Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkarlanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ”Divan”ının - lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanılan iki əlyazma nüsxəsinin sürətini əldə edib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu nüsxələrdə şairinHüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxuHüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazmada şairin həm “Nəsimi”, həm də “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri vardır.

Palitra.-2019.-22 yanvar.-S.13.