“Mənim güc mənbəyim Bakıdadır”

Mariya Suvorovskaya:

 “Mən Xəzərə gedirəm, bir fincan qəhvə ilə otururam və mənə elə gəlir ki, mənim həyat enerjisi mənbəyim dərhal doldurulur”

Xəbər verildiyi kimi, bu günlərdə Bolşoy Vyazemi Malikanəsində, Rusiyanın “Business-dialog media” təşkilatının baş icraçı direktoru, "Business Guide" jurnalının baş redaktoru, Rusiya Jurnalistlər İttifaqının üzvü Mariya Suvorovskayanın “Xəzər üzərində yelləncək” adlı ilk kitabının təqdimatı keçirilib. Kitabın biznes haqqında olmasını gözləməyin. Kitabda bir neçə sevgi hekayəsindən bəhs olunur. Duyğusal yellənçəklər, seçim çətinlikləri, həlledici qərarlar - bunların hamısına Xəzər dənizinin əlvarənlığı, Qafqaz mətbəxinin ətri, dənizin ehtirası və günəşli həyat əlavə olunub. Mariya Suvorovskaya özəl olaraqPalitraya müsahibəsində ilham, yaradıcılıq və enerji mənbələrindən danışdı.

- Hamıya verilən bir sual ilə başlayaq, demək olar ki, bütün yazarlar cavab verməyə məhkumdurlar: niyə yazırsınız? Sizin üçün ədəbiyyat nədir: peşə, ya hobbi?

- Ədəbiyyat daxil olmaqla hər hansı bir yaradıcılıq, ilk növbədə, duyğulara əsaslanır. Kitab adi bir yazı, adi bir jurnalistik material kimi yazıla bilməz. Kitab, bizi narahat edən daxildə rahatlıq verməyən duyğular yoludur. Beləliklə, deyə bilərik ki, bir tərəfdən hər hansı bir yaradıcılıq yaradırsan, daxildən keçən yaradıcılıq, digər tərəfdən azad vaxtınızda etdiyiniz bir hobbi bu sizi sevindirir.

Mənim Bakını, Azərbaycanı sevməyim qohumlarım dostlarım üçün gizli deyil, mən Xəzər dənizini sevirəm. "Xəzər üzərində yellənçək" kitabı mənim uzun müddət bölüşmək istədiyim bu möhtəşəm yerə olan duyğularımın ifadəsi idi. Xəzər dənizinin sahillərində baş verən mənim eşitdiyim gözəl maraqlı hekayələr yaddaşda qaldı israrla kağız üzərində yazılmasını tələb etdi.

- Bu hekayələr bir pazl yaradıb. Bu kitabı yazmaq fikrinə vaxt gəldiniz? İlhamı hardan aldınız?

- Mən 5 ildən artıqdır ki, kitab yazmağa hazırlaşırdım, amma hər zaman olduğu kimi, sıx bir cədvəlim olduğuna görə ya gücüm, ya vaxtım çatmırdı. bilirsiniz ki, bir hadisə olmasaydı, ehtimal ki, yazmağa başlamazdım. Mən bir gün təyyarədə yoldaşım, bir dostum ilə uçdurdum, bütün uçuş boyu ona Azərbaycan haqqında hekayələr danışdım. Onları böyük bir coşqu maraq ilə danışırdım. Artıq uçuşun sonunda, o mənə bir sual verdi: "Niyə bunları yazmırsınız?" Əlbəttə ki, vaxtın çatışmazlığına bir çox işlərin olmasına istinad etdim, o cavab verdi: "Bu, vaxt deyil, istək məsələsidir".

Bu söhbət məni çox ilhamlandırdı. Bir il əvvəl mənim üçün həyata keçirilməz görünən, nəhayət, gerçəkləşdi. İstək məqsəd olduqdan sonra həm vaxt, həm güc, həm emosiya taparaq fikirlərimi kağıza köçürdüm.

- Bildiyiniz kimi, hər bir hekayənin öz şərti prototipi var. Həyat süjetlərini bədii nəsrə keçirdirdinizmi?

