadə C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artisti Rasim Balayev digər akytor qonaqlar, BANM-in professor-müəllim heyəti, tələbələri media nümayəndələri iştirak ediblər.

Tədbiri öz sözlərilə açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayevi 70 illik yubileyi münasibətilə BANM kollektivi adından ürəkdən təbrik edib. Rektor qeyd edib ki, “Nəsimifilmi aktyor Rasim Balayevin kinoda ilk işi olmasına baxmayaraq, bu rolu ona 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalındaƏn yaxşı kişi rolumükafatını qazandırıb, filmin özü isəƏn yaxşı tarixi film” mükafatına layiq görülüb.

Xalq artisti Rasim Balayev öz çıxışında ona onun yaradıcılığına olan maraq rəğbətə görə rektor Elmar Qasımova təşəkkür edib. Ali məktəbə sayca ikinci səfəri olduğunu bildirən aktyor BANM-in onun kollektivinin onun ürəyində xüsusi yeri olduğunu bildirib. Aktyor, eyni zamanda tədbir iştirakçılarına rol aldığı filmlər çəkiliş zamanı yaşanan maraqlı anlardan danışıb.

Daha sonra rektor Elmar Qasımov tərəfindən Xalq artisti Rasim Balayevə onun 70 illiyi münasibətilə xatirə plaketi təqdim edilib. Aktyorla görüşdə, həmçinin sənətkarın oynadığı filmlərdən olan qısa fraqmentlər göstərilib.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı, eyni zamanda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə, Azərbaycanın xalq artisti, kinorejissorssenarist Əbdül Mahmudov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və Azərbaycan Respublikasının əməkdar artisti Xalidə Quliyeva çıxış edərək Rasim Balayevonun yaradıcılıq fəaliyyətindən danışıblar.

Görkəmli aktyor Rasim Balayevlə görüşə böyük həvəs göstərən BANM tələbələri ona maraqlı suallar verib, aktyorun səmimi cavablarını dinləyiblər.

Tədbirin sonunda ali məktəbin Konqres zalının səhnəsində baş rolu Rasim Balayevin aldığı və rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” tarixi filmi nümayiş etdirilib.

 

Nigar

 

Palitra.- 2018.- 17 oktyabr.- S. 13.