“2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində irəliləyiş ola bilər”

Ənənəvi olaraq Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Azərbaycan xalqını canlı olaraq televiziya vasitəsilə təbrik edir. Bu ilPrezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edibbu təbrikdə Dağlıq Qarabağ məsələsinə toxunub: “Deyə bilərəm ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdübu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır.

Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.

Dövlət başçısı vurğulayıb ki, ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdirbiz bu il bunu bir daha təsdiq etdik: “Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalarayollara tam nəzarət edək. Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq”.

“Əgər Ermənistan özünün işğalçılıq siyasətini davam etdirəcəksə...”

Yeri gəlmişkən, millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında deyib ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində haqlı olaraq bildirdi ki, 2018-ci ildə Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli işində çox ciddi mövqelərə malik olub: “Cənab Prezidentin dediklərində böyük bir həqiqət var. İlk növbədə Azərbaycan danışıqlar prosesində problemin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarının çıxarması məsələsi olduğunu bir daha qətiyyətlə müdafiə etdi: “Ermənistanın yeni rəhbərliyi problemin qoyuluşunu əsas məzmundan uzaqlaşdırmağa çalışsa da, bu alınmadı. İkincisi, beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edildi. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, işğalçı ölkənin qoşunlarının çıxarılması vacib hesab edildi. Vacib məqamlardan biri də Azərbaycanın Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzün bərpası üçün atdığı qətiyyətli addımlar oldu.

2018-ci ilin may ayında Naxçıvanın Şərur rayonunun Günnüt kəndinin və ətrafdakı 11 min hektar ərazinin işğaldan azad edilməsi Silahlı Qüvvələrimizə Ermənistandan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gedən yolları nəzarətdə saxlamağa imkan verdi. Yəni bütün bunlar bir daha göstərdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsində çox ciddi addımlar atıb və həmişə bu məsələ Azərbaycan dövlətinin gündəlik fəaliyyətində əsas məsələ kimi qalacaq. 2019-cu ildə problemin həlli üçün müəyyən ümidlər vardır. Ermənistan bu imkandan istifadə edərsə, Azərbaycandan daha çox, işğalçı ölkə problemin həllindən qazanacaq. Yox, əgər Ermənistan özünün işğalçılıq siyasətini davam etdirəcəksə, bu ona gətirib çıxaracaq ki, Ermənistan vəziyyətini daha da ağırlaşdıracaq”.

Millət vəkili Elman Məmmədovun fikrincə isə 2018-ci ildə beynəlxalq aləmdə, bütün istiqamətlərdə Azərbaycanın uğurları bu sözü deməyə bizə əsas verir: “Bəli, görülən işlər siyasətdə uğur qazanmağa kömək edir. 2018-ci ildə Azərbaycan beynəlxalq aləmdə, yəni dövlətlərarası münasibətlərin beynəlxalq qurumlarla olan əlaqələrində çoxsaylı uğurlar qazandı. 2018-ci il bütün istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də Azərbaycan üçün çox uğurlu oldu. Görülən işlər bunu təsdiq edir. İnşallah, 2019-cu il 2018-ci ildən də uğurlu olacaqPrezidentimizin dediyi kimi, 2019-cu ildən gözləntilərimiz çoxdur. Xüsusilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində, ümid edirik ki, irəliləyişlər olacaq və 2019-cu il həlledici il kimi tarixdə qalacaq”.

“Ermənistanın özünün gələcəyi və dayanıqlı inkişafı üçün silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması vacibdir

Bu aradaTrendin Azərbaycan xəbərlər xidməti məlumat verib ki, Ermənistan xarici işlər nazirinin son bəyanatı Azərbaycana qarşı təcavüz siyasətinin cüclənməsini nümayiş etdirir: “Ötən ilin 30 dekabr tarixində Ermənistan xarici işlər nazirinin ölkəsinin cənub-qərbindəki hərbi hissələrindən birinə baş çəkərək söylədiyi “Biz diplomatların işi sizin qələbənizi davam etdirmək və Ermənistanın, xalqımızın maraqlarını əks etdirəcək sülhü möhkəmləndirməkdir. ...Ermənistan silahlı qüvvələri təhlükəsizliyi təmin etmək iradəsinə və qətiyyətinə sahibdirfikri Ermənistanın Azərbaycana qarşı təcavüzünü və 25 ildən artıqdır Azərbaycan ərazilərini işğal altında saxladığını aşkar şəkildə nümayiş etdirir. Bu illər ərzində beynəlxalq vasitəçilərin səyləri ilə münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycanın konstruktiv yanaşmasına rəğmən, Ermənistan rəhbərliyinin gücdən istifadə etməklə qonşu ölkənin işğal etdikləri ərazilərində təhlükəsizliyin möhkəmləndirilməsindən bəhs etməsi işğalçı siyasətə haqq qazandırmaq və işğalın nəticələrini möhkəmləndirmək niyyətinin göstəricisidir.

Ermənistan xarici işlər nazirinin, 2018-ci ilin 6 dekabr tarixində Milanda keçirilmiş görüş nəticəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən qəbul edilmiş birgə bəyanatın müddəaları ilə birbaşa ziddiyyət təşkil edən bu addımı Ermənistan rəhbərliyinin öz ölkəsinin əhalisini sülhə deyil, işğalçı siyasətin möhkəmləndirilməsinə hazırlamasından xəbər verir. Rəsmi Bakının hər zaman çıxış etdiyi əhalini sülhə hazırlamaq mövqeyi həmsədrlər tərəfindən tam olaraq dəstəklənir. Ermənistanın yeni siyasi rəhbərliyi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına məhəl qoymayaraq Azərbaycanı və beynəlxalq ictimaiyyəti yanıldacağını zənn edir”.

Yazıda bildirilir ki, Ermənistanın özünün gələcəyi və dayanıqlı inkişafı üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması vacibdir: “Ermənistan xarici işlər nazirinin özünün də razılaşdırdığı 6 dekabr tarixli birgə bəyanatdan sonra, 26 dekabr tarixində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin qarşıdurma xəttinə yaxın yerdə Azərbaycan SQ-nin nəzarəti altında olan ərazilərdə azərbaycanlı mülki şəxslər Ermənistan SQ tərəfindən atəşə tutulurAğdam rayonunun Baş Qərvənd kənd sakini yaralanır. Bunun ardınca 30 dekabr tarixində Ermənistanın xarici işlər naziri “silahlı qüvvələrinin qələbəsinin diplomatlar tərəfindən möhkəmləndirilməli olduğunu” söyləyir. Danışıqlar prosesi çərçivəsində hər zaman aqressiv ritorikanın azaldılması zərurətindən danışan Ermənistan rəhbərliyi xarici işlər nazirinin bu son bəyanatı ilə nəinki buna əməl etmir və əhalisini sülhə hazırlamır, əksinə, məhz özü aqressiv davranış nümayiş etdirir.

Dağlıq Qarabağ, eləcə də Azərbaycanın hər bir yerində təhlükəsizlik və sabitlik bizim üçün vacibdir. Bu barədə ölkə rəhbərliyi səviyyəsində Azərbaycanın mövqeyi hər zaman bəyan edilib. Münaqişənin həlli üzrə uzunmüddətli davam edən danışıqlar təcrübəsi onu göstərir ki, Ermənistan tərəfindən verilən vədlər və razılaşdırılan bəyanatlar kifayət etmir, bu işdə ən əsas məsələ verdiyin vədə və ya bəyanata uyğun davranmaqdır”.

Fuad Hüseynzadə

Palitra.- 2018.- 4 yanvar.-S.11.