- Bəli, mənim həyatımdan, mənim yaxın sevdiyim insanların, bir dəfə gördüyüm ya eşitdiyim hekayələrdən parçalar var, lakin, ümumiyyətlə, əsas xarakter Taşa müstəqil həyatını yaşayır.

"Xəzər üzərində yellənçək" bir qadının hekayəsi deyil, bu, bir-birindən tamamilə fərqlənən bir neçə qız qadınların hekayəsidir, hər biri bu hekayə səhifələrində kiçik həyatını yaşayır. Bu fərqli taleləri birləşdirən sevgi Xəzərdir.

Qəhrəmanların prototiplərinə gəldikdə isə hekayədə haqqında yazdığım hər bir qız mənim görüşdüyüm insanların ümumi obrazına çevrildi.

- Niyə kitabınızdakı bəzi hekayələr uydurma olmağına sevgi barədə danışılmasına baxmayaraq, "xoşbəxt son" ilə bitmir?

- Bu hekayələr mümkün qədər realdılar həyatda, bildiyiniz kimi, hər şey hər zaman yaxşı başa çatmır sevgi hekayələri həmişə gözlənilən finala malik deyil.

Əslində, özüm üçün bir çox maraqlı həqiqəti qeyd etdim. Mənə yaxın adamlar bu kitabı oxuduqdan sonra, ortaya çıxdı ki, kişi qadınların tamamilə fərqli hekayələr xoşlarına gəlir. Qadınlar meyillənirlər "xoşbəxt sona", harda ki, hər şey nikahla bitir əbədi sevginin perspektivi var. Kişilər isə açıq finalı hardasa faciəni sevirlər.

- Niyə kitabın adını məhz "Xəzər dənizi üzərində yellənçək" adlandırdınız?

- Hər bir insan həyatda, ən azı, bir dəfə olsa, bir duyğu yellənçəyində yellənir. Onları yaşadan sevgi, ehtiras, macəra axtarışıdırbunlara hər hansı bir güclü duyğu bəzi qeyri-müəyyənlik səbəb olur. Bunlar təbii olduqca uzun müddət yelləndirə bilər. Ancaq bir insanın hər zaman bir seçimi vardır: bu yellənçəyi dayandırmaq yaxud dayandırmamaq. Biri adrenalini, həyəcanı seçir, başqa birisi sükut sakitçiliyi.

Hekayənin hər bir qəhrəmanı həyatın bir məqamında bu yellənçəyi dayandırmağa qərar verir. Ehtimal ki, qəhrəmanların hekayələri oxucunun istədiyi kimi başa çatmır. Ancaq elə buna görədir ki, hər bir oxucuya gerçək yaxın görünür.

- Azərbaycan üçün mərkəz obrazı oldu?

- Planetdə hər birimizin bir sevimli yeri, öz güc mənbəyi var. Kimsə bunu Antarktidada, biri Elbrusun zirvəsində, biri isə Siam Körfəzinin sakit adalarında tapır. Mənim güc mənbəyim Bakıdadır. Mən Xəzərə gedirəm, bir fincan qəhvə ilə otururam mənə elə gəlir ki, mənim həyati enerjisi mənbəyim dərhal doldurulur.

Mən bu şəhəri, onun qoxusunu, mətbəxini sevirəm. Yəqin ki, bu kitab qastronomik mövzuyla bağlıdır. Hər bir fəsil bu ölkəyə məxsus ənənəvi yeməklə adlandırılıb. "Xəzər üzərində yellənçək" tarixi Bakının qoxuları ilə, onun dadı ehtirası ilə doludur.

Bakıda kim olub, bilir ki, bu şəhərdə dadlı yeməklərdən imtina etmək mümkün deyil.

- Kitabı harda oxuya bilərik?

- Dekabrın 8-dən etibarən www.rbgmedia.ru informasiya portalından və tərəfdaşlar resurslarından kitabın elektron versiyasını yükləmək olacaq. Bu kitab üçün bir audio versiyası da planlaşdırılır. Www.rbgmedia.ru portalı vasitəsilə çap versiyasını sifariş edə bilərsiniz.

Fuad Hüseynzadə

Palitra.-2019.-22 yanvar.-S.13.