Şair Mikayıl Bozalqanlının bir neçə şerinin nəzəri təhlili

 

Vətən adlı torpağın

Mən alın yazısıyam.

(M.Bozalqanlı)

 

Günümüzdə klassik üslubda şeir yazmaq olduqca çətinləşib. İndi yazılan şeirlərə baxanda sanki sözün tükəndiyi (burada qafiyəli sözlər nəzərdə tutulur) hiss olunur. Müasir dövrdə klassik şerin bütün formalarında yazıb-yaradan şairlərə çox az rast gəlirik. Çox zaman klassik ənənədən uzaqlaşıb şerin sərbəst formasına müraciət edən şairlər var. Şübhəsiz ki, şerin bütün formaları gözəldir və poeziya bağının əvəzsiz inciləridir. Hal-hazırda şerin klassik formasında yazmaq, klassik şerin bütün nəzəri biliklərini yaradıcılıqda qorumaq şairdən ilhamla yanaşı, dərin bilik də tələb edir. Bunlara əməl edən şairlər yüksək səviyyədə poetik əmək nümayiş etdirirlər.

Klassik ənənənin gözəl bilicilərindən biri, şeirlərində nəzəri biliklərin qorunub saxlandığı şair Mikayıl Bozalqanlının yaradıcılığı diqqəti cəlb edir. Onun şeirlərində Ədəbiyyat nəzəriyyəsinin qayda-qanunu, poeziyanın özünəməxsus dili, şairin bədii nitqi, elmi-fəlsəfi təfəkkürü, poetik müdrikliyi aydın hiss olunur.

Şairin aşağıdakı gəraylısına müraciət edək:

 

Mən bir kimsəsiz qəribəm,

Təki sən sevil, sən sevil.

Dəvəsi ölmüş ərəbəm,

Təki sən sevil, sən sevil.

 

Bir bənd gəraylıda üç incə sait daha çox işlənib. “İ”, “ə” və “e” incə saitlərinin bir bənddə işlədilməsi şairin şerə orijinal bədii rəng vermə qabiliyyətinin təsdiqini göstərir. Bununla yanaşı, “ö” və “ü” incə saitlərini də nəzərə alsaq bu gəraylı incə saitlərin ahəngi əsasında yaranır. Həmçinin “i”, “ə” və “e” incə saitləri ayrılıqda dodaqlanmayan saitlərdir. Bu cür müfəssəl şeir nümunələrinə günümüzdə çox az rast gəlirik.

“Təcnis” şerin çətin yazılan növlərindən biridir. Bu gün yazılan şeirlərdə təcnislərə az-az rast gəlirik. Mikayıl Bozalqanlı yaradıcılığında maraqlı təcnislər şeirsevərlərin diqqətini cəlb edir.

 

Qara zülfə yoxdurmu bir qadağa,

Çal başına, çal çalmanı, çal indi.

Bir canım var, olsun sana sadağa,

Çal özümdən apar məni, çal indi.

 

Yuxarıdakı təcnis olduqca diqqəti cəlb edir. Ədəbiyyat nəzəriyyəsinin bütün nəzəri bilikləri qorunmaqla yanaşı, şairin fəhminin qüdrətidir ki, “Çalsözü bir neçə dəfə müxtəlif mənalarda şerin əvvəlində, ortasında axırında işlənir.

 

Rəngini, ruhunu duyuram sənin,

Tamını, qoxunu duyuram sənin,

Varını, yoxunu duyuram sənin,

Ey günah, sən mənsən, mən sənəm elə.

 

ŞairinGünah” adlı şerindən götürülmüş yuxarıdakı parça yüksək səviyyəli nəzəri bilikləri özündə cəmləyib. Bu, şairin ilhamının güclü olmasından irəli gəlir. Həqiqətən, belə şeir nümunələri ilə az-az rastlaşırıq. Öncə qeyd edək ki, yuxarıdakı şeirdə sonar samitlərin (l,m,n,r) çoxluğu diqqəti cəlb edir. Xüsusilə də sonar samitlərin hər biri şeir nümunəsində işlənib. Buradam” və “nsonar samitlərinə daha çox rast gəlirik ki, bu da xüsusi bir haldır. Bununla yanaşı, şeir nümunəsində dodaqlananusaitinin çoxluğu diqqətdən kənarda qalmır. Həmçinin dodaqlananu”, “ü” və “o” saitlərinin işlənməsi şerə gözəllik verir. “Ey günah, sən mənsən, mən sənəm elə” misrasındakı “ə” incə saitinin çoxluq təşkil etməsi isə şerin nəzəri yükünü daha da artırır.

 

Dərdlərimin dərdlərini çəkməkdən

Dərdlərin sirdaşı dərdkeşəm indi.

Usanmadım becərməkdən, əkməkdən-

Dərd bağbanlıqdır iş-peşəm indi.

 

Yuxarıda verilmiş qoşmadadsamitinin akustik həmrəyliyi tələffüzə xüsusi çeviklik qazandırır. Bu cür samitlərin təkrarlığı şerin poetik ahəngini və oxunaqlığını artırır. Belə şeirlərin yazılması şairdən böyük məharət tələb edir. Xüsusilə də qeyd etmək olar ki, bu cür şeirlər hər zaman dünyaya gəlmir.

Şair Mikayıl Bozalqanlının yaradıcılığında yuxarıda təhlili verilən şeir nümunələrinə çox rast gəlmək mümkündür. Digər şeirlər də şairin filoloji təfəkkürünün yüksək olmasından xəbər verir. Mikayıl Bozalqanlının poeziya dili daha oxunaqlı və şirindir. Özünün fərdi üslubu ilə daha maraqlı şeir nümunələri yaradır. Şeirlərində olan poetik formalar poeziyanın zənginləşməsinə təkan verir. Şairə yaradıcılıq yolunda uğurlar arzu edirik.

 

Mahmud Əyyub

Palitra  2018.- 30 yanvar.- S.13.