Əhalinin siyahıyaalınması və statistik tədqiqatlarda onun əhəmiyyəti

 

Əhalinin siyahıyaalınması məlumatlarından, həmçinin əmək bazarının tədqiqində geniş istifadə olunur. Mövcud məlumatlardan istifadə etməklə, hazırlanmış metodologiyaya müvafiq olaraq, seçmə nümunələr elmi əsaslarla müəyyən edilir. Aparılan tədqiqat əsasında əmək bazarının əsas sosial-iqtisadi göstəriciləri olan iqtisadi-fəal əhali, məşğul əhali, işsiz əhali, qeyri-fəal əhali haqqında məlumat əldə edilir. Bu məlumatların müxtəlif qruplaşmalar üzrə (ərazi bölgüsünə, cinsə, təhsilə, yaş qruplarına və sair) bölgüsü verilir.

 

Əhalinin iqtisadi fəaliyyəti haqqında statistik məlumatlar aşağıdakı məqsədlər üçün böyük əhəmiyyət kəsb edir:

 

iqtisadisosial siyasətin formalaşdırılması və planlaşdırılması: məsələn, dövlət və özəl sektorlarda məşğulluğun təşviq edilməsi, işsizliyi, natamam məşğulluğu azaltmaq üçün xüsusi proqramların hazırlanması, eləcə də yeni iqtisadi fəaliyyət növləri üzrə ərazilərin və bazarların müəyyən edilməsi üçün qərarların qəbul edilməsi;

 

investisiya sahəsində qərarların qəbul edilməsi, təhsil sahəsində tələbatın müəyyən olunması, eləcə də yoxsulluqla mübarizə yollarını aydınlaşdırmaq üçün əmək bazarında vəziyyətin öyrənilməsi üzrə siyasətin həyata keçirilməsi zamanı əldə edilməsi tələb olunan məqsəd göstəricilərinin müəyyənləşdirilməsi;

 

• iqtisadiyyatın mövcud vəziyyətinin və əhalinin müxtəlif qrupları arasında iqtisadi vəziyyətindəki fərqlərin aşkar ediləsi daxil olmaqla məşğulluq yaxud sosial təminat sahəsində milli proqram və siyasətin qiymətləndirilməsi;

 

pensiya təminatı və digər sosial sığorta proqramlarını işləyib hazırlamaq üçün elmi tədqiqatların aparılması;

 

• əmək miqrasiyası ilə bağlı təhlillər;

 

yoxsulluğun xəritəsinin müəyyən edilməsi;

 

iqtisadisosial vəziyyətin öyrənilməsi və təsviri, eləcə də müxtəlif yaşayış məntəqələrində, region yaxud ölkə daxilində əmək bazarının vəziyyətinin təhlili.

 

Əhalinin siyahıyaalınması məlumatlarından tematik seçmə müşahidələrin hazırlanmasında istifadə olunur. Bu məlumatlar aşağıda göstərilən məsələlər üçün əsas hesab olunur:

 

statistik tədqiqat layihələrinin icrası üçün məlumatla təmin edilməsi;

 

demoqrafiya sahəsində göstəricilərin hazırlanması;

 

• kənd təsərrüfatı sahəsində, eləcə də qeyri-formal sektor üzrə iqtisadi fəaliyyətin tədqiqi;

 

• müşahidə vahidlərinin stratifikasiyası;

 

statistik tədqiqatların qiymətləndirilməsi.

 

Nəticə olaraq qeyd etmək lazımdır ki, sosial-iqtisadisosial-ekoloji xarakterli bütün məsələlərin həllini dərin statistik tədqiqat olmadan həyata keçirmək mümkün deyil. Burada əsas şərt tədqiqat obyekti haqqında tamdüzgün informasiyanın olmasıdır. Odur ki, statistik tədqiqat dedikdə məlumatların toplanması, işlənməsi, qruplaşdırılması, ümumiləşdirilməsi və təhlili başa düşülür.

 

Statistik tədqiqatın birinci mərhələsində ilkin statistik məlumatlar formalaşır ki, bu da aparılacaq tədqiqatın fundamentini təşkil edir. Statistik tədqiqatın etibarlı, düzgün, keyfiyyətli olması üçün məhz ilk növbədə onun fundamenti keyfiyyətli olmalıdır. İlkin statistik məlumatlarda mövcud səhvlər istər nəzəri, istərsə də praktiki nəticələrin doğru və etibarlı olmasına öz mənfi təsirini göstərmiş olur. Bu səbəbdən aparılan siyahıyaalmalar və digər statistik müşahidələr ilk mərhələdən son mərhələyədək diqqətlə düşünülməli, elmi üsullarla təşkil edilməlidir. Statistik müşahidə əldə olunmuş nəticələri ümumiləşmək üçün ilkin mərhələdir. Aparılan statistik müşahidə zamanı hər bir vahid haqqında onu müxtəlif tərəfdən səciyyələndirən məlumatlar mövcud olduqda alınan məlumatların yekunu bütün statistik məcmunu və onun ayrı-ayrı hissələrini xarakterizə edə bilir. Bu mərhələdə statistik məlumatlar toplusu fərq əlamətlərinə görə bölünür və bənzərlik əlamətlərinə görə birləşdirilir, ümumi göstəricilər qruplar və məqsədlər əsasında hesablanır. Qruplaşdırma metodundan istifadə etməklə tədqiq olunan statistik vahidlər əsas xüsusiyyətlərə əsasən ən əhəmiyyətli növlərə, xarakterik qruplaraalt qruplara bölünür. Qruplaşdırmadan istifadə edərək, əhəmiyyət kəsb edən keyfiyyətcə həmcins məcmu formalaşdırılır ki, bu da ümumiləşdirici göstəricilərin müəyyən olunması və tətbiqi üçün əsas şərtdir. Təhlilin yekun mərhələsində ümumiləşdirici göstəricilər əsasında nisbiorta kəmiyyətlər hesablanır, variasiya və keyfiyyət göstəriciləri hesablanır, dinamika qurulur, indekslər hesablanır, balans qurulur, əlaqə sıxlığını xarakterizə edən göstəricilər hesablanır, statistik modellər qurulur. Rasionalvizual təsvir olunması məqsədilə mövcud məlumatlar cədvəllər və qrafiklər şəklində təqdim olunur.

 

Bütün bunları nəzərə alaraq demək olar ki, siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlı olduğundan əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur.

 

Nuriyev, Mübariz.

 

Palitra.-2019.-8 may.-S.12.