Çölçü filmi son aylarda 7 mükafata layıq görülüb

Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanfilm kinostudiyasında istehsal olunan Şamil Əliyevin Çölçü filmi bu il beynəlxalq film festivallarında 7 mükafata layiq görülüb.

Çölçü filmi Green Chili Beynəlxalq Film Festivalında iki kateqoriya üzrə - Ən yaxşı bədii film və ən yaxşı rejissor işi, La Dolce Vita Festivalında - Ən yaxşı bədii film, Ən yaxşı aktyor (Bəhruz Vagifoğlu), Ən yaxşı aktrisa (Salome Demuria), Pattaya Beynəlxalq Film Festivalında - Ən yaxşı bədii film, Andromeda Film Festivalında isə - Special Film mükafatlarına layiq görülüb.

Şamil Əliyevin Çölçü filminin gündəmdə olmasının səbəbi filmin qaldırdığı sualın aktuallığı ilə bağlıdır.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüseri M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin Çölçü filmi 2012-ci ildə istehsal olunub. Beş qitəni əhatə edən film 73 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafat qazanıb.

Palitra.- 2020.- 8 may. S. 16.