Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı böyük hadisədir”

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri bir daha sübut etdi ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq var və tərəfdaşlıq iqtisadi, humanitar, mədəni sahələrdə daha da möhkəmlənir”. Bu fikri tanınmış rusiyalı jurnalist, “Business-dialog media” təşkilatının baş icraçı direktoru Mariya Suvorovskaya bildirib. O deyib ki, bu səfər iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini əks etdirdi: “Rusiya Prezidenti Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevaya “Dostluqordenini təqdim edərək, onun dövlətlərarası əlaqələrin inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirdi.

Eyni zamanda Mehriban xanım səfəri çərçivəsində Rusiya Hökumətinin sədri Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdü, İrina Viner-Usmanovanın rəhbərlik etdiyi Gimnastika Mərkəzi, 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienalisini ziyarət etdi”.

Mariya Suvorovskaya Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılışını böyük hadisə kimi qiymətləndirib: “İndi hər bir rusiyalı, təkrarolunmuz, möhtəşəm, unikal Azərbaycan mədəniyyəti ilə yaxından tanış ola biləcək. Əlbəttə ki, bütün bunlar Mehriban xanım Əliyevanın yorulmaz, gərgin əməyi sahəsində baş tutub.

X Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində təşkil olunmuş “Sənaye sahəsində əməkdaşlıq”, “Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri”, “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Humanitar sahədə əməkdaşlıq” mövzularında dəyirmi masalarda tərəfdaşlığın genişləndirilməsinə böyük bir təkan verəcək və Rusiya-Azərbaycan dostluğunda yeni mərhələ olacaq”.

 

Fuad Hüseynzadə

Palitra.-2019.-27 noyabr.-S.6.