“Fərman Salmanovun davamçıları indi var”

Eldar Əhədov: “Kitablarla maraqlanan ağıllı oxucu bütün ədəbiyyata maraq göstərir…”

İxtisasca markşeyder (mədən mühəndisi) olan Eldar Əhədovu əksər insanlar şair kimi tanıyır. Hətta 1986-cı ildən yaşadığı Krasnoyarsk şəhərində o, şair kimi məşhurdur. Yeri gəlmişkən, Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Uss bu ilin aprelində qəzetimizə eksklüziv müsahibəsində ədəbiyyatsevərlər arasında şair yazıçı Eldar Əhədovun yaradıcılığının məşhur olduğunu demişdi. Xatırladaq ki, Əhədov Eldar Əlixas oğlu 1960-cı il iyulun 19-da Bakıda anadan olub. 1983-cü ildə Leninqrad Dağ-mədən İnstitutunu bitirib. E.Əhədov yaradıcılıq fəaliyyəti ilə yanaşı, ixtisası üzrə işləyib. Qütbarxası sahələrdən tutmuş monqol çöllərinə qədər, Yamaldan Tıvayadək tayqanın tundranın bütün əlçatmaz yerlərində olub. 10 il ərzində (2000-2010) Krasnoyarsk Diyar Xalq Yaradıcılığı Dövlət Mərkəzi Ədəbiyyat Birliyinin korlar zəif görənlər üçün “Bılina” ədəbiyyat studiyasına rəhbərlik edib. Sibir Yazıçılarının IV Qurultayının (2002) nümayəndəsi olub. Sibir Yazıçıları Assosiasiyasının Krasnoyarsk Diyar Yazıçılar Təşkilatının (1998), Rusiya Ədəbiyyat Fondunun üzvü, Rusiya Yazıçılar İttifaqının Krasnoyarsk regional bölməsinin (2003-2008) üzvüdür. Rusiya Markşeyderlər İttifaqının üzvüdür.

E.Əhədov 2010-cu ildə “Mirı Eldara” saytını “Ozareniye” beynəlxalq rusdilli poetik müsabiqəsini yaradıb. Yazıçı poeziya nəsrin müxtəlif janrlarında yazılmış 30-dan çox kitabın, o cümlədən “Moya azbuka”, “Veşşiy son”, “Skrijali vetra”, “Kamennaya azbuka”, “Posmotri mne v qlaza”, “Molitva o tebe”, “Derjavnıy panteon”, “Slavyanskiy panteon”, “Nemetskiy panteon”, “Kniqa lyubvi”, “Puteşestviye oçarovannıx starikov”, “Kuyumba”, “Vasilkovoye nebo”, “Dobrıye skazki”, “Severnıye rasskazı i povesti”, “Na Kraynem Severe” digər kitabların müəllifidir. 2012-ci ildə E.Əhədovun beşcildlik seçilmiş əsərləri işıq üzü görüb. Yazıçının iki kitabı ABŞ-da, bir çox əsərləri isə Bolqarıstan, İsrail, Almaniya, Ukrayna, Qazaxıstan, Belarus Azərbaycanda nəşr edilib.

Onun “Sənə dua edirəm” əsəri dünyanın 13 dilinə, o cümlədən ərəb, yunan, ingilis, ispan, Çin dillərinə tərcümə olunub. Sibirin Sayan bölgəsində Tyoplaya çayının iki qoluna E.Əhədovun adı verilib.

- Bu gün Rusiyada Fərman Salmanovun davamçılarının olmasına ümid edə bilərikmi?

- Onlar olub indi var. Sibir tayqasında tundrasında minlərlə azərbaycanlı çalışır.

- Siz markşeyder olaraq Rusiyaya kimi töhfə veribsiz?

- Mən markşeyder olaraq çoxlu Sibir yatağının kəşfində iştirak etmişəm.

- Hazırda hansı istiqamətlərdə tədqiqatlar aparırsız?

