Naxçıvanda turizm infrastrukturunun təkmilləşdirilməsi öz bəhrəsini verir

Azərbaycan Respublikasının müəyyən etdiyi iqtisadi prioritetlərini qətiyyətlə reallaşdırması onun bütün regionlarının sosial-iqtisadi inkişafını sürətləndirmiş və bu, davamlı hal almışdır. İqtisadiyyatın qeyri-neft sektorunun çoxşaxəlilik əsasında inkişaf etdirilməsi, iqtisadihüquqi tənzimləmələrlə hədəflərə nail olunması, bütün regionlarda xammal-emal-istehsal həlqəsini təmin edəcək proseslərin güclü potensial formalaşdırması öz aktuallığını artıran və gündəlik diqqətdə saxlanılan məsələlərə çevrilmişdir. Təbii ki, bu sahələr içərisində strateji əhəmiyyətliliyi ilə seçilən turizm sektorunun mövcud inkişafını və onun regionlar üzrə gələcək perspektivlərindən bəhs etmək yerinə düşər.

Qeyd edək ki, xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət özünün məhsuldarlığı ilə iqtisadiyyatın sahə strukturunun möhkəm əsaslarla təşkilatlanmasına imkanlar açmış, bu isə həm mövcud, həm də prioritet kimi seçilən sahələrin sosial-iqtisadi perspektivlərini artırmışdır. Məhz burada, turizm sahəsinin perspektivlərinin müəyyənləşdirilməsi, zəruri infrastrukturun yaradılması və eləcə də turizm sahəsində uzaq gələcək üzrə səmərəliliyinin yüksəldilməsi məqsədilə müvafiq tənzimləmələrin həyata keçirilməsi diqqətdə saxlanılmışdır.

İqtisadiyyatın turizm sektorunun tənzimlənməsi, bu sahədə məqsədyönlü iqtisadi-hüquqi mexanizmlərin işləkliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə birinci mərhələdə 2002-2005-ci illər üçün, ikinci mərhələdə isə 2010-2014-cü illər üçün nəzərdə tutulan Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət proqramları təsdiq edilmişdir. Bu istiqamətdə “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı”nın səmərəli icrasını qeyd etmək lazımdır. Bunları əsas tutaraq qeyd edə bilərik ki, ölkəmizdə turizm sənayesinin güclü dayaqlarının yaradılması və inkişaf etdirilməsi müasir iqtisadi inkişaf sahəsində dayanıqlı bazanın yaradılması ilə müşayiət edilməkdədir. Qətiyyətlə və doğmalıqla inşasına 2009-cu ilin sentyabr ayında başlanılmış “Şahdağ” Qış-Yay Turizm Kompleksinin əhəmiyyətinin artırılması və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin fəaliyyət göstərməsi Azərbaycanın turizm sektorunun dayanıqlığını və qarşıya qoyulan hədəflərə xidmət etdiyini göstərməkdədir. Təsadüfi deyildir ki, bütün bu kimi proseslərin fonunda artıq 2011-ci il Azərbaycan Respublikasında “Turizm ilikimi elan olunmuşdur. Məhz bunun özü də ölkəmizdə turizm sahəsinin davamlı və dinamik inkişafı sahəsindəki inamın, qətiyyətliliyin və çevikliyin ən gerçək ifadəsinə çevrilmişdir.

Turizm müasir dünya iqtisadiyyatının daha çox önəm verdiyi, ölkələrarası sosial-iqtisadi, hətta siyasidiplomatik münasibətlərin məhsulu və həmçinin onun hərəkətverici qüvvəsinə çevrilən amil kimi öz aktuallığını artıran sahədir. Bu istiqamətdə ixtisaslaşan ölkələr illər üzrə iqtisadi artımını və sosial dayanıqlığını təmin etməklə, zaman-zaman özünü göstərən böhranlar qarşısındakı müqavimətliliyini da artırmış olur.

Bu baxımdan da qeyd edə bilərik ki, dünya iqtisadiyyatına, o cümlədən onun ixtisaslaşmış turizm proseslərinə inteqrasiya edən ölkə kimi Azərbaycan Respublikasının müvafiq sahə üzrə həyata keçirdiyi islahatlar, keçdiyi mərhələlər və əldə etdiyi uğurlar keyfiyyətcə yeni mərhələnin də əsaslarının təşəkkülünə təminat yaratmaqdadır. 2016-cı ilin dekabr ayında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Fərmanın bu sahədə iqtisadi, hüquqi və məntiqi əhəmiyyəti olduqca böyükdür. Özündə 12 əsas istiqamət üzrə uzaq gələcəyi hədəfləyən mütərəqqi perspektivləri əks etdirən Yol xəritələrindən biri kimi İxtisaslaşmış Turizm Sənayesinin inkişafını qeyd edə bilərik. Həmin Yol Xəritəsində göstərilir ki, mövcud imkanpotensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir. Eyni zamanda bu tənzimlənmə, ölkəmizə gələn turistlərin sayında da artım dinamikasını təmin etməkdədir. Artıq statistik rəqəmlər göstərir ki, təkcə cari ilin yanvar-noyabr ayları ərzində ölkəmizə səfər edən əcnəbilərin sayı 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 6 faizya 151 min nəfər artmışdır. Belə ki, ötən 11 ayda Azərbaycana gələn əcnəbilərin sayı təxminən 2,5 milyona çatmışdır.

