Stokholmda Rəssamlıq qalereyası açmaq planım var

Reyhan Əliyeva: “Vətən sevgisi mənim üçün müqəddəs bir hissdir

 

Yaradıcı insanların təkcə özləri deyil, həmçinin əsərləri də bir növ təmsilçilik rolunu oynayır. Elə müsahibimiz Reyhan Əliyeva da İsveçin, necə deyərlər, gözdən, könüldən uzaq bir şəhərində-Umeoda rəssam olaraq əsərləri ilə Azərbaycanı təmsil edir. O, Umeoda yaşadığı evində şəxsi qalereyasını və emalatxanasını açıb. Onun əsərləri burada bəyənilir və satılır. Xatırladaq ki, Əliyeva Reyhan Fərman qızı 1958-ci il mart ayının 31-də Bakının Əmircan kəndində, Əliyev Fərman Kərim oğlununPaşayeva Səkinə İbrahiməjdər qızının ailəsində anadan olub. Orta təhsilini kənddəki 84 və 226 ¹-li məktəblərdə almışdır. Bir il Dzerjinski adına zavodda (indiki Suraxanı Maşınqayırma Zavodu TASC) çalışdıqdan sonra 1976-cı ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbinə daxil olub. Məktəbi yaxşı qiymətlərlə bitirib təhsilini Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmək üçün göndəriş alır. Amma o vaxt bacısı Moskva Dövlət Universitetində oxuduğundan valideynləri ikinci qızlarının da Azərbaycandan kənarda təhsil almasına icazə vermirlər. Reyhan Əliyeva sənədlərini M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna, (indiki ADMİU) verir və qəbul imtahanlarını müvəffəqiyyətlə keçərək Rəssamlıq fakültəsinin Sənaye Qrafikası şöbəsinə qəbul olunur, 1985-ci ildə institutu bitirir. Həmin il də SSRİ Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyinə qəbul edilir. Müxtəlif sərgilərdə və müsabiqələrdə iştirak edir. 1987-ci ildən isə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilir. 1991 – 1995-ci illərdə İncəsənət İnstitutunda müəllim, 1995 – 2002-ci illərdə isə indiki Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Evində dərnək rəhbəri vəzifələrində çalışıb. Hələ tələbəlik illərində ailə quran Reyhan Əliyevanın bir oğlu və 3 nəvəsi var.

 

-Sizi İsveçə aparan oldu?

-2002-ci ildə İsveçdə tərtibatçı rəssam işinə dəvət aldım dekabr ayında bu ölkəyə köçdüm. Əvvəlcə Ange adlanan qəsəbədə yeriylə əlaqədar yaşadım. Sonradan Umeo şəhərinə köçərək orada öz sahəmlə yanaşı, 3 dildən (Azərbaycan, rus türk) İsveç dilinə tərcüməçi, orta məktəblərdə gimnaziyada öz doğma dilimizdən müəllim kimi əlbəttə ki, öz sənətimdə rəssam kimi fəaliyyətmi davam etdirirəm. İsveç Milli Rəssamlar Təşkilatının (KRO, The Swedish Artists` National Organization) üzvüyəm. İndiyə qədər İsveçdə 10-dan artıq fərdi sərgi keçirmişəm.

 

-Hər hansı əcnəbi rəssamın İsveçdə uğur qazanması dərəcədə asandır?

-Əcnəbi rəssamın İsveçdə uğur qazanması birdən-birə baş vermir. İlk öncə rəssamın aldığı təhsilin diplomunun təsdiqlənməsinə önəm verilir. Diplom İsveçin Təhsil Nazirliyi tərəfindən təsdiq olunarsa, əcnəbi rəssama artıq sərgilər etməsinə icazə verilir. Rəssam istədiyi yerdə öz fərdi sərgiləri ilə çıxış edə bilər. Hər bir rəssam yaşadığı regionun Rəssamlar Birliyinin üzvü olmalıdır. Bir neçə sərgisi ilə əcnəbi rəssam artıq İsveç Rəssamlar İttifaqının üzvlüyünə müraciət edə bilər. Amma bu şərtlə ki, artıq o, İsveç vətəndaşlığını qəbul etməlidir. O zaman rəssamın böyük imtiyazları olur, yəni emalatxana verilir avadanlığıyla münasib qiymətdə almaq imkanını qazanır. Bundan başqa, İsveç Rəssamlar İttifaqı əcnəbi rəssama digər ölkələrdə sərgilərin təşkilində maddi cəhətdən yardım edir.

