Atəşkəsi olmayan informasiya müharibəsi

 

Domen adlarının satışı ilə məşğul ən iri korporasiyalardan birinə rəhbərlik etdiyindən virtual məkanda Azərbaycanı böyük təhlükə gözləyir

 

 Əvvəllər silah gücünə həll edilən bəzi məsələlər müasir dövrümüzdə informasiyanın köməyi ilə yoluna qoyulur. Internet  həm də getdikcə savaş meydanına çevrilir. İndi hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə edirik. Kompüterinternet  isə sürətlə həyatımıza az qala hava, su kimi daxil olmaqdadır. Əvvəllər silah gücünə həll edilən bəzi məsələlər müasir dövrümüzdə informasiyanın köməyi ilə yoluna qoyulur. İnternet  həm də getdikcə savaş meydanına çevrilir.

Hansısa bir ölkə haqqında məlumat toplamaq istəyəndə birinci növbədə internetdəki axtarış sistemlərinə üz tuturuq. Sonra həmin ölkənin adına uyğun ağlımıza tez gələn sözü axtarış saytında yazıb, “enter” klavişini basırıq. Məsələn, Azərbaycan, Qarabağbir çox şəhərlərimiz haqqında nəsə öyrənmək istədikdə, internetə bağlanıb bu ünvanları yazırıq: www.azerbaijan.com, www.baku.com, www. karabakh.com, www.susha.com, www.lachin.com, www.sumqait.orgs. Lakin bu ünvanlara daxil olduqda tamamilə başqa şeylərlə qarşılaşırıq. Saytın adı, yəni domen ünvanı axtardığımız ölkəyə-Azərbaycana aid olduğu halda, səhifənin içindəkilər tamam başqa bilgilərlə doldurulub. Buna anti-təbliğat da deyilə bilər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim  Əliquliyev “Paritet”ə açıqlamasında bildirdi ki, aktiv informasiya müharibəsi aparan saytlarla yanaşı, bəzi saytlarda ümumiyyətlə heç bir informasiya verilmirbu saytlar passiv informasiya müharibəsi aparan saytlar adlanırlar: “Məsələn, www.azerbaijan.net  serveri ABŞ-da yerləşir və adında “azerbaijan” sözü olmasına baxmayaraq Azərbaycana  heç bir dəxli yoxdur. Qeyd edim ki, bu cür hallar tək Azərbaycanla bağlı deyilson 3 ildə bütün dünyada çox geniş yayılıb. Ümumiyyətlə artıq “gözəl və məhşur adlar” üzrə Internet də nəhəng “qara bazar” formalaşıb. Bu bazarda satılan saytlarla bir çox serverlər vasitəsi ilə tanış olmaqqeydiyyatdan keçirmək mümkündür”.

Onun sözlərinə görə, dünyada domen adlarının satışı ilə məşğul ən iri korporasiyalardan birinin ENOM olduğunu bu təşkilatın prezidentinin erməni mənşəli Movsess Karamanoukyan olduğunu nəzərə alsaq, virtual məkanda Azərbaycanı necə böyük təhlükə gözlədiyini təsəvvür etmək olar. Qeyd edək ki, ENOM indiyə kimi 7,5 milyon domen ad qeydiyyatdan keçirib GO DADDY (18 milyon) korporasiyasından sonra dünyada 2-ci yerdədir”.

