“News Blaze” nəşri: “Ermənistanda nasist veteranlarıqəhrəmanhesab edirlər

ABŞ-da çıxan “News Blaze” nəşrində amerikalı jurnalist publisist Nurit QringerinErmənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə persona non-qrata elan edilməlidirsərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC xəbər verir ki, materialda Ermənistanın Baş nazirinin Los-Ancelesə qarşıdakı səfərindən nasizmi, irqçiliyi təşviq edən Ermənistan rəhbərliyinin biabırçı reputasiyasından bəhs edilir. Müəllif yazır ki, sentyabrın 22-də Los-Ancelesə birgünlük səfər edəcək Paşinyan Los-Ancelesdəki Qrand-parkda Cənubi Kaliforniyanın erməni icması ilə görüşəcək. Qringer vurğulayır ki, Ermənistanın Los-Anceles hakim dairələri tərəfindən bu böyük şərəfə layiq görülməsinə yol verilməməlidir bunun səbəbləri çoxdur.

Avropa ölkələrinin çoxunun keçmişi nasizmlə bağlıdır. Lakin həmin ölkələrin əksəriyyəti bu keçmişi onun iştirakçılarını pisləyiblər. Həmin ölkələr nasistlərin hər hansı şəkildə mədh olunmasından çəkinməyə çalışır. Ermənistan isə bu baxımdan istisnadır. Bu ölkədə nasist veteranlarıqəhrəmanhesab edirlər. Ermənistan nasistlərə kömək etmiş, onlarla əməkdaşlıq etmiş nasistlərin törətdiyi dəhşətli cinayətlərdə fəal iştirak etmiş erməni hərbi rəhbərlərini pisləməyə heç vaxt cəhd göstərməyib. Üstəlik, Ermənistan belələrini tərifləməkdə, buveteranları” “milli qəhrəmanelan edərək onlarınirs”lərini məktəblərdə erməni uşaqlarına öyrətməkdə davam edir. Məsələn, 2016-cı ildə Yerevanda nasizm fanfarları fonunda erməni millətçisi inqilabçısı, nasistlərin törətdiyi cinayətlərin iştirakçısı olmuş Qaregin Njdeyə heykəlin açılışı mərasimində Ermənistanın rəsmi şəxsləri iştirak ediblər. Qringer göstərib ki, İkinci Dünya müharibəsi illərində erməni hərbi canilər Qaregin Njde general Dro təqribən 30.000 nəfərdən ibarət bədnamerməni legionuyaradıb onu kütləvi qətllər törədilməsi üçün nasistlərin ixtiyarına veriblər. Erməni legionu alman Vermaxtının tərkibində Krımda, Qafqazda Fransanın cənubunda vuruşub, yəhudiləri digərarzuolunmazetnik qrupların nümayəndələrini toplamaqda nasistlərə fəal kömək edib, cəza düşərgələrindəyəhudilərə ölüm marşlarıtəşkil ediblər.

Anası yəhudi olan Los-Anceles meri Erik Qarsetti amerikalı yəhudilərin daxil olduğu Los-Anceles Şəhər Şurası bir fakta görə narahat olmalıdırlar ki, nasist canilər Njde Dro Ermənistanda böyük qəhrəmanlar elan ediliblər. Antidiffamasiya Liqası müəyyən edib ki, Ermənistanın 2,2 milyon yaşlı sakininin 1,3 milyonu antisemit əhval-ruhiyyəli insanlardır. Bu, Ermənistanın Avropada ikinci antisemit ölkə olması deməkdir. 2018-ci ildə Pyu Tədqiqat Mərkəzinin apardığı araşdırma nəticəsində məlum olub ki, ermənilərin 32 faizi yəhudiləri öz həmvətənləri kimi qəbul etmir Ermənistandayəhudi problemi” var.

Erməni təcavüzü Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən hərbi işğalı etnik azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi ilə müşayiət olunub. Belə faciələrdən ən dəhşətlisi 1992-ci fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş verib. Müəllif vurğulayır ki, o vaxt erməni silahlı qüvvələri bu şəhərə soxulub Azərbaycanın 613 nəfər mülki vətəndaşını qətlə yetiriblər.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 884 nömrəli 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir, erməni işğalçı qüvvələrinin işğal edilmiş bütün regionlardan dərhal, tamamilə qeyd-şərtsiz çıxarılması tələb edilir. Qringer məqalənin sonunda təəssüflə yazır ki, bu günə qədər Ermənistan BMT Təhlükəsizlik Şurasının hüquqi baxımdan məcburi olan bu qətnamələrini yerinə yetirməyib.

Orduda baş verən özbaşınalıq, intihar, korrupsiya, cinsi fiziki təcavüz hallarının artması kimi hallar erməni ictimaiyyətində böyük narazılıqlara səbəb olub

Yeri gəlmişkən, analitik Ehtiram AşırlıPalitra”ya bildirib ki, son bir neçə gündür, hətta bir neçə aydır Ermənistanın daxili siyasətində təlatümlər yaşanır: “Hazırda Ermənistan daxili siyasətindəki mövcud vəziyyət belədir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanı yenidən həbs edilib. Bunun timsalında Köçəryanın tərəfdarları hakimiyyət nümayəndələrinə təzyiqlər edir məhkəmə binasının qarşısında durmadan etiraz aksiyaları keçirirlər.

