Turizm gündəlik 5 milyard dollar gəlir gətirir

Dünyada 5 turistdən 4-ü bölgədəki destinasiyaya gedir: öncədən bronlama, müştəri məmnuniyyəti, “hər şey daxilturist cəlbində mühüm əhəmiyyət kəsb edir

Dünya iqtisadiyyatındakı yavaşlamanın əksinə olaraq turizm sənayesi inkişaf edir. Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) dünya turizminin mövcud vəziyyətini açıqlayıb. Burada göstərilir ki, turizm 4 faizlik artımla dünya iqtisadiyyatındakı inkişafın önündə yer alır turizm dünyada gündə 5 milyard dollarlıq gəlir gətirir. 2018-ci ildə səyahət edən insanların sayının 1 milyard 401 milyon olduğu, ümumilikdə 1 trilyon 451 milyard dollarlıq gəlir yaratdığı bildirilir.

UNWTO-nun baş katibi Zurab Pololikashvili bildirib ki, bu məlumatlar turizmin dünya iqtisadiyyatındakı yerini başa düşmək turizm sektorunun gücünü göstərmək üçün əhəmiyyətlidir. O, iqtisadiyyatdakı yeri əlaqəli sektorlara verdiyi töhfədən əlavə, bütün ölkələr üçün problem olan məşğulluğun yaradılmasında turizmin mühüm rol oynadığını söyləyib.

Hesabatda göstərilir ki, dünyada turizm 2018-ci ildə ən sürətlə Asiya Sakit Okean Afrika bölgələrində böyüyüb. Dünya turizmində orta artım 4 faiz olduğu halda, Asiya Afrikada artım təxminən iki dəfə - 7 faiz artıb. Fransa 89 milyon insan ilə dünyanın ilk 10 ölkəsi arasında birinci yerdədir. Yaponiya ilk dəfə ziyarətçilərin sayının artması nəticəsində ilk onluğa daxil olub.

Asiya Afrika ölkələri turizm gəlirlərini ən çox artıran ölkələr olub. Dünyada turizmdən ən yüksək gəlir əldə edən ölkə 214 milyard dollar ilə ABŞ-dır. İspaniya 74 milyard dollar ilə ikinci, Fransa isə 67 milyard dollar ilə üçüncü sırada yer alıb. Dünyadakı turizm gəlirlərinin 40 faizi ən çox turizm gəliri olan ilk 10 ölkədən gəlir. Çin 277 milyard dollar ilə dünyada turizm xərcləri ən yüksək olan ölkədir ki, Amerika da Çini izləyir. Bu gün dünyada 5 turistdən 4-ü bölgədəki destinasiyaya gedir. Dünya səyahətlərinin 58 faizi hava yolu ilə reallaşır ki, 2000-ci ildə bu rəqəm 46 faiz idi. Viza tətbiq edən ölkələrin dünya əhalisinə nisbəti 1980-ci ildəki 75 faizdən 2018-ci ildə 53 faizə düşüb.

İspaniya 83 milyon turist cəlb etdiyi halda, ABŞ 80 milyon turist qəbul edib. Dördüncü sırada 63 milyon ilə Çin yer alarkən onu 62 milyon ilə İtaliya izləyib. Turist sayını 22 faiz artıran bu artımla siyahıda ən çox artım əldə edərək altıncı sırada yer alan Türkiyəni 41 milyon nəfərlə Meksika, 39 milyon nəfərlə Almaniya, 38 milyonla Tayland 36 milyon nəfərlə İngiltərə izləyib.

AB- otellərlə bağlı yeni standarta keçilir

Avropa Birliyinə (AB) üzv ölkələrdəki otellərin ulduz reytinq sistemində vahid standarta keçiləcək. Belə ki, Avropa Otellər, Restoranlar, Barlar Kafelər Assosiasiyası Birliyi (HSU) AB üzv ölkələrinin hamısında otel ulduzlarının reytinqi üçün eyni məlumatlardan istifadə edilərək təsnif ediləcək yeni sistem hazırlayır. HSU sisteminin 250 meyara uyğun hazırladığı ulduzlama sistemi 1 yanvar 2020-ci ilədək tamamlanacaq 2021-ci ildən etibarən qüvvəyə minəcək. Almaniyanın “Deutsche Welleradiosunda yayılan xəbərə görə, ortaq standartlar yalnız HSU üzvləri üçün etibarlı olacaq. HSU prezidenti Jens Zimmer Christensen, məsələ ilə bağlı may ayında Helsinkidə idarə heyətinin iclasında qərar verildiyini söyləyib: "Yeni təsnifatla meyarları asanlaşdırmaq, ulduz üçün daha çox rahatlıq şəffaflıq yaratmağı hədəfləyirik. Yeni sistemin otelləri çətin vəziyyətdə qoymaması üçün bir keçid dövrünü gözləyirik. Yeni standartlarda rəqəmsallaşdırma da daxil olmaqla bir sıra yeni meyarlar qoyduq.