Bununla yanaşı, ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsi sahəsindəki proseslərin gedişi göstərir ki, turizmin inkişafı nəticəsində iqtisadiyyatın sosialyönümlülüyünün (sosiallaşmasının) gücləndirilməsinə də çox güclü zəmin yaradılacaqdır. Əhalinin rifah göstəricilərinin artmasında, sosial-iqtisadi inkişafda əmək ehtiyatlarının rolunun daha çevik təşkilində, nəticə etibarilə məşğulluq siyasətinin səmərəliliyinin yüksəldilməsində ixtisaslaşmış turizm sənayesinin çəkisinin artması mümkün olacaq. Bəhs edilən Yol Xəritəsində 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə cəmi 35 min olmaqla, bilavasitə turizm sektorunda 25 min yerinin yaradılacağı proqnozlaşdırılır. Yəni məşğulluq imkanlarının 71 faizdən artığı turizm sektorunda reallaşacaq. Bu, təbii ki, həm də ölkəmizdə qəbul edilən istənilən hüquqi tənzimləmə vasitələrində iqtisadiyyatın sahələri üzrə əlaqəliliyin məqsəd olaraq götürüldüyünüona nail olunduğunu göstərir.

Azərbaycan Respublikasının milli iqtisadi inkişafında, sosial məqsədlərinin reallaşmasında və regional iqtisadi siyasətinin səmərəliliyinin artırılmasında Naxçıvan Muxtar Respublikasının rolu, mövqeyi və təsiri böyükdür. Müasir iqtisadi şəraitin zəruri təsisatlarının yaradılmasında, yeniliklərlə müşayiət edilən islahatların davamlılığında, həmçinin makroiqtisadi potensialın daha da gücləndirilməsində müstəsna rolu ilə seçilən muxtar respublika müəyyən edilən hədəf və prioritetlər baxımından da qürurverici inkişaf səhifələri açmaqdadır ki, burada da turizm perspektivlərini qeyd edə bilərik.

Turizm sahəsində proseslərin düzgün təşkili və idarə olunması, hüquqiiqtisadi tənzimləmələrin səmərəliliyinin artırılması milli iqtisadi quruculuq proseslərində turizmin rolunun və çəkisinin yüksəldilməsinə böyük stimul vermişdir. Tarixi, iqtisadi, mədəni, dini, müalicəvi və s. sahələr üzrə əhəmiyyəti yüksək olacaq məkanların, abidə və türbələrin öyrənilməsi, tədqiqi, qorunması və yaşadılması, əgər bir tərəfdən onları nəsillərdən nəsillərə ötürülməsinə təkan olacaqsa, digər tərəfdən də milli iqtisadi perspektivlər baxımından onların turizm əhəmiyyətinin olduqca böyüklüyünü təmin edəcəkdir.

Muxtar respublikada turizm siyasəti makroiqtisadi siyasətin tərkib hissəsi olmaqla davamlıdır, qətiyyətlidir. Turizm sahəsində mövcud potensialın dəyərləndirilməsi, yeni məkanların yaradılması və perspektivliyinin artırılması məsələlərinin aktuallığı özünü hər addımda göstərməkdədir. Belə ki, 31 yanvar 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan Sərəncamla 2018-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi bu sahədəki prosesləri daha da sürətləndirmişdir. Məhz bu tənzimləmə ilə muxtar respublikada səmərəli turizm siyasətinin gələcək inkişaf səhifələri üçün sağlam hüquqiiqtisadi mühit yaradılmışdır. Bəhs edilən Dövlət Proqramının səmərəli icrasının nəticəsi kimi, 29 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi yaradılmışdır. Bu, artıq muxtar respublikanın özünün regionları üzrə turizm şəbəkəsinin genişlənməsini və davamlı perspektivlərini göstərməkdədir. Təbii ki, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasında əsas məqsəd də elə məhz muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə digər kəndlərdə də onu tətbiq etməkdən ibarətdir. Qeyd edək ki, bu, qarşıdakı dövrlərdə muxtar respublikanın uyğun ərazilərində turizm perspektivlərinin artırılmasına, makroiqtisadi potensialda isə turizm göstəricilərinin artan dinamikasının təmin olunmasına xidmət edəcəkdir. Eyni zamanda bu potensial Ağbulaq kəndinin abadlaşdırılmasına, müasir infrastrukturun yaradılmasına yol açmaqdadır. Qeyd edək ki, kənddə 65 evin yenidən qurularaq müasir şəraitlə təmin edilməsi, hər şeydən əvvəl, kənd sakinlərinə diqqət və qayğının bariz nümunəsidir. Onların mənzil şəraitinin, rifah göstəricilərinin, kommunal təminatlara əlçatanlığının ifadəsidir. Ağbulağın timsalında bütün kəndlərin abadlaşmasının və iqtisadi inkişafının ən gerçək ifadəsidir. Burada yaşıllaşdırma tədbirlərinin də həyata keçirilməsi həmçinin ekoloji tarazlığın qorunmasında mühüm amildir.

