“Naxçıvan qız məktəbinin tikintisi üçün vəsaiti əsilzadə və ziyalılar topladılar”

Arxiv sənədində daha sonra göstərilir ki, Naxçıvan qız məktəbinə V.P.Yarmaxova rəhbərlik edir. O, bu vəzifəni 1908-ci ildən icra edir. Azər¬baycan dilini isə Fatma xanım Sultanova təlim edir. İrəvan rus-Azərbaycan qız mək¬tə¬bi¬nə isə xanım Kalinina rəhbərlik edir. O bu vəzi¬¬fəni tədris müəssisəsi yarandığı gün¬dən, yəni 1901-ci ildən bacarıqla icra etmişdir.

Arxiv sənədlərində məktəblərin maliyyə işləri, vəsait mənbələri də gös¬tərilir. Aydın olur ki, hər iki məktəb qismən xəzinə, şəhər ictimai və¬sait¬ləri, təlimə görə ödəniş haqqı və digər mənbələr (xeyriyyə işləri və tama¬şa¬lar¬dan toplanan vəsaitlər) əsasında fəaliyyət göstərir. Bu məktəblərin fəaliyyət mənbələri hesabat ilində aşağıdakı rəqəmlərdə ifadə olunmuşdur:

 

Məktəbin saxlanılması üzrə xərclər

Maddi xərclər   Şəxsi

heyyət

Gözətçi                Kitabxana

tədris vəsaitləri               

 

Təsərrüfat və dəftərxana xərcləri           Qızdırma və işıqlandır-ma            Kirayə edilmiş tikililər     Yekun

 

Naxçıvan

qız

məktəbi              1355      120         60           40           150         267         1992

İrəvan qız

məktəbi              1050     

120

24           36           100         360         1690

 

Cədvəldə Naxçıvan qız məktəbi üzrə xəzinədən 1300, şəhər ic¬ma¬sın¬dan 570, şagirdlərin ödəniş haqqından 210, digər mənbələrdən 466, ke¬çənilki hesabdan 100 rubl qalıq əsasında saxlandığı qeyd olunur. Mü¬vafiq ola¬raq İrəvan qız məktəbi xəzinədən 1320, şəhər icmasından 100, ödəniş haq¬qından 217, digər mənbələrdən-yoxdur, keçənilki hesabdan 100 qalıq əsa¬sında fəaliyyət göstərmişdir.

Qeyd edək ki, Naxçıvan rus-tatar qız məktəbi üçün binanın inşasına aid bir sənəd xüsusi əhəmiyyətə malikdir. Bu sənədin tarixin yaddaşına düş¬məsi Naxçıvan rus-Azərbaycan qız ikisinifli məktəbinə bina tikilməsi işinə şəhər ziyalıları və əsilzadələrini düşündürən, narahat edən, onları səfər¬bər edən məsələ kimi baxmağabu hadisəyə iftixaredici, qürurduyucu bir məsələ kimi yanaşmağa təhrik edir. Bu cəhəti də nəzərə çatdıraq ki, tədris müəssisəsi üçün binanın inşa edilməsi üçün ilk təşəbbüs hələ 1907-ci ildə olmuşdur. Bu ildən şəhərin əsilzadə və ziyalıları səfərbər olub tədris müəssisəsinin binasının tikilməsinə əhəmiyyətli səviyyədə vəsait toplaya bilmişdilər. Həmin vəsaitin toplanmasında iştirak edənlərin adları aşağıdakı siyahıda göstərilən şəxslərdən ibarətdir:

 

1. İsmayıl xan Naxçıvanski           - 300 rubl

2. Cəfərqulu xan Naxçıvanski     - 100 rubl

3. Rəhim xan Naxçıvanski            - 100 rubl

4. Bəhrəm xan Naxçıvanski -100 rubl

5. Əkbər xan Naxçıvanski            - 50 rubl

6. Kamran xan Naxçıvanski         -100 rubl

7. Xaqan xan Naxçıvanski            - 25 rubl

8. Məşədi Teymur Bənənyarski                -30 rubl

9. Panitonov      -20 rubl

10. V.N.Borisyak              - 5 rubl

11. Süleyman xan            -20 rubl

12. Feyzili xan    -50 rubl

13. Məmmədəli xan       - 20 rubl

14. Cəfər ağa Səfərəlibəyov       -2 rubl

15. Dəli oğlan oğlu           - 25 rubl

16. Qavrikov      -25 rubl

17. Sadıxov         -2 rubl

18. Salı Altun Zadə          -1 rubl

19. Yunis xan Naxçıvanski            - 50 rubl

Sənəddən görünür ki, xeyriyyə məqsədilə şəhərin nüfuzlu adam¬larının belə bir işə qoşulması müəyyən rəsmi razılıq əsasında həyata keçirilmişdir. İrəvan qubernatoru Qraf Tizenqauzen xeyriyyəçi şəxslərin siyahısı üzrə məktubla tanış olmuş belə bir dərkənar qoymuşdur:

