“Azərbaycanlılara bacardığım qədər kömək etməyə çalışıram”

Lalə Həsənova:

Biz "Azərbaycan Xalqlar Dostluğu Birliyi" olaraq iştirak etdiyimiz tədbirlərdə Azərbaycan-Türkiyə qardaşlığının daimisonsuz olduğunu göstəririk”

Bugünlərdə Türkiyədə “Azərbaycan Xalqlar Dostluğu Birliyi” təsis edilib. Artıq bir sıra tədbirlərdə “Azərbaycan Xalqlar Dostluğu Birliyi” ölkəmizi layiqincə təmsil edib. Birliyin sədri hüquqşünas Dr. Lalə Həsənova qəzetimizə müsahibə verib. Qeyd edək ki, Lalə Həsənova Ağdam rayonunda anadan olub. Atası polis polkovniki, həmçinin müharibə veteranıdır, anası isə müəllimədir.

Lalə Həsənova Qərb Universitetinin Hüquq fakültəsinin bakalavr məzunudur. Azərbaycanda UNICEF-in bir neçə layihələrində yer alıb. Azərbaycan insan haqları üzrə müvəkkili aparatında işləyib. YAP Səbail rayon gənçlər təşkilatının üzvüdür. O, Almanya, Polşas. ölkələrdə ixtisasartırma təhsili üzrə diplomlara sahibdir. Antalya Akdeniz Universitetinin Hüquq fakültəsində magistratura təhsili alıb. Hazırda Ankara Yıldırım Bəyazıt Universitetinin Hüquq fakültəsində doktorantura təhsili alır. Eyni zamanda “International Legal Consulting” adlı şirkətin rəhbəridir.

-Elmi işinizin mövzusu nədir?

-Elmi tədqiqatımın mövzusu "Beynəlxalq Hüquqda Diplomatik Qoruma" olmuşdur. Doktorant olaraq isə diqqətimi çəkən mövzulardan biri yenə dövlətin xarici dövlətlərdə yaşayan vətəndaşlarının üzləşdiyi hüquqi problemlərdir. Bu mövzunu geniş miqyasda ələ almaq istərdim.

-”International Legal Consulting” kimi xidmətlər təklif edir?

-”International Legal Consulting” - yerli xarici vətəndaşlara, hüquqi şəxslərə idarə hüquqi xidmət göstərir.

-Türkiyədə təkbaşına belə bir təşkilat qurmaq dərəcədə çətindir?

-”International Legal Consulting” özəl şirkətdir. İdarəçiliyi mənə aiddir. Heç bir təşkilati xüsusiyyətə sahib deyil. Əlbəttə ki, Türkiyə bizim qardaş ölkəmizdir, amma buna baxmayaraq, hər bir ölkənin öz çətinlikləri var. Əlləxusus da xaricdən gəlib buraya yerləşib yaşayan birisi üçün. Mənə eyni zamanda bütün bunları qət etmək əziyyətli çətin oldu. İnanıram ki, irəliləyən günlərdə daha yaxşı olar, inşallah.

-Türkiyədə soydaşlarımıza kimi hüquqi yardım göstərirsiz?

- Türkiyədəki həmyerlilərimizə sadəcə hüquqi deyil, digər (sağlıq, yerləşmə çətinliyi s. ) problemlərində köməklik göstərirəm göstərməyə çalışıram. İki bacı-qardaş talassemiya xəstələrinin Türkiyədə Ümumi Sağlıq Sığortası (Genel Sağlık Sığortası) ilə təmin edilmələrində Türkiyənin məsul şəxsləri ilə xeyli yazışmalar, danışıqlar apardım. Hal-hazırda Mirhəşimovlar ailəsi ÜSS ilə təmin ediliblər, amma yenə uşaqlardan birinin əməliyyatı üçün xeyriyyəçi insanlara da müraciət etmişik. Buna bənzər bir neçə həmyerlimizin, tələbələrimizin, burada işləyən müəllimlərimizin pasport, diplom problemləri s. ilə yaxından məşğul olmuşam oluram. Azərbaycanlılara bacardığım qədər kömək etməyə çalışıram.

-Sizin təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr bir araya gələ bilirmi?

-Mən magistr təhsilimi Antalya Akdeniz Universitetində tamamladım. Burada azərbaycanlı tələbələr olduqca çoxdur eyni zamanda problemləri var. Onlar bir araya gəlməyə çox meylli tələbələrdir. Savadlı tələbələrdir. Görüşlərimizdə onlara buradakı tək məqsədlərinin təhsil olmasını aşılayırıq. Millət vəkilimiz Qənirə Paşayevanın buraya səfəri zamanı da tələbələrimizlə görüşlər keçirilir. Hazırda isə mən Ankara Yıldırım Bəyazıt Universitetində doktorantam. Əminəm ki, orada da azərbaycanlı tələbələr çoxdur Azərbaycanın bayram matəm günləri xüsusi diqqətlə AYBU -nun müdiriyyəti, müəllim tələbə həyəti tərəfindən xatırlanıb yad edilir.

- “Azərbaycan Xalqlar Dostluğu Birliyi”ndə əsas hansı işlər görürsüz?

- Vətəndən kənarda yaşamağıma baxmayaraq, hər an qəlbim Azərbaycanla döyünür. Biz "Azərbaycan Xalqlar Dostluğu Birliyi" olaraq iştirak etdiyimiz tədbirlərdə Azərbaycan-Türkiyə qardaşlığının daimi sonsuz olduğunu göstəririk. Azərbaycanla bağlı təqdimatlarda isə tariximizi, abidələrimizi, milli geyimlərimizi mətbəximizi s. tanıdırıq.

Fuad Hüseynzadə

Palitra  2019.- 27 fevral.- S.7.