“Əsas məqsədimiz dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaqdır”

 

Mehriban Paşayeva: “Bu il Türkiyədəki universitetkitabxanalara Qarabağ həqiqətləri ilə bağlı kitablar yaymağı planlaşdırırıq”

 

Platforma olaraq qarşımıza qoyduğumuz əsas məqsədimizdən biridiasporumuza yeni nəfəs, yeni simaların gəlməsidir. Bu gün dünyanın müxtəlif ölkələrində böyük potensiala malik soydaşlarımız yaşayır”

 

Dünya Azərbaycanlılarının Platforması olaraq Qarabağ qaziləri, ahıllarla görüşürük, uşaq evlərində oluruqonlara bacardığımız qədər maddi və mənəvi dəstək göstərməyə çalışırıq”

 

Bu gün hansı sahədə çalışmasından asılı olmayaraq hər kəsin diqqət etməli olduğu məsələlərdən biribirlik və həmrəyliyə köklənməkdir. Elə Dünya Azərbaycanlılarının Platforması (DAP) da məhz bu missiya uğurunda fəaliyyət göstərir. DAP -ın sədri Mehriban Paşayeva öz müsahibəsində bu istiqamətdə həyata keçirdikləri layihələr və planlar haqqında danışıb. Xatırladaq ki, Mehriban Paşayeva 16 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bakı şəhəri 2 saylı orta məktəbdə alıb. 1984-cü ildə orta məktəbi bitirib. İxtisasca hüquqşünasdır. 20-dən artıqdır ki, bələdiyyə sahəsində çalışır. Eyni zamanda ictimai aktivlik göstərir.

 

- DAP olaraq hədəfləriniz nədir?

 

- Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi hər zaman prioritetdir. DAP da ötən il məhz bu məqsədlə yaradılıb. Əsas məqsədimiz dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaqdır. Bu amal bizə ulu öndər Heydər Əliyevdən ərməğan olunub. Hazırda bu missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz də məqsədimizə çatmaq üçün ulu öndərin azərbaycançılıq ideyasına əsaslanaraq layihələr həyata keçiririk. Platformanın məqsədləri sırasında dünyadakı azərbaycanlılar arasında milli-mənəvi birliyi gücləndirilmək, birlik olaraq həmyerlilərimizin problemlərini işıqlandırmaq və köməklik etmək, xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardım etmək, Azərbaycan həqiqətlərini və azərbaycanlıları dünyaya daha yaxşı və doğru bir şəkildə tanıtmaqdır. DAP, eyni zamanda hər kəsin özünü sərbəst ifadə edə biləcəyi bir tribuna olacaq. Platforma olaraq qarşımıza qoyduğumuz əsas məqsədimizdən biridiasporumuza yeni nəfəs, yeni simaların gəlməsidir. Bu gün dünyanın müxtəlif ölkələrində böyük potensiala malik soydaşlarımız yaşayır. Onların fəaliyyətindən çoxlarımızın xəbəri yoxdur. Belə insanları üzə çıxarıb güclərimizi birləşdirməliyik. Məhz güc birliyimiz fəaliyyətimizə böyük təkan verəcək.

 

-Xaricdə və Azərbaycanda nə kimi tədbirlər keçirirsiz?

 

- Biz öz məqsədlərimizə çatmaq üçün bəzi layihələr həyata keçirmişik. İlk layihəmiz olaraq ötən il 25 avqust-1 sentyabr tarixlərində Türkiyədə "Dünya azərbaycanlılarının Türkiyə görüşü" tədbirini keçirmişik. Bu layihənin təşəbbüskarı və təşkilatçısı DAP-ın Türkiyə üzrə rəhbəri, vətənpərvər soydaşımız Samir İsgəndəroğludur. Proqram çərçivəsində Fethiyede konfrans və gəmi turu, Antalyada konfrans oldu. Əsasən Ankarada yüksək səviyyəli rəsmilər, diaspor nümayəndələri və adamlarının iştirakı ilə çox önəmli bir konfrans təşkil edildi. Biz çalışacağıq ki, hər il belə bir formatda tədbir keçirək.

Bildiyiniz kimi, keçən ay Diasporİctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə "Şəhid ailələrinə dəstək kampaniyası" keçirildi. Dünya Azərbaycanlıları Platforması olaraq bizbu xeyriyyə kampaniyasında iştirak etdik. Kampaniya çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il ərəfəsində əvvəlcədən nəzərdə tutulmuş 10 şəhid ailəsinin evində görüş keçirildi, həmçinin şəhid övladlarına hədiyyələr təqdim edildi. Xatırladım ki, kampaniyaya Azərbaycandan 30-a yaxın QHT və xaricdən 10 diaspor təşkilatı qoşulmuşdu. Bundan başqa, biz DAP olaraq Qarabağ qaziləri, ahıllarla görüşür, uşaq evlərində oluruqonlara bacardığımız qədər maddi və mənəvi dəstək göstərməyə çalışırıq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə biz DAP olaraq Bakıda konfrans da təşkil etdik. Konfransın məqsədi dünyaya səslənmək, dünya azərbaycanlılarının həmrəyliyi üçün soydaşlarımıza çağırış etmək idi.

