Azərbaycanlı yazıçının romanı “İlin ən çox satılan kitabları” siyahısında...

Azərbaycanlı yazıçı Elçin Səfərlininİşıq yanan evromanı “Forbes Rossiyajurnalınınİlin ən çox satılan kitablarısiyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “ACT” nəşriyyatında bu ilin iyun ayında çapdan çıxmış romanın indiyədək 41 min 300 nüsxəsi, eləcə 1109 elektron variantı satılıb. Jurnalın Azərbaycan yazıçısına aid təqdimatında soydaşımızın yaradıcılığı yeniyetmələrin həvəs göstərdiyihyggeanlayışı ilə Paolo Koelo üslubunun qarışığı adlandırılır, Elçin Səfərlinin kitablarında sadə dildə yazılmış sevgi hekayələrinin dənizin səsi, qəhvə qoxusu, isti küləyə büküldüyü deyilir.

Bütövlükdə 12 kitabın yer aldığı reytinqdə birinci yeri yunan yazıçısı Aleks MikaelidesinSusqun pasiyent” əsəri tutur. Kitabın bu il 89,4 min nüsxəsi satılıb. İkinciüçüncü yerləri Rusiya yazıçısı Dina Rubinanorveçli Yu Nesbyo bölüşdürülər.

Palitra  2019.- 27 dekabr.- S.16.