“ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək”

 

Xəbər verildiyi kimi, 2019-cu il yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik İtaliyadan Slovakiyaya keçib. Belə ki, Slovakiya Respublikası 2019-cu ildə təşkilata rəhbərlik edəcək. Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq. Sədr dəyişikliyi hər il rotasiya əsasında həyata keçirilir. Yeri gəlmişkən, “Trendin məlumatına görə, ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada brifinq zamanı deyib ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək. O qeyd edib ki, ATƏT regionunda və ümumiyyətlə, bütün dünyada əsas problemlər daha çox əməkdaşlıq və dialoq aparılmasını tələb edir: “Slovakiya 2019-cu ildə ATƏT-də sədrliyi zamanı tərəfdaş və vasitəçi rolunda ədalətli olmaq istəyir. Biz diqqətimizi münaqişələrin həllində vasitəçilik və münaqişələrin qarşısının alınması, həmçinin onların insanlara təsiri məsələlərinə cəmləyəcəyik. Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə etmək istiqamətində işimizi davam etdirəcəyik”.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə AZƏRTAC-a açıqlamasında deyib ki, regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Ölkəmiz praqmatik xarici siyasət nəticəsində Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu orqanı - Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu da Azərbaycanın milli maraqlarının beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaradıb.

 

“Ermənistanın mövqeyi xeyli zəiflədilib”

 

Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində işğalçı Ermənistan dövlətinin küncə sıxışdırılmış vəziyyətdə qalmaqda davam etdiyini deyən Sevinc Fətəliyeva bildirib ki, indi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilir. Prezidentimizin hücum diplomatiyasına uyğun olaraq Heydər Əliyev Fondunun fəal işi nəticəsində Xocalı soyqırımı dünyanın ondan çox ölkəsinin parlamenti, eləcə də ABŞ-ın iyirmidən artıq ştatı tərəfindən tanınıb. Dünyanın nüfuzlu ekspertlərinin hesab etdiyi kimi, Ermənistanın mövqeyi xeyli zəiflədilib. Hətta işğalçı dövlətə bir vaxtlar havadarlıq etmiş ölkələrin regional məsələlərdə məhz Azərbaycan Prezidenti ilə məsləhətləşməyə üstünlük vermələri və paralel olaraq Ermənistanı perspektivsiz ölkə hesab etmələri onun oyundan kənarda qalmasına səbəb olub. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə və qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmasa da, ötən ilin aprel ayında gedən döyüşlərdə aldığı zərbə ona böyük dərs oldu. İndi işğalçı dövlət çox yaxşı dərk edir ki, Azərbaycana qarşı növbəti belə təxribat uğursuz nəticələnəcək və bu, onların sonu ola bilər. Münaqişənin həllinə dair ədalətli mövqe Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasından sonra zirvə toplantıları və xarici işlər nazirləri səviyyəsində qəbul olunan sənədlərdə də davamlı şəkildə öz təsbitini tapır. Qoşulmama Hərəkatının XVII Zirvə toplantısının mühüm nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi qərarıdır. Ölkəmizə olan etimadın və onun artan nüfuzunun göstəricisidir ki, təsisata qısa müddət ərzində üzv olmağımıza baxmayaraq, ölkəmizin sədrliyi yekdilliklə dəstəkləndi. “Düşünürəm ki, ölkəmizin sədrliyi müddətində bir çox məsələlərin həlli istiqamətində müsbət nəticələr əldə olunacaq. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayan bu Hərəkatın prinsiplərinə uyğun olaraq, Azərbaycan dünyada sülhün bərqərar olmasına öz töhfəsini verəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

 

“Ermənilər özlərinin təminatı üçün bütün iyrənc vasitələrə əl atırlar”

 

Milli Məclisin deputatı Elman Məmmədov isə SİA-ya açıqlamasında deyib ki, ermənilər harada yaşasalar, hansı dövlətin ərazilərində özlərinə yer tapsalar, orada təşkilatlanırlar: “Ən pisi odur ki, bu təşkilatlanmalar onların özlərinə deyil, yaşadıqları dövlətə və onun əhalisinə qarşı yönəlir. Onlar bu vasitə ilə vaxtaşırı terror, qətl hadisələri törədirlər”. O bildirib ki, ermənilər özlərinin təminatı üçün bütün iyrənc vasitələrə əl atırlar: “Bu uzun illərin prosesidir və onların hansı xislətə sahib olduğu yüz illərdir ki, sübut olunub. Vaxtilə bir sıra ölkələr onları milləti sadiq adlandıraraq, saraya yaxın buraxır, mühüm postlar verirdilər. Amma nəticədə onlar qətllər törədir, müxtəlif terror hadisələri edir, xəyanətkarlıqla məşğul olurdular. Onların bu əməlləri bu gündavam edir”.

Deputat söyləyib ki, son dövrlər Avropa mətbuatına nəzər saldıqda, Almaniya, Fransa, Belçika və digər ölkələrdə ermənilər tərəfindən müxtəlif istiqamətlərdə mütəşəkkil cinayətkar qruplaşmalar yaradaraq təşkilat şəklində iştirak edirlər:Onlar Avropa və digər ölkələrdə silah, insan alveri, narkomaniya, terror, müxtəlif cinayətlər törədirlər. Ermənilərin cinayətkar dəstələri Latın Amerika dövlətlərində də fəaliyyət göstərir. Hətta onların ən məşhur terror təşkilatlarının mənzil qərargahı da ABŞ və Avropa dövlətlərində fəaliyyət göstərir”.

E.Məmmədov söyləyib ki, ermənilər zaman-zaman MDB dövlətlərində cinayət törədiblər: “Onlar dəfələrlə Rusiyada, Azərbaycanda, Gürcüstanda qətllər törədiblər. Qazaxıstanda edilən cinayət də bu silsilədəndir”.

Deputat qeyd edib ki, ermənilər Qazaxıstanda törətdikləri əməlləri azərbaycanlıların üzərinə atmaq istəsələr də, bu ölkənin hüquq mühafizə orqanları tərəfindən bu əməllərin məhz ermənilər tərəfindən edildiyini sübuta yetirdi: “Ermənilər son bir neçə ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana olan isti münasibətindən, yəni KTMT-də və digər qurumlarda ölkəmizin ədalətli mövqeyindən çıxış etməsindən sanki qisas almaq istəyirlər. Bu ötən əsrin əvvəllərində də belə olub. Həmin erməni dəstələri bolşevik əsgəri adı altında Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda nə qədər dinc əhalini qətlə yetiriblər. Bunu arxivlər sübut edir. Ermənilər bu hadisələri bu gündavam etdirirlər. Onlar bu xəstəlikdən sağalan deyil. Amma bu hərəkətlər ermənilərin üzünü açmağa imkan verir və ermənilərin həqiqətdə necə olduqlarını üzə çıxarmış olur. Hər kəs bilir ki, əslində, ermənilər özlərini təqdim etdikləri kimi deyillər”.

Ermənilərin tarixən dünyaya özlərini məzlum, yazıq kimi təqdim etdiklərini deyən E.Məmmədov vurğulayıb ki, ancaq bu gün onların hərəkətləri həqiqətdə onların soyqırımları, terror hadisələri törədən, xəyanətkar ünsür olduqları aşkara çıxarır.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2019.- 11 yanvar.- S. 11.