 

-İsveçə sizi bağlayan nəsə varmı?

 

-İsveçə məni bağlayan mənim oğlumun ailəsi onun həyat yoldaşının ailəsi, yəni qohumlardır. Bir , əlbəttə ki, mənim fəaliyyətimdir.

 

-Azərbaycanla bağlı ən çox nədən ötrü darıxırsız?

-Əlbəttə ki, Vətənim, doğma Əmircan kəndim, əzizlərim, sevimli dostlarım üçün darıxıram. Hərçənd ki, indi virtual görüşmələrimiz tez-tez olur, amma Vətən sevgisi mənim üçün müqəddəs bir hissdir.

 

-Diaspor tədbirlərinə qatıla bilirsizmi?

-Təəssüflə deməliyəm ki, diaspor tədbirlərinə qatılmamışam. Çünki diasporumuzun əsasən Stokholm şəhərində fəaliyyət göstərir. Mən isə paytaxtdan 600 km aralıda yaşayıram əlbəttə ki, işimlə əlaqədar oraya tez-tez gedə bilməmişəm.

 

-İsveçdə tanıdığınız, əməkdaşlıq etdiyiniz rəssam varmı?

-İsveçdə tanıdığım əməkdaşlıq etdiyim "Konstrunda" rəssamların birgə fəaliyyəti cəmiyyəti adlanan regional rəssamlar birliyində əməkdaşlıq etdiyim rəssamlar bunlardır: Backman Lena Från, Ulf Pålsson, Backman Lena, Andersson Anna, Andersson Isabell, Andersson Per-Åke, Andersson Anna Bengt, Bysmed Anneli, Näsman Arnbrix, Badman Ann Bergström, Hanna Bergström, Sara Bjelkström, Lena Blomberg, Maria Brändström,Putte Cantzler, Lisa Dahllöw, MalinDegerfeldt, Dick Edlund, Mats Edlund,Tomas Ekelund, Kirstie Erikssson,Tomas Håkki, Granlund Micke, Green Mikael, Grubbström Annhild, Hellhoff Åsa, Huss Kristina, Högberg Annki, Jeschke Kicki, Johansson Ewa, Jägers Erika -Jägers Renske Yoru, Kankainen Erik,AngjiKronholm Heléne, Lilja Jimmy Luksepp Maria, Lundell Sven, Lundgren Ingrid, Lundgre, Birgit, Lundqvist Johanna, Malmström Anna, Mattsson Mona, Milling Leif, Norell Bengta, Näsman Åsa, Olsson Gunne, Olsson Helén, Persson Anna-Maria, Persson-Livh Reneé, Sandström Eva, Sellstedt Lejf, Sjödin Anna-Karin, Sollander Eva, Stierna Sara, Strömgren Sven-Arne, Swedberg Ingela, Söderberg Evelina, Vallsten Jens, Westin Anders, Winkler Fia, Wyöni Leif, Zidén Wennberg Mari, Åkerman Stefan Ödmark Annalena, Öfvergren Lena.

 

-İsveçdə Azərbaycanın tanıtımı, eləcə rəssamlıqla bağlı kimi planlarınız var?

-İsveçdə Azərbaycanın tanıtımı rəssamlıqla bağlı bir neşə planım var.Bunlardan ən başlıcası Stokholmda Rəssamlıq qalereyasını aşmaq ölkəmizdən rəssamları dəvət edib onların satış sərgilərini etmək, mətbuatda onları geniş yaymaq ölkəmizə İsveç rəssamlarının sərgilərinin açılmasına yardımçı olmaqdır.

 

Fuad Hüseynzadə

Palitra  2019.- 21 avqust.- S.6.