Bu sistemdə, ekoloji cəhətdən təmiz sistemlərə, məsələn, elektrikli nəqliyyat vasitələrinin doldurma stansiyaları ya mobil telefon istifadəçiləri üçün hazırlanmış veb səhifələrə investisiya qoyan otel müəssisələri daha çox xal qazana bilər”.

Rusiya Tur Operatorlari Biriliyinin (ATOR) araşdırmasına görə, 2020-ci il üçün turizm səfərlərində öncədən bronlama ilə bağlı müştəri seçimlərində Türkiyə Tunis, İspaniya Yunanıstanın yerinə keçir. Türkiyəninhər şey daxilsistemi səbəbiylə rəqibsiz olduğu, buradan qaynaqlanan tələbatda artımın gələn il davam edəcəyi, bunun da qiymət artımına səbəb olacağı deyilir. Eyni zamanda Türkiyəyə gedən turist sayının artması müştərinin razı qalmasının göstəricisi olduğu bildirilir. O da qeyd edilir ki, 2020-ci ildə Avropada artım trendini davam etdirəcək ikinci ölkə Tunisdir. İngiltərədən Tunisə gedənlərin sayı 2019-cu ildə iki dəfə artıb ki, 2020-ci ildə öncədən bronlaşdırma artıq indidən 25 faiz artıb.

Türkiyə: “Bizim neftimiz, turizmdir

Turizmin inkişaf etdiyi ölkələrdən biri Türkiyədir ki, cari ilin 7 ayında təkcə İstanbul 8,4 milyondan çox xarici turist qəbul edərək son 5 ilin ən yaxşı performansını əldə edib. Türkiyə Otelcilər Federasiyasının (TÜROFED) direktor müavini Cənubi Ege Turistik Otelcilər Administratorlar Birliyi (GETOB) sədri Bülent Bülbüloğlu, dünyada turizmin 3- 4 faiz artdığını, Türkiyənin bu böyümədə ilk sırada yer aldığını söyləyib. 2019-cu il turizm ilinin həm Cənubi Ege, həm Aralıq dənizi bölgəsində çox yaxşı keçdiyini, Marmaris, Bodrum, Fethiye Dalaman da daxil olmaqla cənub bölgəsinə olan tələbatın artdığını deyib: "Bu il mövsümün əvvəlində bir az sakitlik hökm sürürdü. Səbəbi isə Yunanıstan, İspaniya İtaliya kimi rəqiblərimizin önünə keçməmizlə bağlı verdikləri reaksiya nəticəsində qonaqlama qiymətlərində endirim edilməsi idi. Aprelin ortalarından etibarən Avropa başda olmaqla, xüsusilə Serbiya, Belçika, Polşa, Danimarka İsveçrəyə kimi bazarlardakı artım, böyümə sürətimizi artırdı”.

Bu il iyun, iyul avqust çox məhsuldar gəlirli olduğunu deyən Bülbüloğlu bu il turizm mövsümünü çox yaxşı keçirdiklərini bildirib: “Cənubi Ege bölgəsi üçün ingilis bazarı birinci sıradadır. Ölkəmizə yay aylarında gələn 5 milyon ingilisin yarısı məhz bu bölgəni seçir. İngilis ailələri bir il əvvəldən tətil planı hazırlayırlar. Bu planlara görə, gələn il üçün əvvəlcədən sifarişlərdə ciddi artım var. Keçən ilin yaşanan iqtisadi problemlərin öhdəsindən gəlirik. Bu iqtisadi çətinliklərin öhdəsindən gəlməyimizdə ən böyük təsiri olan amillərdən biri turizmdir. Turizm sektoru bacasız sənayedir. Bizim neftimiz, turizmdir. Ölkəmizi tanıdan iqtisadiyyatı lokomotivi olan turizm sektorudur. Müxtəlif ölkələrdən qədər çox yeni turist gəlirsə, o qədər çox Türkiyə gözəllikləri tanınır. Yeni turistlər qonaqpərvərliyimizi, mədəniyyətimizi, təbiətimizi gözəlliklərimizi görür. Cari turizm mövsümünü çox yaxşı keçirdik 2020-ci il üçün çox böyük ümidlərimiz var”.

8 ay ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3 faiz artaraq 2.1 milyona çatıb

Ölkəmizdə turizm sektoru davamlı olaraq inkişafdadır. Cari ilin avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da 2018-ci ilin avqustuna nisbətən 42 min ya 13.2 faiz artım deməkdir. Səyahət edənlərin ən böyük qismini 9.3 faiz artım ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib. Ən böyük artım 82.2 faiz ya 17 min nəfərlə İrandan gələnlər (37 min) arasında müşahidə olunub. Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnləri sayı 68 minə çatıb ki, bu da keçən ilə nisbətdə 11 min ya 20 faiz artım deməkdir. 2019-cu ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3 faiz artaraq 2.1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53 faizini Rusiya (653 min) Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8 faiz ya 87 min artım müşahidə edilib. Mərkəzi Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4 38.1 faiz artaraq müvafiq olaraq 83 min 72 minə çatıb.

Nigar Abdullayeva

Palitra  2019.- 18 sentyabr.- S.6.