 

- Son zamanlar siz Türkiyədə də ictimai fəallıq göstərir və görüşlər keçirirsiniz. Bu haqda məlumat vermənizi istərdik.

 

- Doğru buyurdunuz, ötən il Dünya Azərbaycanlıları Platformasının (DAP) rəsmiləri olaraq Samir İsgəndəroğlu ilə birgə Türkiyədə görüşlərimiz oldu. Belə ki 31.08.2019-cu il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı DAP adından Zəfər bayramı münasibətilə təbrik edibona Azərbaycanın dövlət bayrağını hədiyyə etdik. Həmçinin Fəxriyə Xələfova Əminə xanım Ərdoğana özəl parfüm kolleksiyasından çox dəyərli bir parfüm hədiyyə etdi.

30.11.2019-cu il tarixində isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak etdik. Belə bir möhtəşəm açılışda iştirak etməkdən və Azərbaycan Prezidentinin çıxışını dinləməkdən qürur duyudum. Bundan başqa Türkiyə Böyük Millət Məclisində, eləcə də digər rəsmi qurumlardapartiyalarda görüşlər keçirmişik. Ümumiyyətlə, Türkiyədə keçirdiyimiz görüşlərdə vətəndaş cəmiyyəti nümayəndəsi olaraq çalışırıq ki, Azərbaycanı layiqli şəkildə təmsil edək.

 

-Siz uzun müddətdir ki, Səbayıl bələdiyyəsində çalışırsınız. Bələdiyyələrin ölkə həyatındakı rolunu necə qiymətləndirirsiniz?

 

- Yerlərdə dövlətin idarə olunmasında, sosial-iqtisadi inkişafında yerli özünüidarə orqanları olan bələdiyyələrin əhəmiyyətli rolu var. İnkişaf etmiş ölkələrin çoxunda yerli özünüidarə orqanları cəmiyyətdə böyük nüfuza malikdirlər. Bələdiyyələr yerli əhəmiyyətli məsələləri həll edə-edə, yerləşdiyi inzibati ərazinin, o cümlədən ölkənin sosial, iqtisadi, mədəni inkişafı üçün dövlət qarşısında məsələlər qaldırır, rəy və təkliflər verir. Müstəqil, demokratik, hüquqi, dünyəvi və unitar dövlət çərçivəsində qurub yaradan Azərbaycanda da bələdiy¬yələrin yaradılması və təşəkkül tapması obyektiv zərurətdən irəli gələn qanunauyğunluqdur. Azərbaycanda bələdiyyələrin 20 yaşı var. Təbii ki, bu müddətdə birdən-birə inkişaf etmiş ölkələrin yerli özünüidarə orqanlarının səviyyəsinə malik olmaq asan məsələ deyil. Ötən 20 ildə Azərbaycanda bələdiyyələr xeyli inkişaf edib, təcrübə qazanıb, yerli əhəmiyyətli məsələlərin həllində uğurlar da qazanıb. Lakin Azərbaycanda bələdiyyə sistemində çoxlu nailiyyətlər olsa da, çatışmazlıqlar da mövcuddur. Bildiyimiz kimi, ötən ilin əlamətdar hadisələrindən biri olaraq ölkəmizdə bələdiyyə seçkiləri keçirildi. İnanıram ki, yeni seçilən bələdiyyə üzvləri vəzifə borclarının öhdəsində layiqincə gələcəklər.

 

-Perspektivdə hansı layihələr həyata keçirmək istəyirsiniz?

 

- Biz fəaliyyətimizdə Qarabağ həqiqətlərinin xaricdə yayılmasına xüsusi önəm veririk. Ankarada təşkil etdiyimiz "Dünya azərbaycanlılarının Türkiyə görüşü" adlı konfransda Ermənistanın işğalçılıq siyasətinə və terroru dəstəkləməsinə qarşı kəskin şüarların səsləndirilməsi bunun əyani sübutudur.

Bu il Türkiyədəki universitetkitabxanalara Qarabağ həqiqətləri ilə bağlı kitablar yaymağı planlaşdırırıq. Ötən il Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşümüz oldu. O zaman DAP-ın Türkiyə səfirliyi ilə əməkdaşlıq istiqamətlərinə dair geniş müzakirələr aparıldı, birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı razılaşmalar əldə olundu. Bu il Türkiyənin Azərbaycandakı səfirliyi başda olmaqla, digər ölkələrin də ölkəmizdəki səfirlikləri ilə sıx əməkdaşlıq etməyi nəzərdə tuturuq.

 

Fuad Hüseynzadə

Palitra.- 2020.- 10 yanvar. S. 7.