Fikrət Əmirov bunu əvvəlcədən hiss edirdi

Nəzrin Əfəndiyeva: Yaradıcı insanın səhnədə özünü ifadə etməyi - onun həyata baxışı, düşüncələridir

 

Onun taleyində dahi bəstəkarın nəvəsi olmaq vardı. Onun taleyində babasından qalan bu gözəl sənəti davam etdirmək bu ada layiq olmaq vardı. Babası kimi Azərbaycanı tanıtmaq, sevdirmək, təbliğ etmək vardı taleyində. Bu missiyanı həyata keçirmək qədər çətin olsa da, bir o qədər şərəfli işdir. Necə ki, dünya şöhrətli Azərbaycan bəstəkarı tamamilə yeni musiqi janrı olan simfonik muğamın banisi Fikrət Əmirovun nəvəsi olmaq qədər. Hələ yolun başındadır... Bu gün sizə tanıtmaq istədiyimiz həmyerlimiz Belçikada yaşayan musiqiçi Nəzrin Əfəndiyevadır.

 

Ötən ay Belçikanın Azərbaycandakı səfirliyi Buta İncəsənət Mərkəzi tərəfindən Culture Helpline proqramı çərçivəsində Bakıda möhtəşəm konsert keçirildi. Artıq ənənəvi xarakter alan konsertin bu dəfəki, proqramı daha əlamətdar oldu. Çünki musiqiseverlər Belçika vətəndaşı olan azərbaycanlı pianoçu bəstəkar-müğənni Nəzrin Əfəndiyevanın ifasını dinləmək imkanı qazandılar. Konsertqabağı Belçikanın Azərbaycandakı səfiri cənab Lük Truyensinin Nəzrin xanım haqda fikirləri isə olduqca maraqlı idi: Nəzrin iki ölkə arasında körpü yaradır. Azərbaycanda məşhur musiqiçilər ailəsində anadan olmuş Nəzrin Belçika cəmiyyətinə tam inteqrasiya olub öz sənətində hər iki xalqın musiqisini sintez edir.

Konsert proqramı çərçivəsində Bakıda olan həmyerlimiz mediaya açıqlamalar verib. Elə söhbət konsertdən düşmüşkən musiqiçinin konsert təəssüratlarını sizinlə bölüşürük: Biz bu layihə üzərində uzun müddətdir ki, çalışırıq. Gerçəkləşən layihə mənim üçün çox əhəmiyyətlidir, çünki xeyriyyə məqsədilə həyata keçirildiyindən əldə olunan bütün gəlir uşaqlara sərf olundu. Mən buna çox şadam, indi hisslərimi ifadə etməkdə acizəm. Yalnız bir söz deyə bilərəm- bu mənim üçün müqəddəs şərəfli işdir.

 

Səhnədə böyük hadisə

 

Bakıdakı konsertdə Nəzrin Əfəndiyeva Fikrət Əmirov musiqisinin caz improvizasiyalarını öz mahnılarını musiqisevərlərə təqdim etdi. Xüsusi olaraq qeyd edək ki, Nəzrinin dayısı, məşhur caz ifaçısı Cəmil Əmirov bu tədbir üçün onun ansamblında ifa edirdi. Müsahibimin sözlərinə görə ilk dəfə idi ki, dayısı ilə bir səhnəni paylaşır: Bu, məni çox sevindirdi, Doğurdan da bu böyük hadisə idi.

 

...mənim Günəşim...

 

O, Bakıda musiqiçi ailəsində dünyaya göz açıb. elə buna görə musiqiyə xüsusən müğənniliyə həvəsi erkən yaşlarından başlayıb. Atası Mir Həmzə Əfəndiyev diplomatdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanın Yunanıstan Belçika Krallığındakı səfiri olub. Anası Sevil Əmirova musiqiçi, pianoçudur vaxtilə Bakı Musiqi Akademiyasında dərs deyib. Belçika teatr aktyoru olan Kevin adlı şəxslə evli olan Nəzrin Əfəndiyeva hazırda bir oğul anasıdır: Evimizdə kiçik möcüzə böyüyür, bu, oğlum Həmzədir, mənim günəşim...