İnstitut direktoru qeyd etdi ki, yuxarıda sadalanan domen adlar ümumiyyətlə Azərbaycanın milli dəyərlərini özündə əks etdirən bütün domen adları Azərbaycanı təmsil edən amillərdən biridir: “Bunun üçün onların ermənilərin digər əcnəbi qeydiyyatçıların əlindən istər məhkəmə, istərsə alqı-satqı yolu ilə alınması hər bir Azərbaycan vətəndaşının qarşısında duran əsas vəzifədir. Bəzən, artıq qeydiyyatdan keçmiş domen adların əldə edilməsinin mümkünsüzlüyü kimi fikirlər də mətbuatda səslənir. Lakin dünya təcrübəsi göstərir ki, əgər domen adı hər hansı ölkənin və ya şəhərin adını özündə əks etdirirsə, və ya hər hansı təşkilatın əmtəə nişanını daşıyırsa, digər tərəfdən bu zaman kiberskvotter (domen adlar vasitəsilə gəlir əldə etmək) və antitəbliğat fəaliyyəti sübut olunarsa, domen adın qeydiyyatçının əlindən alınaraq əsil sahibinə qaytarılması mümkündür. Dünyada domenlərlə bağlı mübahisələri araşdıran  bir neçə mərkəz akkreditə edilib. Baxılan mübahisələrin 90%-i Ümumdünya İntelektual Mülkiyyət Təşkilatının (World Intelectual Property Organitation, WIPO) Arbitraj-vasitəçi mərkəzi və Milli Arbitraj Form (National Arbitration Forum, NAF) kimi təşkilatların payına düşür. Bu təşkilatlar ildə minlərlə domen mübahisələrini araşdırırlar. WIPO-nun Arbitraj-vasitəçi mərkəzi fəaliyyət göstərdiyi 7 il ərzində 25 mindən artıq işə baxıb. Bəzi ölkələrin domen adlarla bağlı təcrübələri ilə tanış olaraq, gələcəkdə domen adlarımızın qaytarılmasında bu istiqamətdə fəaliyyət göstərməklə nəaliyyətlər əldə etmək mümkündür”.

R.Əliquliyevin fikrincə,  virtual məkanda Azərbaycanın informasiya təhlükəsizliyini təmin edən əsas amillərdən biri, Azərbaycan, onun tarixi, mədəniyyəti, siyasi sistemi haqqında informasiyaları, eləcə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıracaq çoxlu sayda yaradılmış veb-saytların səhifələrin olmasıdır: “Azərbaycanda  İC-nin formalaşması prosesində ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi İKT sahəsində fəaliyyət göstərən mütəxəssislər qarşısında duran əsas vəzifələrdən biridir. Cəmiyyətin müasir tələblərə uyğun inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi şəffaflığının təmin edilməsi, milli informasiya resurslarının yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması, informasiya təhlükəsizliyi azadlığının müdafiəsi, qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi ölkədə İC- keçidi təmin edəcək fəaliyyətin tərkib hissələridir”.

Yeri gəlmişkən İTİ- Internet  mühitində erməni terrorizmi ilə bağlı elmi araşdırmalar aparılır, o cümlədən müxtəlif kitabların, məqalələrin, video audio faylların internetə yerləşdirilməsi həyata keçirilir.

Proferssor bildirdi ki, QHT-lər,  AMEA-nın müxtəlif institutları və digər dövlət qurumları üçün bu istiqamətdə saytlar hazırlayırlar: “Bundan başqa fərdi şəxslərin müraciəti əsasında da saytlar İTİ tərəfindən hazırlanır. Eyni zamanda elm adamarının əsərlərini və dövlət qurumlarının çap etdiyi kitabları açıq ensiklopediyalarda yerləşdiririk. İnstitutun “Tədris və innovasiya mərkəzi”ndə sosial şəbəklərdə iştirak edən gənclərə erməni terrorizminə qarşı mübarizə istiqamətində təbliğat yolları göstərilir”.

