“Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib

Ötən gün Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə birlikdə “Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib. Trend-in məlumatına görə, BMTM-in sədri Fərid Şəfiyev bildirib ki, Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib: "Burada təkcə Qaregin Njdedən söhbət getmir. Faşizmlə əməkdaşlıq edən bir sıra digər məşhur terrorçular Ermənistanda qəhrəman kimi qələmə verilir".

F.Şəfiyev müxtəlif universitetlərdə belə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

BDU-nun rektoru Elçin Babayev deyib ki, Azərbaycan nə qədər çox uğur qazanırsa, onu istəməyənlər, paxıllıq edənlər azğınlaşır.

Onların bunu müxtəlif yollarla həyata keçirməyə çalışdığını deyən rektor bildirib ki, ermənilərə son günlərin ən tutarlı cavabları dalbadal gəldi:

"Ermənilər Soçidə Valday Klubunda aldığı zərbədən özünə gəlməmiş MDB dövlət başçılarının Aşqabaddakı görüşündə yeni zərbə aldılar. Ümumiyyətlə, bütün məsələlərdə naşı olan, küçə taktikasını seçmiş Paşinyan özünü tam gülünc vəziyyətə salır.

Njde sözün həqiqi mənasında faşist olub, quldur dəstəsi yaradaraq kifayət qədər insanın ölümünə səbəb olub.

Ermənistanda Njdeyə heykəlin qoyulması onu göstərir ki, onlar özlərinə qəhrəman tapa bilmir".

Erməni Araşdırmalar Mərkəzinin professoru Qafar Çaxmaqlı bildirib ki, Naxçıvanda anadan olan Njde ömürboyu türk millətinə qarşı vuruşub: "O, 1912-1913-cü illərdə Birinci Dünya Müharibəsində Türkiyəyə qarşı döyüşüb. Müharibədən sonra

daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edib. Bununla yanaşı, Ermənistan Respublikasının ordu quruculuğu məsələləri ilə məşğul olub. Njde 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir. Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbaycanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetiriliröz evlərindən qovulur. Njde, həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Onun dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ermənilərin özlərinin yazdığı kitablarda da Njdenin hansı əməllər törətdiyi qeyd olunur".

Q.Çaxmaqlı deyib ki, bu gün “kasıb Ermənistan”ın müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları) filmimilli qəhrəman” Qaregin Njde haqqında çəkilən film olub: "Burada Njde ilk erməni respublikasının (1918-1920) hərbi lideri kimi təqdim edilir, onun 1930-cu illərdə “Tseğakron” (millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır. Filmdə onun Ermənistanı Sovet İttifaqından çıxarmaq üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etməsi göstərilir. Bütün bunların ardınca Njdeyə heykəlin qoyulması onu göstərir ki, irqçilikfaşizm bu ölkənin dövlət siyasətidir".

Rusiyalı tarixçi, Qafqazşünas alim Oleq Kuznetsov bildirib ki, ermənilər Njdenin bəzi əməllərini şişirdirək onu qəhrəman kimi təqdim edirlər.

Onun sözlərinə görə, ermənilər Njdenin Hitlerfaşist Almaniyasının digər rəsmi şəxsləri ilə görüşdüyünü desələr də, bu görüşün olmasını təsdiqləyən heç bir rəsmi sənəd yoxdur: "Erməniləri elə rəhbər şəxslərin heç yaxınına belə buraxmayıblar. Bütün bunlar erməni uydurmasıdır".

O.Kuznetsov əlavə edib ki, bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var: "Bu sənədlərdə Njde hərəkət etməyi Hitlerdən öyrənməyin lazım olduğunu deyir. Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib. Bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə etmişdi".

Rusiyada faşist Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb

Yeri gəlmişkən, Rusiyanın Krasnodar diyarının Armavir şəhərində Ermənistanın milli qəhrəmanı, faşist Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb. APA-nın Moskva müxbirinin xəbərinə görə, petisiyada Armavir şəhərinin rəhbərliyinə, eləcə də ictimaiyyətə Q. Njdenin xatirə lövhəsinin sökülməsi üçün səyləri artırmağa çağırış edilib.

Bildirilib ki, Q. Njdenin xatirə lövhəsi Böyük Vətən Müharibəsi veteranlarının xatirəsinə təhqirdir və Rusiyanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı apardığı mübarizə ilə ziddiyyət təşkil edir.

Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir

Bu aradaJewish News Syndicate” nəşrində “Cultural Diplomacy Associates” təşkilatının rəhbəri, “Qarabağ Fondunun keçmiş icraçı direktoru Diana Koen Altmanın Azərbaycanın Milli Qəhrəmanı, Dağ Yəhudiləri İcmasının üzvü, 1992-ci ilin may ayında Şuşa şəhəri erməni işğalçıları tərəfindən tutularkən qəhrəmancasına həlak olmuş Albert Aqarunova həsr edilmiş məqaləsi dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalə müəllifinin qeyd etdiyi kimi, yəhudi icmasının üzvü və əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanın Milli Qəhrəmanı döyüşdə həlak olandan 28 ilə yaxın vaxt keçdiyinə baxmayaraq, indionun adı və hərəkətləri bu iki dinin nümayəndələri arasında səmimi münasibətlərin əyani sübutudur. Müəllif qeyd edir ki, Bakıda Azərbaycanın bu qəhrəman oğluna heykəl qoyulub.

Altman yazır ki, 1991-ci il dekabrın 8-də Aqarunovonun həmkarı Ağababa Hüseynov ermənilərin bir neçə tankını və zirehli yük maşınlarını sıradan çıxarıblar. Ermənistan tərəfi Aqarunovu öldürəcək erməni əsgərinin, kimliyindən asılı olmayaraq mükafatlandırılacağını vəd etmişdi.

1992-ci ilin may ayında 23 yaşlı Aqarunov Azərbaycanın tarixi mədəni paytaxtı sayılan Şuşa şəhərini müdafiə edən alay yoldaşlarını xilas etməyə çalışarkən öldürülüb.

Gənc Albertin müharibədən əvvəl təhsil aldığı musiqi məktəbinə onun adı verilib. Bakıda və Qubada bu qəhrəmanın şərəfinə xatirə lövhələri vurulub.

Məqalədə qeyd edilir ki, Aqarunovun həyat tarixçəsi yəhudilərin Azərbaycanda yerli əhali ilə inteqrasiyasının əlamətidir.

Altman yazır ki, Azərbaycanda antisemitizm yoxdur. İsrailin Baş Naziri Binyamin Netanyahu Azərbaycanda səfərdə olarkən bu məqamı bir daha vurğulayaraq bildirib ki, İsrail ilə Azərbaycan arasında münasibətlərbütün dünyaya nümunə kimi göstərilə bilər”.

 

Fuad Hüseynzadə

Palitra.-2019.-22 oktyabr.-S.11.