“Ðàçðåøàþ ïðîèçâåñòè ñáîðü ïîæåðòâîâàíèè íà ïîñòðîéêó â ã. Íàõè÷åâàíè çäàíèÿ äëÿ ðóññêî-ìóñóëìàíñêîãî æåíñêàãî ó÷èëèùà, ïî Ýðèâàíñêîé ãóáåðíèè.

“Naxçıvanda rus-müsəlman qız məktəbinin tikintisi üçün xeyriyyə vəsaitinin toplanmasına icazə verirəm”

12 may 1907-ci il

İrəvan Qubernatoru, Ãðàô Òèçåíãàóçåí

Lakin, nədənsə, məktəbin tikintisinə hazırlıq işləri xeyli müddət ləngidi. Tikintinin reallaşdırılması məqsədilə əməli işlərə yalnız 1909-cu ildən başlandı. 16 yanvar 1909-cu ildə məktəbin müdiri Varvara Pavlovna Yar¬maxova Naxçıvan şəhər sakini kimi dövrünün maarifçi-pedaqoq¬la¬rın¬dan biri Mirzə Nəsrulla Əmirov arasında tədris müəssisəsinə bina inşa edilməsi məqsədiləMüqavilə” (“Kontrakt”) bağlandı.

Müqavilədə göstərilirdi: “16 yanvar 1909-cu ildə biz, aşağıda imza edənlər, Naxçıvan rus-tatar qız məktəbinin müdiri Varvara Pavlovna Yar¬ma¬xova Naxçıvan şəhər sakini Mirzə Nəsrulla Əmirov, aşağıdakı müqa¬vi¬ləni bu gün öz aramızda bağladıq:

1. Mən, M.N.Əmirov, İrəvan Xalq Məktəblər Direksiyasının planı üzrə tikinti komissiyasının göstərişinə uyğun olaraq rus-tarar qız məktəbi üçün bina tikilməsini icra etməyə öz razılığımı bildirirəm.

2. Mən, Naxçıvan rus-tatar qız məktəbinin müdiri Varvara Pavlov¬na Yarmaxova, mənə tapşırılmış məktəb üçün bina inşa edilməsi üzrə səla¬hiy¬yətləri İrəvan quberniya xalq məktəblər Direksiyasının 165 saylı əmri əsa¬sında M.N.Əmirova təhvil verməyə razıyam.

3. Mən, M.N.Əmirov, tikintiyə görə çəkdiyim əməyə və zəhmətim mü¬qa¬¬bilində heç bir şey istəmirəm, ancaq bütün hazırladığım hesabatları ti¬kin¬ti ko-missiyası, yaxud məktəblər Direksiyası yoxlasın. Mən olmadığım hal¬da, ye¬ri¬mə Naxçıvan şəhər sakini Cəfərquluxan Naxçıvanski olacaq .

Naxçıvan şəhər məktəbinin inspektoru İ.Sanakoyevin İrəvan quberni¬ya xalq məktəblər direktoruna raportunda göstərilir ki, Naxçıvan rus-Azərbaycan qız məktəbinin müdiri Varvara Pavlovna Yarmaxova və Naxçıvan şəhər sakini Mirzə Nəsrulla Əmirov arasında məktəb üçün bina tikilməsinə aid müqavilə bağlandı. Müqavilənin şərtlərinə görə M.N.Əmiro¬vun hesabına 1000 rubl köçürüldü. Hazırlanmış akta əsasən tikinti komis¬siyası M.N.Əmi-rovun tikinti materialları ilə təmin edilməsi imkanlarına baxdı .

Vahid Rzayev

Pedaqogika üzrə fəlsəfə doktoru

Palitra  2019.- 26 yanvar.- S.10.