 Internet  məkanında ermənilərin ermənipərəst qüvvələrin daha fəal olması müxtəlif virtual ensiklopediyalarda, bloqlarda, forumlarda, veb-saytlarda Azərbaycana qarşı çoxlu sayda yalan məlumatların, böhtanların toplanmasına informasiya hücumlarının artmasına səbəb olmuşdur. Internet də ən populyar, tez-tez yeniləşən müasir ensiklopediya resursu olan Vikipediyada məqalələrin yaradılması və redaktəsi qəbul edilmiş müəyyən qaydalar üzrə yerinə yetiriliradministratorlar tərəfindən nəzarət olunur. Vikipediyada virtual ensiklopediyasında işlərin təşkili daha çox açıq proqram təminatını (open source)  hazırlayan proqramçıların işlərinə bənzəyir. Vikipediya iştirakçıları ierarxik struktur üzrə fəaliyyət göstərirlər: onlardan bir qismi üzərlərinə koordinator işlərini götürürlər və əsasən digər istifadəçilərdən hazır məlumatları qəbul edirlər. Birgə fəaliyyətləri zamanı işlərində ziddiyyətlı hallara çox az rast gəlinən proqramçılardan fərqli olaraq, Vikipediya istifadəçiləri çox zaman əsl informasiya müharibələrinin iştirakçılarına çevrilirlər. Vikipediya beynəlxalq layihə olduğundan, hər hansı məqalənin yaradılmasında əks qüvvələrin iştirak etməsi təbiidir (vremya.ru).

   İnstitutun 17 saylı şöbəsinin sektor müdiri İradə Ələkbərova bizimlə söhbətində Vikipediyada Azərbaycana qarşı mütəmadi informasiya hücumlarının edildiyini söylədi. O dedi ki, bu ensiklopediyanın müxtəlif bölmələrində Azərbaycanla, xüsusi ilə də Qarabağla, Azərbaycanın tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri ilə bağlı bir çox məqalələr vaxtaşırı administratorlar tərəfindən mühavizə olunurlar: “Yəni bu məqalələrdə düzəlişlərə, əlavə məlumatların daxil edilməsinə icazə verilmir. Buna səbəb həmin məqalələrin vaxtaşırı ermənipərəst Internet  istifadəçilərinin hücumlarına məruz qalmasıdır. Bəzən Azərbaycanla əlaqədar məqalələr həmin şəxslər tərəfindən elə saxta məlumatlarla doldurulur ki, məqalənin ümumi məzmunu itir və oradakı məlumat Azərbaycana qarşı bir dezinformasiya xarakteri daşımış olur. Müşahidələr göstərir ki, Internet də, əsasən də Vikipediyada Azərbaycanla bağlı düzgün informasiyalar daxil etmək istəyənlər isə gözləmədikləri bir halda informasiya müharibəsinə cəlb edilmiş olurlar və erməni istifadəçilər tərəfindən onlara qarşı aqressiv informasiya hücumları başlayır. Vikipediyanın ingilis, rus, türks. dillərdə fəaliyyət göstərən layihələrində informasiya müharibələri adi hal alıb və artıq administratorlar da ensiklopediyadakı münaqişələrin qarşısının tam alınmasında acizdirlər. Münaqişəyə səbəb olan məqalələrin mühafizəsi müvəqqəti olaraq əks tərəfləri sakitləşdirsə də, bir müddətdən sonra həmin qüvvələr digər məqalələrdə yenidən “müharibəyə” başlamış olurlar və yenə də virtual ensiklopediyada müxtəlif baxışların toqquşması baş verir”.

“Hərbi əməliyyatlardan fərqli olaraq, bu savaşda heç vaxt atəşkəs olmur” deyən İ.Ələkbərov Vikipediya qeyri-rəsmi ensiklopediya olduğundan, burada informasiya müharibəsini rəsmi dövlət strukturlarının deyil, qeyri-rəsmi qurumların, fərdi şəxslərin apardıqlarını önə çəkdi: “Dəqiq desək, bu savaş daha çox məhz qeyri-rəsmi səviyyədə aparılır.  Lakin çox zaman erməni millətindən olan rəsmi şəxslər, müxtəlif partiyalar və erməni diasporası tərəfindən malliyyələşdirilən qüvvələrin Vikipediyada Azərbaycana qarşı informasiya müharibəsini davam etdirmələrı problemin daha ciddi olduğunu sübut edir. Ermənilər Vikipediyaya yeri kimi baxırlar və bu ensiklopediya erməni mütəxəssisləri və ziyalıları tərəfindən daimi Azərbaycana qarşı yeni-yeni dezinformasiyalarla doldurulur. Nəticədə çox zaman məqalələr nəinki Azərbaycanın maraqlarına, Vikipediyanın əsas qaydası sayılan adi neytrallıq prinsipinə belə cavab vermir”.

