Balkan mədəniyyətinin simvolu Heydər Əliyev Mərkəzində

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa və onun “The No Smoking Orchestra” qrupunun konserti keçiriləcək. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, proqramda tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri təqdim olunacaq.

Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə populyarlıq və şöhrət qazanıb. Əvvəlcə o, kinorejissorssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.

O, Sarayevo şəhərində dünyaya gəlib. Lap erkən yaşlarından incəsənətə meyil göstərib. Tez-tez dərslərdən yayınaraq kino zallarının qaranlığına çəkilir, sevimli filmlərinə təkrar-təkrar baxırmış. Məhz Sarayevodakı kinoteatrların birində o, nəhayət anlayır ki, həyatını cazibədar kino dünyası ilə bağlamaq istəyir. Kusturitsa geniş ictimaiyyətə müxtəlif mükafatlar almış “Arizona arzusu”, “Yeraltı”, “Qara pişik, pişik” filmləri, o cümlədən Kann kinofestivalında iki “Qızıl palma budağı” qazanmış filmləri ilə məşhurdur.

Emir Kusturitsa 1999-cu ildə “The No Smoking Orchestra” qrupunu yaradıb onun daimi üzvüdür. Kusturitsa qrupun tərkibində gitaraçı kimi çıxış edir. “The No Smoking Orchestra” qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin özlərinin iştirakçısına çevrildikləri möhtəşəm şou təqdim edir.

Palitra.-2019.-2 oktyabr.-S.16.