Azərbaycan milli mədəniyyətinin hamisi

 

 

Vüsalə Məmmədzadə

Azərbaycan Turizm vəMenecment Universitetinin baş müəllimi

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.

Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Filosof demişkən yadıma alman filosofu Hegelin sözləri düşdü; xalqların müdrikliyini öyrənməyin yeganə açarı mədəniyyətin əlindədir. H.Əliyev də öz müdrikliyi sayəsində Azərbaycan mədəniyyətinin inkişafında bir çox nailiyyətlər əldə etdi.

Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, Məhz həmin illər ərzində 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır.

Təhsil: Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi.

Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi.

-Məktəbəqədər tərbiyə müəssisələrinin, ortaorta ixtisas məktəblərinin, ali təhsil ocaqlarının sayı, təlim-tərbiyə işinin keyfiyyəti yeni mərhələyə daxil oldu. Təhsildə qabaqcıl texnologiya-linqafon kabinələri və digər texniki vasitələrin tətbiqi genişləndi. Bu dövrdə ölkədə Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutuyeni pedaqoji institutlar açıldı.H.Əliyev bununla kifayətlənməmiş, Azərbaycan gənclərinin SSRİ-nin Moskva, Leninqrad, Kiyevbaşqa qabaqcıl ali məktəblərində təhsil almasının təşkilinə xüsusi önəm vermişdir. 1969-cu ildə Azərbaycandan kənarda təhsil almağa göndərilən, əsasən də qeyri-azərbaycanlılardan ibarət olan tələbələrin sayı cəmi 47 nəfər idisə, 1980-ci ilin əvvəlllərində əksəriyyətini Azərbaycanlılar təşkil edən tələbələrin sayı 3500 nəfərə çatmışdı. 1972-ci ildən etibarən Azərbaycandan SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə 300-400 nəfər göndərilirdisə, 1980-ci illərin əvvəllərində 800-1000 nəfər idi.

Hər siyasi xadimin böyüklüyü bir də ondadır ki, o, taleyüklü məsələləri vaxtında görüronu həyata keçirməyin yollarını arayıb tapır, həllinə nail olur. H.Əliyevin təşəbbüsü ilə 1971-ci il iyunun 20-də azərbaycanlı gənclərdən zabit kadrları hazırlanmasında böyük rolu olan Bakıda C.Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış internat məktəbi açılmışdır. Bu, böyük tarixi uzaqgörənlik, zamanı və vaxtı qabaqlamaq idi.

SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

70-ci illərin sonu idi. Ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirə keçirilirdi. Heydər Əliyev təhsil nazirinibir-iki ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət edir. Və ona dərhal sual verir - tələbələr içərisində yerli əhalinin (yəni azərbaycanlıların - Y.M.) nümayəndələri nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət edirona konkret tapşırıqlar verir. Üstündən bir il keçdikdən sonra ali məktəblərə qəbul ərəfəsində Mərkəzi Komitədə keçirilən müşavirədə Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət edir. Rəis bu dəfə də müxtəlif rəqəmlər gətirdi. Heydər Əliyev, əvvəlki kimi, bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlandı. Müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirdi. Böyük siyasətçinin dedikləri: "Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik məktəblərini bitirənləri götürürlər

Bu illərdə Bakı şəhərində mənzil tikintisini sürətləndirmək üçün görülən mühüm tədbirlərdən biri Heydər Əliyevin təşəbbüsü ilə iripanelli evtikmə kombinatlarının təşkil edilməsi oldu. Həmin kombinatların qüvvəsi ilə Bakının Yeni Əhmədli, Günəşli, Yeni Yasamal, 9-cu mikrorayon kimi yaşayış massivləri inşa olunmuş, on minlərlə insan yeni mənzillərə köçmüşxeyli adam öz mənzil-məişət şəraitini yaxşılaşdırmışdır.