Onun fikrincə, internet fəalliyyət göstərən açıq layihələrə nəzər salsaq görərik ki, Azərbaycana qarşı informasiya müharibəsində, antiazərbaycan təbliğatında, ifrat şovinist çıxışlarda erməni gənclərilə yanaşı günün 24 saatı ermənilərin tanınmış tarixçiləri, siyasətçiləri, ədəbiyyatçıları, şair yazıçıları iştirak edirlər: “Praktiki olaraq Vikipediyada Dağlıq Qarabağdan Naxçıvana, Nizami Gəncəvidən Azərbaycan xanlıqlarına qədər Azərbaycana aid bütün məqalələr ermənilərin nəzarətindədir - bu məqalələr ermənilər onların tərəfdarları tərəfindən hər zaman informasiya hücumlarına məruz qalırlar. Qeyd etmək lazımdır ki, keçən illərlə müqayisədə Vikipediyadakı bəzi məqalələri qismən də olsa ermənilərdən “təmizləmək” mümkün olub. Məsələn, 2008-ci ildə Vikipediyanın rus dilindəki bölməsində “Kultura Azerbaydjana”, yəni Azərbaycanın mədəniyyəti haqqında məqaləni oxuduqda onun daha çox erməni mədəniyyətini təbliğ etməsinin şahidi olurduq. Azərbaycan ədəbiyyatı (“Literatura Azerbaydjana”) məqaləsində isə XV əsrə qədərki dövrlə indiki Azərbaycan ərazisində yalnız erməni və fars ədəbiyyatının inkişafından danışılır və müxtəlif erməni saytları mənbə kimi göstərilirdi. 2009-cu ildə bu məqalələrdə azərbaycanlı istifadəçilərin fəalllaşması nəticəsində neytrallıq prinsipləri cüziolsa bərpa olunub. Lakin, Vikipediyada Azərbaycana qarşı təbliğat maşını səngimək bilmirbu səbəbdən iftira dolu məqalələr yüzlərlədir”.

Son 1 il ərzində Vikipediyanın Azərbaycan bölməsində radikal dəyişikliklərin baş verdiyini deyən İ.Ələkbərova İTİ- Vikipediya ilə bağlı tədqiqatların aparıldığını bildirdi: “İnstitutun “Tədris-innovasiya mərkəzi”ndə tədris zamanı aspirant dissertantlara virtual ensiklopediyalar haqqında, ilk növbədə isə Vikipediya haqqında məlumatlar verilir azad ensiklopediyalarda məqalələrin yaradılma qaydalarının öyrədilməsi həyata keçirilir. Həmçinin Vikipediya virtual ensiklopediyası haqqında cəmiyyətdə müəyyən təsəvvürün yaradılmasına şərait yaradılır. Nəticədə Vikipediya ensiklopediyasının müxtəlif dil bölmələrində azərbaycanlı istifadəçilərin sayının hissediləcək dərəcədə artması və aktiv fəallığı müşahidə olunur. Təkcə bir faktı demək kifayətdir ki, əgər 2007-ci ildə Vikipediyanın Azərbaycan dili bölməsində məqalələrin sayı cəmi 3 min idisə, bu gün artıq bu məqalələrin sayı 28 minə çatıb”.

 

 

Fuad HÜSEYNZADƏ

 

P.S.Yazı “Paritet” qəzetinin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə həyata keçirdiyi “Erməni terrorizminin ifşa olunmasına informasiya dəstəyi” layihəsi çərçivəsində dərc edilir. 

 

 

Paritet.- 2010.- 13-14 iyul.- S. 11.