“Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır”

Elmar Məmmədyarov: Avropa Parlamenti Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin illik icra hesabatlarında Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayır”

“2013-cü ildə Avropa Parlamenti tərəfindən Avropa Qonşuluq Siyasəti ilə bağlı qəbul edilmiş qətnaməyə əsasən bir Şərq Tərəfdaşlığı ölkəsinin digərinin ərazilərini işğal etməsi Şərq Tərəfdaşlığının əsas prinsiplərini və məqsədlərini pozur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olmalıdır”

“Önəm verdiyimiz ümumbəşəri dəyərlər mütləq gündəliyimizdə qalacaq. Bir ölkə digər ölkənin ərazilərinin 20%-i işğal edib, əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkünə çevirib, özünü demokratik adlandıra bilməz”. Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib. O bildirib ki, ŞT-nın strukturlaşdırılmış dialoqu vaxtında həyata keçirilən bir çalışmadır: “Ancaq burada Aİ, ŞT prosesinin cəlbedici və canlı olmasını istəyirsə, tərəfdaş ölkələrə daha yaxşı qulaq asmalıdır. Təhlükəsizlik sahəsində əməkdaşlıq, böyük ehtimal ilə, Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaq. Azərbaycan kiber təhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizmterrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır”. Nazir qeyd edib ki, beynəlxalq hüquqqayda-qanunlara əsaslanan qlobal nizam prinsiplərinə riayət etmək regionda problemlərin həlli və təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün ən yaxşı yoldur: “Lakin ŞT-ni yeni yaranan təhdidlərə qarşı dayanıqlı və cavab verməyə qadir etmək üçün, ŞT-nin əsas öhdəliklərini yerinə yetirməliyik. 10 il əvvəl Praqada ŞT-nin əsasını qoyan Birgə Bəyannaməni qəbul etdik. Orada biz yekdilliklə ŞT-nin beynəlxalq hüquq prinsiplərinə əsaslanan öhdəliklər üzərində qurulacağına razılaşdıq. İşğalŞT-nin əsas prinsiplərindən sui-istifadə hallarına artıq dözə bilmərik. Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır. 2013-cü ildə Avropa Parlamenti (AP) tərəfindən Avropa Qonşuluq Siyasəti ilə bağlı qəbul edilmiş qətnaməyə əsasən bir Şərq Tərəfdaşlığı ölkəsinin digərinin ərazilərini işğal etməsi Şərq Tərəfdaşlığının əsas prinsiplərini və məqsədlərini pozur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olmalıdır. Bundan əlavə, AP Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin illik icra hesabatlarında Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayır. Beləliklə, Şərq Tərəfdaşlığı-nın növbəti onillik gündəliyində güclü təhlükəsizlik komponenti olmazsa, bu müddətdə onun Azərbaycan üçün əlavə dəyəri az olacaq”.

Ermənistanın işğalçılıq siyasəti haqqında ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Yəhudi Respublikaçılar Alyansına məlumat verilib

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti haqqında ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Yəhudi Respublikaçılar Alyansına da məlumat verilib. Yəhudi Respublikaçılar Alyansının dəvəti ilə ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev təşkilatın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib. Ölkəmizin Los-Anceles şəhərindəki Baş Konsulluğundan bildiriblər ki, təqdimatdan əvvəl çıxış edən Alyansın həmtəsisçiləri Miç SilbermanMark Vidaver Azərbaycanın ABŞ və İsrail üçün strateji önəm daşıdığını vurğulayıb, onun qədim tolerantlıq və multikulturalizm ənənələrini təqdir ediblər. Baş konsul Nəsimi Ağayev çıxışında Azərbaycanın müstəqillik tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, 1918-ci ildə xalqımız Azərbaycan Xalq Cümhuriyyətini qurub, bu respublika müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət olmaqla yanaşı, həm də müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkə kimi tarixə düşüb. Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqqında ətraflı məlumat verən baş konsul əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda tarixən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlandığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanın təcrübəsi müsəlman-yəhudi qardaşlığının və dostluğunun mümkünlüyünü göstərir. Bundan başqa, N.Ağayev Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrindən danışaraq, bu münasibətlərin iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə ildən-ilə daha da genişləndiyini bildirib. Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalçılıq siyasətinə toxunan baş konsul bildirib ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsində yəhudi vətəndaşlar da iştirak edib, onlardan biri - 1992-ci ilin mayında Şuşa şəhərinin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş dağ yəhudisi Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Baş konsul bildirib ki, Aqarunovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaxın vaxtlarda onun Bakıda ucaldılmış abidəsinin rəsmi açılışı olacaq. Sonra N.Ağayev iştirakçıların suallarını cavablandırıb.

“Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın faşist siyasətinin daha bir təsdiqidir”

Yeri gəlmişkən bir məqma da toxuanq ki, Milli Məclisin deputatı Aydın Hüseynov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifinə münasibət bildirib. Deputat qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalçı ölkə olduğunufaşist siyasəti yeritdiyini bir daha təsdiqləyir. A.Hüseynov bildirib ki, N.Paşinyanın bu absurd fikri son dərəcə gülünc səslənir: “Çünki dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınan əbədi və əzəli torpağımızda başqa bir dövlətin bu istəyi qanunsuz olmaqla yanaşı, torpaqlarımıza göz dikməyin bariz nümunəsidir”. Deputatın sözlərinə görə, reallıq budur ki, 1991-ci ilin noyabrın 26-dan Dağlıq Qarabağ adlı inzibati bir qurum olmadığından orada belə bir tədbirin keçirilməsi beynəlxalq qanunlara ziddir: "N.Paşinyanın ölkə daxilində, cəmiyyət qarşısında siyasi nüfuzunu itirib. O, erməni lobbisi və Dağlıq Qarabağdakı qondarma rejim qarşısındakı acizliyini açıq şəkildə ifadə edə bilmirona görə bu cür sərsəm bəyanatlar səsləndirməklə ölkə daxilində gərginliyi azaltmağa cəhd edir. Nikol Paşinyan bu sərsəm təklifi ilə Ermənistanda durmadan itən nüfuzunun bərpasına çalışsa da hiyləgər niyyəti və faşist təfəkkürü ilə istəyinə nail ola bilməyəcək”.

A.Miriyev

Palitra  2019.- 6 noyabr.-  S.11.