Kiyevdə Xocalı qurbanlarının xatirəsi Qolodomor abidəsinə yürüşlə yad edilib

 

 İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə “Xocalıya Ədalətbeynəlxalq kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində keçiriləcək silsilə tədbirlərə Kiyev şəhərində Qolodomor abidə kompleksinin ziyarət edilməsi ilə start verilib.

Əllərində “Xocalıya Ədalət!”, Erməni terroruna son qoyulsun!” şüarları ilə Kiyev şəhərinin mərkəzi meydanından Qolodomor abidə kompleksinin önünədək yürüş edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Milli Gənclər Hərəkatının fəalları açıq səmaya Xocalı qurbanlarının sayı qədər - 613 qara şar buraxmaqla dünya birliyini və beynəlxalq təşkilatları 19 il öncə ermənilərin Xocalı şəhərində törətdiyi soyqırıma siyasi-hüquqi qiymət verməyə səsləyiblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və birliyin sədr müavini Cavid Hüseynzadə çıxış edərək İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində həyata keçirilənXocalıya Ədalətkampaniyasına Ukraynada yaşayan azərbaycanlı gənclərlə yanaşı, ukraynalı gənclərin də qatılmasını dünyada haqqın və ədalətin öz yerini tutması istiqamətində irəliyə atılmış addım kimi dəyərləndiriblər.

1932-33-cü illərdə Ukrayna xalqının da soyqırıma məruz qaldığını bildirən Ukrayna Milli Gənclər Hərəkatının Kiyev şəhər təşkilatının sədri Aleksey Zaxarçenko isə ermənilərin 19 il əvvəl Xocalıda dinc əhaliyə qarşı həyata keçirdikləri soyqırıma beynəlxalq təşkilatların və dünya birliyinin siyasi-hüquqi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirib:

Vaxt olacaq, dünya birliyi belə bir bəşəri cinayətə göz yumduğuna görə utanacaq. Biz, Ukrayna gəncləri, Azərbaycan xalqının başına gətirilən faciələrə ədalətli münasibət bildirməklə tarix qarşısında borcumuzdan çıxırıq”.

Xocalıya ədalət kompaniyası çərçivəsində Ukraynada keçirilən silsilə tədbirlər  BMT-in və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşısında  etiraz yürüşü və adı çəkilən  qurumlara ukrayna və azərbaycanlı gənclərin hazırladığı qətnamənin  təqdim olunması ilə başa çatacaq.

 

 

 İSMAYIL

 

Paritet.- 2011.- 24-25 fevral.- S. 7.