“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”

Xəbər verildiyi kimi, ötən gün Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasda çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.

Prezident İlham Əliyev onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.

Yeri gəlmişkən, SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı bu çıxışına münasibət bildirib:Prezident İlham Əliyev “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq” fikrini hər iclasda xatırlatmaqla Ermənistan hakimiyyətinə və cəmiyyətinə önəmli mesaj göndərir”.

Politoloqun sözlərinə görə, mesajın əhəmiyyəti budur ki, Ermənistan öz istəyi ilə Azərbaycan torpaqlarını boşaltmasa, buna məcbur ediləcək və bu zaman işğalçı ölkənin itkiləri böyük olacaq: "Necə ki, qonşu dövlət 2016-cı il aprel savaşında üzləşdiyi itkilərdən hələ özünə gəlməyib. Azərbaycan Prezidenti ötən il Naxçıvanda azad olunan torpaqları da misal olaraq xatırladıb. Yəni Azərbaycan ordusu irəliləməkdə davam edəcək. Bu, işğalçı dövlətə təzyiq vasitəsidir və Azərbaycan Ermənistana təzyiqi getdikcə artıracaq. Bizim başqa alternativimiz yoxdur. Ermənilər anlamalıdırlar ki, Azərbaycan torpaqlarının işğalı üzərində özlərinə gələcək qura bilməyəcəklər, biz buna imkan verməyəcəyik. Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinə və cəmiyyətinə bunu anlatmaq istəyir”.

“Ermənistan sülh istiqamətində və qonşularla normal münasibətlərin qorunması istiqamətində addım atarsa...”

Milli Məclisin deputatı Asim Mollazadə isə SİA-ya açıqlamasında deyib ki, Ermənistanda vəziyyət kifayət qədər gərgindir: “Hakimiyyətə gələn yeni qüvvələr parlament seçkilərindən sonra burada tam üstünlük əldə etmələrinə baxmayaraq, onlara qarşı çox ciddiQarabağ” klanı, yəni hərbi cinayətlərdə “əli” olan qüvvələr dayanır”. Ermənistan parlamentində müxalifətin təmsil olunmadığını deyən deputat söyləyib ki, düşmən ölkədə mövcud olan mürəkkəb vəziyyət öz həllini tapmaq üçün sülh istiqamətində, qonşularla normal münasibət formalaşdırmalıdır.

Onun sözlərinə görə, əgər Ermənistan sülh istiqamətində və qonşularla normal münasibətlərin qorunması istiqamətində addım atarsa, o zaman bu ölkə düşdüyü çətinliklərdən xilas olmaq şansı qazana bilər.

Ermənistanda bu problemlərin daha da dərinləşəcəyini söyləyən A.Mollazadə hesab edir ki, bu ölkənin gələcək mövcudluğu sual altındadır: “Ermənistan işğalçılıq siyasətinə son qoyaraq, həm Azərbaycana, həm Gürcüstana olan ərazi iddialarından əl çəkməlidir. Amma son hadisələr bunun əksini göstərir. Ermənistan qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırmaq əvəzinə, onların daha da korlanması və gərginliklərini dərinləşdirmək istiqamətində addımlar atır. Bütün bunlar Ermənistanın gələcək müstəqilliyinin sual altında olacağından xəbər verir”.

Zaman dəyişsə də, ermənilər adətlərindən əl çəkmirlər”

Politoloq İlqar Vəlizadənin fikrincə isə, ermənilər hər zaman məişət zəminində olan hadisələri şişirtməyə üstünlük verirdünyaya istənilmədiklərini, guya, sıxışdırıldıqlarını çar çəkməyə çalışırlar. O bildirib ki, ermənilər hər zaman özlərini “sivil”, digərlərini isə “barbar millət” adlandırırlar: “Təxminən 10-12 il bundan əvvəl Ermənistanın keçmiş prezidenti Robert Koçaryan belə bir iddia irəli sürərək bəyan etmişdi ki, ermənilərlə türklər heç zaman bir araya gələ bilməzlər. Guya, onlar arasında mental, genetik baxımdan ziddiyyətlər var. Bir sözlə ifadə etsək, heç nəyə əsaslanmayan və elmdən tamamilə kənar bir teoriya ortaya atılmışdı. Bütün bunlar göstərir ki, erməni millətçiləri hər dəfə öz üzlərini açıb, türklərə qarşı nifrətlərini göstərməyə çalışırlar”.

Qazaxıstanın Karaqanda şəhərində ermənilərin törətdikləri hadisələrə gəlincə, İ.Vəlizadə söyləyib ki, ümumiyyətlə, ermənilər hər zaman kimlərinsə əlində alət olublar: “Onlardan hər zaman digər millətlərə qarşı istifadə olunub. Zaman dəyişsə də, ermənilər adətlərindən əl çəkmirlər. Karaqanda hadisələrində ermənilərin böyük siyasi maraqları varonlar bu hadisədən istifadə edərək pis niyyətlərini yerinə yetirməyə çalışırlar. Hətta onlar həmin proseslərdə Azərbaycan izi axtararaq, ölkəmizə qarşı məkrli təxribatlarını yerinə yetirmək istəyirlər”.

Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal isə “Reportun Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunurbu da sülh prosesinin yenidən başlanmasını mümkün edir.

O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini deyib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca uzaqdır. Münaqişənin həllinə hələ böyük yol var”. Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb.

"Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir həll olunmaması Yaponiya hökumətini narahat edir"

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katorin Bərdə rayonunda jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Yaponiya hökuməti də müharibədən zərər çəkib: "Yaponiyanın hazırkı konstitusiyası 1947-ci ildə qəbul edilib. Ölkə konstitusiyasına görə, Yaponiya sülh dövlətidir. Cənubi Qafqazda da sülhsabitliyin təmin edilməsi üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Yaponiya münaqişə ilə bağlı ATƏT-nın Minsk qrupunun həmsədr ölkələrinin səylərini dəstəkləyir və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq sülh yolu ilə həllini gözləyir".

Bu arada Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan keçirdiyi mətbuat konfransında Paşinyan hakimiyyətinin üzünü açıb. Bu haqda AZƏRTAC erməni KİV-lərinə istinadən xəbər verib. O deyib ki, Ermənistanda 2018-ci ilin aprelində başlayan siyasi elitanın dəyişməsi prosesi başa çatır və yeni rəhbərliyin vəd etdiyi islahatları həyata keçirəcəyi, demokratik institutları və partiya sistemini bərqərar edəcəyi sual altındadır.

Ermənistandakı siyasi reallıqdan danışan institut direktoru əlavə edib: “Ermənistanda güclüinkişaf etmiş siyasi partiyalar yoxdur. Hazırda partiya sistemi tamamilə dağıdılıb və ölkədə normal fəaliyyət göstərən demokratik institutlar da mövcud deyil. Yeni hakimiyyətin bütün bu problemlərin öhdəsindən gələcəyi isə artıq başqa məsələdir”.

İskəndəryanın sözlərinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası da kadr potensialı, maliyyə və media resursları baxımından zəifdir. O, Ermənistanda sosial-iqtisadi siyasətin də bu məsələdə həlledici rol oynayacağını vurğulayıb. Politoloq deyib: “Mən şübhə edirəm ki, indi hakimiyyətə gələnlər hələ ötən ilin fevral-mart aylarında buna özləri də inanmırdı. Buna müvafiq olaraq, onların iqtisadiyyatda, siyasətdə və sosial sahədə islahatların aparılması barədə təsəvvürləri yoxdurola da bilməz”.

Fuad Hüseynzadə

Palitra.-2019.-12 yanvar.-S.11.