Məhkəmə sisteminin düzgün işləməməsi və islahatların aparılması üçün məhkəmələr bağlanmalıdır şəklində Paşinyan tərəfindən edilən açıqlamanın xalq və bəzi müxalifət nümayəndələri tərəfindən narazılıqla qəbul edilməsi, 2008-ci il 1 mart hadisələri ilə əlaqədar köhnə hakimiyyət nümayəndələrindən keçmiş müdafiə naziri Seyran Ohanyansabiq silahlı qüvvələrin baş qərargah rəisi daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsinin Təşkilatının katibi olmuş Yuri Xaçaturovun dindirilməsi prosesi də birmənalı qarşılanmır”.

O qeyd edib ki, orduda ərzaq probleminin, xüsusilə də qidanın keyfiyyətinin aşağı olması hərbi hissələrdə əsgərlər və hətta yüksək rütbəli zabitlər tərəfindən narazılığa səbəb olur: Orduda baş verən özbaşınalıq, intihar, korrupsiya, cinsifiziki təcavüz hallarının artması həmçinin əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən döyülərək öldürülməsi kimi hallar erməni ictimaiyyətində böyük narazılıqlara səbəb olub. Xüsusilə də erməni anaları övladlarını öldürənlərin cəzalandırılması, ədalətin təmin olunması üçün hökumət və MN binası qarşısında etiraz aksiyaları keçirərək PaşinyanlaTonoyanla görüşmək istədiklərini bildirsələr də nə Paşinyan nədəki Tonoyan onları qəbul etmir. Belə olan təqdirdə analar Paşinyana inandıqları üçün yanıldıqlarını və onların keçmiş hakimiyyətdən heç nə ilə fərqlənmədiklərini bildirirlər.

Ermənistan Müdafiə Nazirliyi daxilində ən əsas problemlər hərbi qulluqçuların sosial təminatlarının aşağı olması və məzuniyyət kompensasiyalarının verilməməsi, evlə təmin edilməməsi kimi məsələlərdir ki, hərbi qulluqçuların MN binası qarşısında aclıq aksiyası keçirmələrinə gətirib çıxarır”.

Paşinyan hakimiyyəti tamamilə çökməkdədir”

Analitikin fikrincə, Ermənistan ictimaiyyətində Paşinyana olan inam günü-gündən azalır: “Son zamanlar keçirilən sorğulara görə onun reytinqinin 50%-dən aşağı olduğu qeyd edilir: “Paşinyanın kreslosunun lax dığı bir vaxtda Amulsar mədənin istismarı ilə bağlı xalq arasında narazılıqların yaranması, bunun timsalında parlamenthakim partiya arasında fikir ayrılıqlarının yaranması son zamanlar erməni mətbuatında Paşinyanın ehtiyat qüvvə topladığı, yenidən seçkilərə gedə biləcək kimi fikirlər səslənməsinə gətirib çıxarıb. Baxmayaraq ki,Paşinyan xalqa müraciət edərək Amulsar mədəninə gedən yolu açmalarını xahiş etdixalq bu dəfə onun xahişinə məhəl qoymadı.

Bu məsələ Paşinyan və komandası arasında anlaşılmazlıqlara səbəb olub. Belə ki erməni mətbuatında çıxan xəbərlərə görə parlamentin vitse-spikeri, “Mənim addımım” blokunun üzvü Lena Nazaryan mədənin istismara açılması fikri ilə razı olmadığını və əksini düşündüyünü Paşinyanın özünə bildirib.

Bu məsələ özlüyündə hakimiyyət daxilində istefaların olmasına gətirib çıxardı. Belə ki, Ermənistanın polis rəisi Valeri Osipyanın istefaya getməsilə nəticələndi. Erməni KİV-də yayılan məlumatlara görə ictimaiyyət əgər Amulsar mədəninə gedən yolu açmasa, o zaman Paşinyan polis qoşunlarını oraya daxil edərək xalqa qarşı zor tətbiq edəcəkdir. Sentyabrın 17-də Paşinyanın rəhbərliyi ilə keçirilən təhlükəsizlik şurasının iclası zamanı bu məsələ ilə bağlı Paşinyanla Valeriy Osipyan arasında keçən söhbət əsnasında polis rəisinin istefa verməsinə qərar verilib. Erməni mətbuatında yayılan məlumatlara görə, Paşinyan polis rəisinə əgər sən “polisi ora daxil edə bilməyəcəksənsə” və “mənim qərarlarıma şübhə ilə yanaşırsan” şəklində sərt ifadələr işlətməsi Valeriy Osipyanın vəzifədən uzaqlaşması ilə nəticələnib.

Hakimiyyət daxilindəki istefalardan biriMilli təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanın istefa verməsidir”.

Ehtiram Aşırlı qeyd edir ki, Paşinyan hakimiyyəti tamamilə çökməkdədir və bu ölkə daxilində parçalanma, hətta vətəndaş müharibəsinə gətirib çıxaracaq hadisələrin yaşanması ehtimalı yüksəkdir.

Fuad Hüseynzadə

Palitra 2019.- 20 sentyabr.- S.11.