“Xocalı harayı”

21 fevral 2017-ci il tarixdə Masallı Rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri muzeyin direktoru Əntiqə Tağıyeva açmış, Xocalı faciəsi barədə danışmışdır.

Tədbuirdə Masallı rayonunun R. Əzizov adına I Yeddioymaq kənd tam orta məktəbinin müəllimvə şagirdləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə muzeyin foyesində Xocalı faciəsinin 25-ci ildönümünə həısr edilmiş fotosərgisinə baxmışlar. Muzeyin iclas zalında şagirdlərin ifasındaXocalı harayıədəbi-bədii kompazisiya səslənmişdir.

R. Əzizov adına I Yeddioymaq kənd tam orta məktəbin uşaq təşkilatının rəhbəri şəhid Əlifağa Cabbarovun bacısı Şahsənəm Nəhmətova, kitabxana müdiri Mehparə Həsənova çıxış edərək bu faciənin səbəbkarlarını lənətləmişlər. “Xocalı-25” fotosərgisi martın sonuna kimi nümayiş etdiriləcək.

Əlihüseyn Şükürov

Palitra.-2019.-22 fevral.-S.13.