-Mən Uzaq Şimalın veteranıyam. Bir ay əvvəl təqaüdə çıxdım.

 

- Siz həyata markşeyder kimi atılıb sonradan şair olubsuz, yoxsa əksinə...?

 

-8 yaşımdan bəri şeir yazıram. 18 yaşımda ikən markşeyder ixtisasını seçdim.

- Hər hansı azərbaycanlının şeir ya nəsr əsəri rus oxucusu üçün dərəcədə maraqlı ola bilər?

-Kitablarla maraqlanan ağıllı oxucu bütün ədəbiyyata maraq göstərir, o cümlədən Azərbaycan ədəbiyyatına da. Bå hər zaman olub həmişə olacaq.

- Siz Rusiyada, eləcə digər ölkələrdə keçirilən şeir müsabiqələrində iştirak edirsizmi?

- Bəli. Mən mütəmadi olaraq müsabiqələrdə iştirak edirəm. Yamal-Nenets Muxtar Dairəsi Qubernatorunun Dövlət Ədəbi Mükafatı laureatı, "Rusiyanın gümüş lələyi", "Dünyanın xeyirinə" milli mükafatları laureatı, "Şimal sərhədsiz bir ölkədir" (İsveç – Rusiya) , "Homer" mükafatı (Yunanıstan), "Za-Za Verlag" Nəşr Mükafatı (Almaniya), Ümumrusiya ədəbi festival festivalının gümüş medalını missal göstərmək olar.

SƏNƏ DUA EDİRƏM

Allahım, Sənə yalvarıram, hal-hazırda bu sətirləri oxuyan şəxsə Səndən xahiş etdiyi hər şeyi əta et! Bunu ona tam şəkildə ver, çünki yalnız Sən bu cür əta etməyə qadirsən! qoy o həyatının bütün günlərində, əgər mümkün olmazsa, heç olmasa müəyyən həddə xoşbəxt olsun. Ona möhkəm can sağlığı yaxınlarının məhəbbətini, onlar tərəfindən anlayışla qarşılanmaq mərhəmət hissi qismət et… Elə et ki, onun qəlbi bütün mövcudiyyətə yalnız məhəbbətlə alovlansın. Onu təhqiredici sözlərdən, haqsızlıqlardan paxıllıqlardan, müharibə ölümlərdən, cismani ruhi ağrılardan hifz et. Hətta bütün bunlar qaçılmaz olsa belə, o zaman da onu tərk etmə, ona təsəlli ver. Ona yer üzərində qiymətli, əziz olan hər şeyi onun üçün hifz et. Əgər bu barədə xahiş etmək gecdirsə, onu hafizəsindən məhrum etmə … Bu duanı hal-hazırda oxuyan şəxsin Sənə inanıb inanmadığı mənə məlum deyil. Hətta əgər inanmırsa belə: ona yardım et! Qoy o yalnız olmadığını, lazımlı insan olduğunu sevildiyini hiss etsin... Mənim mərhəmətli rəhmli Allahım! Mənim bu arzumu yerinə yetir! Elə yerinə yetir ki, gözlərimi yummazdan öncə: “Sənə Şükürlər olsun, Allahım! Sən dualarımı eşidirsən...” deyə bilim!

 

KAĞIZDAN ATA

 

Rəfdə papaq var, ki, əlcək,

Çoxdandı yanmayır buxarı ocaq.

"Ay ana, bəs atam vaxt gələcək?"

Soruşur anadan bu körpə uşaq.

Bayırda payızın nəfəsi gəlir,

Gecələr şaxtalar andırır qışı,

desin?...Ananın qəlbi kövrəlir,

Boğur qəhər ilə onu göz yaşı...

Sükutu uşağın təkidi pozur:

"Gəl mənə kağızdan ata düzəldək,

(Ananın halını o, özü yozur)

Amma bunu heç kim bilməsin gərək.

Hər yerdə özümlə gəzdirəcəyəm,

Onu gəzdirmək çünki asandır.

olsun, kağızdan olanda, bəyəm?