 

Babası onu musiqiçi görmək istəyirdi

 

Altı yaşı olanda Nəzrin Bakıda musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almağa başlayır: Uşaq yaşlarından musiqinin içində olmuşam, musiqi ilə böyümüşəm. Əlbəttə, babamın, eyni zamanda musiqiçi olan anamın sayəsində bu seçimi etdim. Əlavə edim ki, mənim atam da melomandır, musiqi janrlarından cazı daha çox sevir. Fikrət Əmirov balaca qızda olan istedadı lap əvvəlcədən görürdü. Müsahibim deyir ki, musiqi təhsili almağında babasının danılmaz əməyi var. O məni gələcəyin musiqiçisi görürdü. Ona görə tez-tez anama məni musiqiyə yönləndirməyi məsləhət verirdi. Həmişə deyirdi ki, mənim buna qabiliyyətim çatar. Nəzrin ilk təcrübəsini babasının yanında keçir. O, həmin günləri belə xatırlayır :İndiki kimi yadımdadır. Məni dörd əllə Sevginin rəqsi kompozisiyasını çalmağa öyrətdi. Baxmayaraq ki, o vaxt dörd yaşım vardı, lakin hər şeyi çox yaxşı xatırlayıram. Bu, həqiqətən, inanılmaz idi.

 

Bakı onun uşaqlıq yeniyetməlik yaddaşına daha çox həkk olur. Çünki

 

16 yaşı olanda ailəsi Belçikanın Brüssel şəhərinə köçür. Başqa ölkə, başqa mədəniyyət, amma hər zaman bu iki ölkə arasında ortaq mövqe tutmağı bacarır. Brüsseldə Kral Konservatoriyasında musiqi təhsilini davam etdirən N.Əfəndiyeva 2001-ci ildə Konservatoriyanı piano sinfi üzrə birinci mükafat ali mükafatla bitirir. 2003-cü ildə o, İspaniyanın Ueska şəhərində keçirilən Beynəlxalq Piano müsabiqəsinin mükafatçısı olur. Müxtəlif musiqi üslubları ilə maraqlanan N. Əfəndiyeva LEstro adlı barokko ansamblı yaradaraq özü bu ansamblda klavesin ifa etməyə başlayır.

 

Pianoçu, yoxsa bəstəkar müğənni?

 

Təxminən 2009-cu ildən o, musiqi istiqamətini tamamilə dəyişmək qərarına gəlir. Bu dövrdə onu mahnı ifası daha çox cəlbedir. Öz mahnılarını özü bəstələməyə başlayır. Nəticədə şanson, Şərq musiqisi, həmçinin cazklassik musiqi janrlarının təsiri hiss olunan heyrətamiz mədəni sintez yaranır. Ümumiyyətlə, onun yaradıcılıq fəaliyyətini iki mərhələyə bölmək olar. Özüetiraf edir ki, yaradıcılığa klassik-pianoçu kimi başlasa da hazırda fəaliyyətini bəstəkar müğənni kimi davam etdirir. Klassik pianoçu kimi fəaliyyət göstərəndə orkestrlə birgə məşğul olurduq, Bakıya da orkestrin tərkibində olduğum zaman iki dəfə konsertə gəlmişəm. Hər ikisində də babamın musiqilərini ifa etmişəm. Bunlar Skripka, fortepianoorkestr üçün ikili konsert və Ərəb mövzusunda konsert olub. Azərbaycan mətbuatı o vaxt bu konserti işıqlandırmışdı. Bəstəkar və vokalçı kimi isə təxminən iki il əvvəl yaradıcılığa başlamışam. Əsasən Tori Eymos, Can-Cak Qoldmandan Mayk Oldfildə kimi müxtəlif musiqipoeziya mənbələrindən ilham alıram.

 

Avropada tanınmaq çox çətindir

 

N.Əfəndiyeva 1995-ci ildən bu günədək Belçikada yaşayır, belçikalı musiqiçilərlə birgə çalışaraq, öz müğənnilik karyerasını uğurla davam etdirir. Mahnılarını əsasən fransız dilində yazır, bununla yanaşı, babası Fikrət Əmirovun məşhur vokal əsərlərindən bəzilərini aranjeman da edib. Deyir ki, Avropada tanınmaq çox çətindir, inanılmaz rəqabət var, çoxlu sayda sənətçi, müsabiqə var. Xüsusən onları kateqoriyaya - rok, caz, world janrlarına bölmək çox çətindir. Xeyli vaxt özümə həm də menecerlik etdim. Amma ötən il Fransa estrada müsabiqəsində qalib gəldikdən sonra vəziyyətim bir qədər yüngülləşdi. Artıq bu gün mən Belçikanın Earphones Production kimi tanınan musiqi studiyasında səsimi yazdırıram. Sentyabrda musiqili-diskim işıq üzü görəcək. Müğənni-bəstəkar kimi fəaliyyət göstərdiyim vaxtdan bəri bir çox tanınmış insandan müsbət fikirlər almışam. Çünki, bu kifayət qədər qeyri-adidir. Onun fikrincə, yaradıcı insanın səhnədə özünü ifadə etməyi -onun həyata baxışı, individuallığı qiymətləndirməsi və düşüncələridir.

 

 

Nərmin MURADOVA

 

Paritet.- 2011.- 9-10 avqust.- S.12.