 

Memarlıq:

 

Bu gün Bakının mərkəzi meydanlarından birində qərar tutan Heydər Əliyev Sarayının maraqlı tikilmə tarixçəsi var. 1960-1970-ci illər arasında iki dəfə Bakıda geniş səhnəli kinopanarama binasının tikilməsi qərara alınsa da, nədənsə, inşaat işləri yarımçıq dayandırıldı. Üç, dörd ildən sonra yenidən tikinti işləri başlanıldı. Bu dəfə kinokonsert salonu tikmək istəyirdilər. Kompleksin tikintisinə 1962 - ci ilin mayında başlandı. Bir müddət inşaat işləri davam etdirildi, divarlar bir-iki metr qalxdı, lakin az keçməmiş dayandırıldı, bir-iki ildən sonra tamamilə unuduldu. Tikinti işlərinə yalnız ölkədə quruculuq və abadlığın vüsət aldığı dövrdə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin olunmasından sonra başlanıldı. Dahi lider ölkədə tikinti işlərinə rəhbərliyi tanınmış inşaat mühəndisi Əliş Ləmbəranskiyə tapşırdı. Beləliklə, tikintisi on illərlə ləngiyən binada inşaat işləri sürətləndirildi. Qayğıkeş rəhbərliyin gündəlik nəzarəti sayəsində iki il ərzində Respublika Sarayının (keçmiş V.İ.Lenin adına saray) tikintisi başa çatdırıldı. 1972-ci ilin dekabrın 11-də tikintinin qabaqcılları yoldaşlarının alqışları altında sarayın rəmzi açarını Heydər Əliyevə təqdim etdilər. Bu açar ən qiymətli xatirə əşyası kimi sarayda indiqorunub saxlanılır. Həmin gün bu möhtəşəm sarayın səhnəsində ilk böyük qala konsert keçirilidi. Konsertdə respublikanın adlı-sanlı, görkəmli incəsənət ustaları iştirak ediblər. O vaxtdan saray Türkiyə, Yuqoslaviya, Çexoslavakiya, İngiltərə, Amerika kimi böyük ölkələrdən, SSRİ-nin bütün regionlarından incəsənət xadimlərinin çıxışları ilə yanaşı, vacib hadisələrin də qeyd olunduğu məkana çevrildi.

Onu da qeyd edim ki, keçmiş sovetlər ittifaqında belə saray MoskvaSankt-Peterburq da daxil olmaqla cəmi 7 şəhərdə tikilmişdi.

 

60-cı illərin sonu - 80-ci illərdə Bakıda bir sıra iri ictimai binaqurğular tikilmişdir. Bunlardan Dövlət Sirki (Ə.İsmayılov, F.Leontyeva), Respublika Sarayı (V.S. Şulgin, B.İ.Ginzburq, E.R.Melxisedekov, mühəndis K.Kərimov), "Bakı" (H.Məcidov), "Qarabağ" (E.R.Mixisedekov), "Azərbaycan", "Moskva", "Abşeron" mehmanxanaları, Baş poçtamtın yeni binası (son 4 binanın layihəsi M.Hüseynovdur; N.Axundova və A.N.Oltetsianın iştirakı ilə), Respublika Statistika İdarəsinin binası (T.Xanlarovb.), Bakı Dəmir Yolu Vağzalı (Ş.Zeynalova, Y.N.Kozlov, X.Rəhimova), Nərimanov rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov), "Gülüstan" şadlıq sarayı kompleksi (H.Əmirxanov, N.Hacıbəyov, T.Şarinski, F.Rüstəmbəyova, N.İsmayılov, K.Kərimov; Azərbaycan SSR Dövlət mükafatı, 1982), "Şərq bazarı" ticarət mərkəzinin 1-ci növbəsi (U.V.Revazov, P.İ.Yarinovski), Yüngül atletika maneji (Z.Quliyeva), Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov, H.Muxtarov), Azərbaycan Respublikası Prezident Aparatının binası (T. Abdullayev) və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir. Bakıda iri ictimai tikililərdən İdman Sarayı (T.Abdullayev, O.İsayev, Y.Qədimov, T.Xanlarov),

Bu dövrdə yaradılmış Bakının gözəl güşələrinin birində yerləşən xarici ölkələrin dövlət başçıları üçün tikilmiş iqamətgahın müəllifi memar Rasim Əliyev xatırlayır ki, burada aparılan işlər zamanı Heydər Əliyev tikintiyə azı həftədə iki dəfə gəlib, tikintinin problem və çətinlikləri ilə şəxsən tanış olurdu.

