Azərbaycanda qadınlara səsvermə
hüququnun verilməsinin 100 illiyilə
bağlı Fransada tədbirlər keçirilib
Azərbaycanda
qadınlara seçmək və seçilmək hüququnun
verilməsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər
çərçivəsində ölkəmizin Fransadakı səfirliyi
və Azərbaycan-Fransa Dialoqu Assosiasiyası (ADFA) tərəfindən
Lion şəhərində muğam axşamı təşkil
edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin müşaviri Vaqif Ağayev çıxış edərək müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən (AXC), ötən il onun 100 illiyinin bütün dünyada təntənə ilə qeyd edilməsindən danışıb. Bildirib ki, hələ 100 il əvvəl AXC bir sıra Avropa ölkələrindən çox əvvəl qadınlara seçmək və seçilmək hüququ verib.
Muğam şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsi olduğunu deyən müşavir bildirib ki, bu janr xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban
Əliyevanın və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun
mədəniyyətimizin, musiqimizin,
xüsusilə də muğamın beynəlxalq səviyyədə
təşviqinə, muğam
ifaçılığının UNESCO-nun
Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ
Siyahısına daxil edilməsinə verdiyi töhfələri diqqətə
çatdırılıb. Vurğulanıb ki,
Heydər Əliyev Fondu mədəni irsin qorunub saxlanması
istiqamətində beynəlxalq səviyyədə mühüm layihələr həyata keçirib.
Mədəniyyətimizin təşviqinə dövlət qayğısından danışan V. Ağayev Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etdiyini də diqqətə çatdırıb.
Azərbaycan-Fransa Dialoqu
Assosiasiyasının prezidenti Günel Səfərova konsertin
Azərbaycan qadınlarına səsvermə hüququnun
verilməsinin 100 illiyinə həsr edildiyini
söyləyib. Muğam və onun dəsgahları haqqında məlumat verən
G.Səfərova improvizasiyalardan ibarət olan bu musiqinin
çox mürəkkəb olduğunu, ifaçıdan son
dərəcə yüksək yaradıcılıq tələb
etdiyini bildirib.
Sonra Əməkdar artistlər
Elşən Mansurov (kamança)
və Ələkbər Ələkbərovun (tar)
müşayiəti ilə beynəlxalq müsabiqələr
laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib. “Qarabağ
şikəstəsi” tamaşaçılar tərəfindən
xüsusi alqışlarla
qarşılanıb.
“İRS” jurnalının Azərbaycan xalq Cümhuriyyətinə həsr olunmuş və fransız dilində nəşr
edilmiş xüsusi
nömrəsi tədbir iştirakçılarına
paylanılıb.
Fuad
Palitra 2019.- 17 yanvar.- S.13.