O ki, həm cəsurdur, həm pəhləvandır."

 

 

SƏNDƏN SAVAYI...

 

Bütün şəkillərini bir-bir cırıb tulladım,

Bu olmadı imdadım... Səni unudammadım.

Acı şərabdan, meydən içdim, içənə kimi,

huşum itənə kimi. Küçədə sərxoş yatan

yazıq pinəçi kimi, bilim nəçi kimi,

bilim nəçi kimi. Bu olmadı imdadım,

Səni unudammadım. Evləndim, həyatıma

ailə, uşaq doldu, vim, eşiyim oldu.

Bu olmadı imdadım, Səni unudammadım.

İndi mən qocalıram... Çalışsam da havayı

Hər şey yadımdan çıxır, Hər şey,

Səndən savayı...

 

 

GƏNCLİK VƏ QOCALIQ

 

Çılğın gəncliyimi salıram yada.

Göy səma altında, bu gen dünyada,

Necə qayğısız bir cavan idim,

Aləmə, dünyaya mən heyran idim.

Həzin bir ahəngi vardı zamanın,

Qədrini bilməzdim onda hər anın.

Qorxmadan heç nədən, sanki, dərdim?

Göz yaşı tökmədən köçüb gedərdim...

İndi əldən salıb qocalıq məni,

Düşünüb, anıram olub, kecəni.

Həyatın mənası dərin imiş,

O, keçən illərim şirin imiş.

Hər baxış, hər bir an mənə təsəlli,

Tuturam həyatdan indi cüt əlli.

 

MÖCÜZƏ

 

Bütün həyat ümidlərin əlində,

Gözləyirik, olmayanlar olacaq.

Qəfil gələr möcüzələr, gələndə

Qapımızdan, bacamızdan dolacaq.

Şad xəbərlər qarşısında qaçar şər,

Yaman günün ömrü azdı, şübhəsiz

Darıxma, dost, yaman günlər ötüşər,

Birgə gülüb, sevinərik onda biz.

Sevinc gələr bu məkana, bu elə,

Nur ələnər çölə, düzə, səmaya,

Qədəm qoyaq onda verib əl-ələ,

Möcüzələr baş verdiyi dünyaya.

Möcüzələr yaradacaq yaradan,

Öz-özünə yetişəndə zamanı.

Soruşma ki, axır gəldi haradan?

Çünki olmur möcüzənin ünvanı.

 

HƏKİM ÇAĞIRMAQ

 

Həkim çağırmaq olar,

Təcili yardım gələr.

Qulluqçu çağırarsan,

Köməyin ola bilər.

Duelə çağırarsan

Qəzəblənib kimsəni...

Taksi çağırsan əgər,

Gəlib aparar səni.

Yağış da çağırarsan,

Təbiətə can verər,

Polis çağırarsan,

Qoymaz çəkəsən zərər.

İstədiklərin olar,

Çağırmağına baxır,

Gülüş, qəzəb, ya qorxu,

istəyirsən çağır.

desən çağırarsan,

Sən belə vərdiş ilə,

Bir Tanrı, bir məhəbbət,

Gəlməz sifariş ilə!

 

ANLARSAN...

 

Bir gün anlayarsan, həqiqətən

Haqqı, ədaləti çox olar danan.

Kövrək bir könül var güclü bədəndə,

İncidərlər, sındırarlar nagahan.

Keçmişlə gələcək arasında sən

Boşluqlar görsən , tanrı pənahdı.

Çalış ki, uzaq ol qəmdən, qüssədən,

Boş şeyin dərdini çəkmə, günahdı.

Dünyanın sehrini duy, sevinc ilə,

Aləm bizimlədir, bizimlə inan.

Keçək gülə-gülə, verib əl-ələ,

Zamanın bu eniş, yoxuşlarından...

Fuad Hüseynzadə

Palitra 2019.- 25 sentyabr.- S.7.