Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı başlayır

İyunun 29-dan iyulun 3-dək Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə iyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında təşkil edilmiş mətbuat konfransında çıxış edən festivalın bədii rəhbəri, ittifaqın sədri, Xalq artisti, UNESKO-nun Sülh artisti, professor Firəngiz Əlizadə geniş məlumat verib.

Mədəniyyət Nazirliyinin və habelə Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək festivalda çoxsaylı qonaqların iştirakının gözlənildiyini deyən F.Əlizadə hər il olduğu kimi bu dəfə də Azərbaycanı və digər ölkələri təmsil edən istedadlı musiqiçilərin çıxış edəcəyini söyləyib.

Bu il artıq Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı öz 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daim valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək. Azərbaycan Bəstəkarlar İttifaqı bu il ikiqat yubiley sevinci yaşayır. Bəstəkarlarımız və musiqişünaslarımız böyük ruh yüksəkliyi ilə təşkilatımızın yaranmasının 85 illiyinə hazırlaşırlar”, - deyə Firəngiz Əlizadə vurğulayıb.

F.Əlizadə çıxışında həmçinin qeyd edib ki, 2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlamətdardır: “”Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ilielan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib. Bununla əlaqədar olaraq festival günlərində “Nəsimiyə ithafvokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq və Şəki Musiqi Kollecində “Nəsimi mövzusunun Azərbaycan bəstəkarlarının əsərlərində təcəssümünə həsr edilmiş dəyirmi masa keçiriləcək”.

Ötən illər ərzində festivalın əks-sədasının müxtəlif ölkələrə yayılaraq ildən–ilə daha çox pərəstişkarları cəlb etdiyini bildirən F.Əlizadə deyib ki, bu musiqi bayramının coğrafiyası xeyli genişlənib: “Həmişə olduğu kimi yenə də qardaş Türkiyənin və TÜRKSOY-a daxil olan ölkələrin musiqi kollektivləri qonağımız olacaq. Bu dəfə Qazaxıstanın estrada-simfonik orkestri maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcək. Rusiyadan və Macarıstandan dəvət olunmuş kollektivlər festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər”.

Xalq artisti məlumat verib ki, ilk festivalda olduğu kimi ənənəvi olaraq 10-cu yubiley proqramı da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının məşhur Yuxarı Karvansaray tarixi memarlıq abidəsi fonunda tamaşası ilə başlayacaq. Azərbaycan musiqisi - muğam operasından tutmuş kamera-instrumental əsərlərədək ən müxtəlif janrlarda təmsil olunacaq.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın yüksək səviyyədə keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Macarıstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Mixay Qruber, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor YeroninXalq rəssamı Arif Hüseynov “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının ən yüksək səviyyədə keçəcəyinə əminliklərini ifadə ediblər.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

İyunun 27-də həmçinin Azərbaycan Bəstəkarlar İttifaqınınÜzeyir Hacıbəyli adına Konsert Salonunda Şəkiİpək Yolu” X Beynəlxalq Musiqi Festivalı ərəfəsində

Nəsimiyə ithaflayihəsi üzrə Nəsiminin qəzəllərinə yazılmış musiqi əsərlərindən ibarət konsert Xalq rəssamı Arif Hüseynov rəsm əsərlərinin sərgisi təşkil olunub.

Konserti giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Xalq artisti, UNESKO-nun Sülh artisti, professor Firəngiz Əlizadə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədarNəsimi ilielan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verdiyini qeyd edib Azərbaycan Bəstəkarlar İttifaqının da bu layihəyə ciddi hazırlaşdığını bildirib. F.Əlizadə onu da vurğulayıb ki, istər Azərbaycanda istərsə xaricdə Nəsimi ili ilə əlaqədar bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Sonra söz musiqiyə verilib.

Konsert Beynəlxalq müsabiqə laureatları Süleyman Əyyubov (violin Fəqan Həsənlinin (piano) dahi Azərbaycan bəstəkarı NiyazininRast”əsərini ifası ilə başlayıb.

Əsasən gənc bəstəkarların əsərlərindən ibarət olan konsertdə Vüqar Məmmədzadənin bariton piano üçünHardasan? ” əsəri Beynəlxalq müsabiqə laureatı Rza Xosrovzadə, beynəlxalq müsabiqə laureatı Fuad Əlizadənin röyalda ifasında təqdim edilib.

Daha sonra Əməkdar artist Fəridə Məmmədova (soprano), Kəmalə Əlizadə (piano), beynəlxalq müsabiqə laureatları Ümidə Abbasova (I violin), Süleyman Əyyubov (II violin), Humay Hacızadə (viola) ,Əməkdar artist Əyyub Əliyev (violonçel), Nicat Bağırov (kontrabas) Əməkdar arisatlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev ( kamança) Soltan Əliyev (nağara) bəstəkar Kəmalə Əlizadənin soprano, piano, simli kvintet muğam triosu üçünNəsimi-Qəzəl”, Aysel Əzizovanın bariton piano üçünDünya duracaq yer deyil...”, Beynəlxalq müsabiqə laureatları Ruslan Persan (bariton), Nərmin İsgəndərova (piano), Əyyub Əliyev (violonçel), Seyid Talıbov (qaval) Sara Dilrubanın bariton, piano, violonçel qaval üçünHeyran olmuşam”əsərlərini ifa ediblər.

Konsertdə gənc bəstəkar İlahə İsrafilovanın– tenor, fleyta,klarnet, zərb alətləri, piano, violin violonçel üçünMədhi Əhədəsəri dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılandı. Əsəri Beynəlxalq müsabiqə laureatları Rza Xosrovzadə (tenor), Kamran Talıblı (fleyta), Şahin Məmmədov (klarnet),Mahmud Salah Ağarəhim Salah (zərb alətləri), Fəqan Həsənli (piano), Ümidə Abbasova (violin), Əyyub Əliyev (violonçel) təqdim etdi.

Gənc bəstəkar Tural Məmmədlinin soprano, fleyta, valtorna, piano simli kvintet üçünMəndə sığar iki cahanƏsəri böyük maraqla qarşılandı. Beynəlxalq müsabiqə laureatları Ülkər Əliyeva (soprano), Kamran Talıblı (fleyta), Tural Məmmədli (piano), Toğrul Məmmədli (valtorna) Simli kvintetin ifasında səsləndirilən bu əsər dinləyicilərin alqışları ilə müşayət olundu.

Konsert Fəqan Həsənlinin röyalda dahi Üzeyir HacibəylininCəngiəsərinin ifası ilə başa çatıb.

Tədbir iştirakçıları konsertdən sonra ittifaqın foyesində təşkil olunmuş Xalq rəssamı Arif Hüseynovun “Nəsimi dünyası” mövzusunda silsilə rəsm əsərlərinin nümayiş olunduğu sərgi ilə də tanış olublar.

Palitra.-2019.-28 iyun.-S.13.