Artıq muxtar respublikamızın bütün bölgələrində turizm infrastrukturunun təkmilləşdirilməsi sahəsində qətiyyətli addımlar öz bəhrəsini verməkdədir. Fikrimizi ifadə etmək üçün qeyd edə bilərik ki, muxtar respublikanın ayrı-ayrı bölgələrində müvafiq perspektivlərin ortaya çıxarılması, turizm əhəmiyyətliliyinin yüksəldilməsi və dünyəviliyinin artırılması sahəsindəki tədbirlər özünün səmərəli nəticələri ilə seçilməkdədir. Belə ki, müxtəlif illərdə:

- “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il;

- “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işi¬nin təşkili haqqında” 6 dekabr 2005-ci il;

- “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 28 iyun 2006-cı il;

- “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il;

- “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” 7 oktyabr 2015-ci il;

- “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 5 iyul 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Sərəncam imzalanmışdır.

Bu tənzimləmələrlə yanaşı, Ağbulaq Kənd Turizm İstirahət Mərkəzinin və digər turizm əhəmiyyətli məkanların abadlaşdırılması muxtar respublikada zəruri turizm potensialının yaradılmasının gerçək ifadəsinə çevrilmişdir. Ağbulaq kəndində turizm infrastrukturunun inkişaf etdirilməsi burada Xizək Mərkəzinin də tikilməsinə stimul vermişdir. Qeyd edək ki, burada aparılan tikinti işləri yaxın zamanlarda keyfiyyətcə yeni mərhələnin başlanğıcına çevriləcək. Ağbulaq Xizək Mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılmış və artıq tikinti işlərinin 80 faizi başa çatdırılmışdır. Mərkəzdə 1590 metr uzunluğunda xizəksürmə zolağı və təlim meydançası nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, Kanat dayaqları, 20 min kubmetr tutumu olan süni göl, qaraj binası, süni qar qurğuları üçün suhava xəttinin qazma işləri də aparılmaqdadır. Göstərilənlərlə yanaşı, ərazidə texniki bina da inşa olunacaqburada xizəksürmə ləvazimatlarının həm satışı, həm də kirayəsi həyata keçiriləcəkdir.

Qeyd edilənlərdən aydın olduğu kimi, Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı məqsədləri keçən hər bir gün daha qətiyyətlə reallaşmaqdadır. Güclü təsisatlar, yaradılan bütün şərait turizmin səmərəliliyinin və turistlərin cəlbediciliyinin çox zəruri təminat vasitəsinə çevrildi. Artıq muxtar respublikamız çoxməqsədli turizm səfərlərinin gerçəkləşməsi üçün olduqca səmərəli region olmaqdadır. Bunun da nəticəsində istər rüblər, istər yarım il üzrə, istərsə də cari ilin sonuna doğru turizm sahəsindəki nailiyyətlər makroiqtisadi göstəricilərin tərkib hissəsi kimi özünü göstərməkdədir. Qeyd edək ki, 2018-ci ilin ötən dövründə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 380 minə yaxın turist gəlmişdir ki, bu da 1995-ci ilin bütün il üzrə olan 39000 –nəfərə yaxın turist göstəricisindən 10 dəfəyə yaxın çoxdur. Göründüyü kimi, cari ilin ötən dövründə gələn turistlərin sayı ölkəmizdə regional inkişaf proqramlarının III mərhələsinin icrasına başlandığı 2014-cü il üzrə gələn turistlərin sayını, yəni 378 min 102 turist sayına çatmış və hətta onu üstələmişdir.

Turizmin inkişafı proseslərinin düzgün və dəqiqliklə müəyyənləşdirilməsi muxtar respublikanın turizm sektorunun perspektivlərini artırmışdır. Turistlərin illər üzrə gəlmə dinamikasına diqqət etdikdə görürük ki, 2008-ci ildə 200 min turisti keçmiş (219 min nəfərdən artıq), 2011-ci ildə 300 min turistdən çox olmuş (343 min 139 turist), 2016-cı ildə isə 400 min turisti ötmüşdür (403 mindən artıq turist). Qeyd edək ki, bu göstərici 2017-ci ilin nəticələrinə görə isə 414 mindən artıq turist təşkil etmişdir.

Beləliklə, muxtar respublikamızda turizm sektorunun elmi əsaslara söykənən təşəbbüslərlə, mütərəqqi tənzimləmələrlə və çevik təşkilatlanma ilə inkişafını nəzərə alaraq qeyd edə bilərik ki, cari ilin yekunlarına görə dinamik artım özünü göstərəcəkdir.

Cavadxan QASIMOV

İqtisad üzrə fəlsəfə doktoru, dosent

Palitra  2019.- 9 yanvar.- S.7.