Tanınmış İsrail yazıçısı Tərcümə Mərkəzində

Oktyabrın 3-də tanınmış İsrail yazıçısı, İsrailin Baş naziri Binyamin Netanyahunun qardaşı İdo Netanyahu və İsrail–Azərbaycan Beynəlxalq əlaqələri təşkilatının rəhbəri Arye Qut Dövlət Tərcümə Mərkəzində olublar.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə İsrail xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətlərindən, Azərbaycan–İsrail ədəbi-mədəni əlaqələrindən, hər iki xalqı bir-birinə doğmalaşdıran mənəvi dəyərlərdən söz açılıb.

İsrailin tarixi, elmi-mədəni, ədəbi irsi ilə bağlı Azərbaycan oxucusuna maraqlı olacaq bir sıra əsərlərin tərcümə və nəşr layihələri, eləcə də Azərbaycan ədəbiyyatını İsrail oxucusuna yaxından tanıdacaq Azərbaycan ədəbiyyatı nümunələrinin ivrit dilində İsraildə nəşri və digər bu kimi məsələlər müzakirə edilib.

Görüşün sonunda qonağa, Mərkəz tərəfindən Azərbaycanda nəşr edilmiş, tanınmış yəhudi yazıçısı Şolom AleyxeminSeçilmiş əsərləri” kitabı və “Tövrat”ın Azərbaycan dilinə çevrilmiş hissələri yer alan “Xəzər” dünya ədəbiyyatı jurnalının nömrələri hədiyyə edilib.

Palitra  2019.- 4 oktyabr.- S.16.