Bakının baş planının 1932-ci il variantında metro tikntisi nəzərdə tutulurdu. 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin 1 növbəsinin 1-ci sahəsi (5 st.) açıldı. Həmin dövrdə Bakı keçmiş SSRİ- metro nəqliyyatına malik olan 5-ci şəhər idi.

1976 il dekabrın 31-də "Nizami" stansiyasının açılması ilə Bakı metropoliteninin 1-ci növbəsinin (12 st.) çəkilişi başa çatdı. 1985 ildə metropolitenin 4 stansiyasından ibarət 2-ci növbəsi, 1989 ildə isə 2 stansiyadan ibarət 3-cü növbəsi işə düşdü.

1976-cı ildə 850 illik yubileyi təntənə ilə keçirilmiş Əcəmi Naxçıvaninin yaratdığı nadir sənət inciləri - Yusif ibn Küseyr Mömünə xatın türbələri demək olar ki, dağılmaqdan xilas edilərək bərpa olunmuşdur. Respublikanın başqa yerlərindəki abidələrdə yenidənqurma işləri aparılmış, Bərdə türbəsi, Mərəzədəki Diribaba türbəsi, Həzrə Kələxana türbələri ilkin görkəminə qaytarılmışdır. Şuşa, Şəki, Şamaxı, Ordubad, Bakı s. şəhərlərin memarlıq abidələrinin bərpası üzrə intensiv planlı aparılır. Bu baxımdan, Bakıdakı orta əsr Azərbaycan daş memarlığının incisi sayılan Şirvanşahlar sarayı ansamblının bərpası özəllikcə gözədəyəndir. Son illərdə Gəncədəki qədim ictimai dini tikililərin bərpası onlardan səmərəli istifadə edilməsi memarlıq tədqiqatçılarının gərgin əməyi səyi nəticəsidir. Şəhərdəki Bala Bəhmənli, Qızılıhacılı, Ozan, Zərrabı məscidləri, karvansara s. abidələr əsaslı surətdə bərpa edilmişdir.

Teatr : 1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi teatr sahəsində intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı hörmətlə yanaşan, onlara sözün əsl mənasında hamilik edən Heydər Əliyevin səyi köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.

Mən bunu dəfələrlə demişəm, - güman edirəm, təkcə mənim yox, çoxlarının həyatında şüurunun formalaşmasında, inkişaf etməsində teatrın çox böyük təsiri olubdur. Mən Tağıyev teatrının binasına ilk dəfə uşaqkən, 1937-ci ildə gəlmişəm.

Ondan sonrakı illərdə mən gəlib burada bir çox tamaşalara baxmışam. Azərbaycanın böyük sənətkarları bu binada öz yaradıcılıqlarını, teatr sənətini inkişaf etdiriblər, xalqımıza xidmət göstəriblər.

Mən bu səhnədə Abbas Mirzə Şərifzadəni, Mirzağa Əliyevi, Sidqi Ruhullanı, Fatma Qədrini, Mərziyə Davudovanı, Ələsgər Ələkbərovu, Ağasadıq Gəraybəylini, Ağadadaş Qurbanovu başqalarını xatırlayıram. Bu teatr böyük insanlar, sənətkarlar yetirmişdir. Biz onlarla fəxr edirik. Teatr öz xidmətini göstərmiş biz Hacı Zeynalabdin Tağıyevə rəhmət oxumalıyıq, onun tarixi xidmətlərini qiymətləndirməliyik.

1974-cü il. Azərbaycan teatrının 100 illik yubileyi qeyd edilir. Heydər Əliyev yubiley məraismində çıxış edərək, Şərqdə ilk professional teatrın inkişaf yollarından, ictimai fikrin formalaşmasına onun göstərdiyi təsirdən danışır. Azərbaycan teatrının görkəmli nümayəndələrinə yüksək dövlət mükafatları verilir. Tanınmış səhnə ustaları Mehdi Məmmədov, İsmayıl Dağıstanlı və İsmayıl Osmanlı SSRİ xalq artisti fəxri adına layiq görülürlər. Moskvada Azərbaycan Akademik Dövlət Dram Teatrının yubiley qastrolları böyük uğurla keçir.

 

Palitra 2019.- 8 may.- S.9.