Çinin Anxoy Opera Teatrının nümayəndələri Ədəbiyyat İnstitutunda

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq həm Azərbaycan və Çin əlaqələrinin inkişafından, həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çinlə əməkdaşlığından danışıb. Akademik İnstitutda Çin tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, həmin mərkəzdə Çin Xalq Respublikası ilə ədəbi və mədəni əlaqələrin öyrənildiyini vurğulayıb. Bu işdə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin və şöbənin müdiri, professor Bədirxan Əhmədlinin də xidmətləri olduğunu qeyd edib. Bunlardan əlavə Çinin Sosial Elmlər Akademiyası ilə geniş əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Onlarla birgə konfranslar keçirildiyini, kitablar yazıldığını bildirib.

İnstitutun direktoru onu da əlavə edib ki, “Pekində Azərbaycan mərkəzi açılıb, burda isə Çin mərkəzi varbiz qarşılıqlı işləyirik. Eyni zamanda institutda Çin mərkəzində çin dili öyrədilir. İndiyə qədər mərkəzin on nəfər tələbəsi dil öyrənib. Onların bir neçəsi Çində oluborada məşhur Çin səddini görüblər. Bəzi tələbələr PekinŞanxayda olub, Nərgiz Kərimova isə Anxoy Universitetində xarici dil kursu keçib. Sizin gəlişiniz də çox əlamətdar bir tarixi vaxta təsadüf edir. Çin Xalq Respublikasının 70 illiyi tamam olur. Çin Azərbaycana dost ölkədir. Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkələrimizin əlaqələrinin inkişafı üçün böyük imkanlar yaradırlar. Biz Çinlə İpək yolu marşrutu üzrə də əməkdaşlıq edirik. Çin qədim sivilizasiya ölkəsidir, həm də müasir dünyanın lider dövlətlərindən biridir”.

Sonra Anhui-Beijing Operasının rəhbəri Zhao ChungungKonfutsi İnstitutunun direktoru Luo Xiaozhi çıxış edərək belə bir görüşün təşkili üçün təşəkkürlərini bildiriblər. Daha sonra çinli qonaqlar tərəfindən çin rəqsinin, operasının, qılınc oynatma sənətinin qısaca nümayişi olub.

 

Nigar

Palitra.-2019.-2 oktyabr.-S.7.