Bu il türk xalqları QHT-lərinin I Bakı Forumunun keçirilməsi nəzərdə tutulur

 

“TXVCF-nin tərkibində fəaliyyət göstərmək üçün indiyə kimi türk dövlətlərini təmsil edən 100-ə yaxın QHT-dən müraciət daxil olub

 

Bu günlərdə bir qrup QHT rəhbəri Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumunu (TXVCF) təsis ediblər. Forumu Bakı Gənclər klubu (sədr Azər Cavadov), “Demokratik Azərbaycan Naminə” (sədr Elməddin Behbud), “Demokratik İslahatçı Gənclər” (Vüsalə Hüseynova), “Sağlam İnkişaf Maarifləndirmə” (sədr Anar Xəlilov) Yeni Həyat” (sədr Nailə İsmayılova) ictimai birlikləri təsis ediblər. Artıq TXVCF ölkədə baş verən ictimai hadisələrə münasibət bildirərək öz aktivliyini göstərməkdədir. Belə ki, Forumda təmsil olunan təşkilatlar dövlət başçısı İlham Əliyevə dəstək müraciəti ünvanlayıblar.   TXVCF idarə heyətinin üzvü Elməddin BehbudParitet”ə bildirdi ki, forumun Azərbaycan nümayəndəliyində təmsil olunan beş QHT  ölkə Prezidenti tərəfindən aparılan islahatlara korrupsiya ilə mübarizəyə görə təşəkkür edib: “Bu işdə forumda olan təşkilatların minlərlə gənci adından  İlham Əliyevin gənclər qüvvəsi olaraq arxasında olduğumuzu lazım olan hər bir işdə ona dəstək olacağımızı bildirmişik. Biz gənclərlə işləyən təşkilatların rəhbərləri kimi ətrafımızda olan gənclərin fikirlərini ölkə başçısına çatdırmaq istədik ki, bu gün Azərbaycan gəncləri öz prezidentinin ətrafında birləşərək, onun apardığı islahatlara öz töfhəsini verməyə ali baş komandanın əmrində olan ordunun nümayəndələri kimi  hər zaman Azərbaycanın inkişafına çiçəklənməsinə xidmət etməyə hazırdır. Bu gün gənclər öz prezidentinin arxasında qüvvə olaraq dayanıbdır bu belə olacaqdır”. TXVCF idarə heyətinin üzvü bildirdi ki, müraciəti Forumda Azərbaycan tərəfindən təmsil olunan beş təşkilat sədrləri imzalayıblar.

E.Behbud bizimlə söhbətində Forumun məqsədindən gələcəkdə görüləcək işlərdən danışdı. Qeyd etdi ki, Forumun yaradılmasında əsas məqsəd türkdilli xalqlarla Azərbaycanın münasibətlərinin daha da dərinləşməsi beynəlxalq arenada həmrəylik nümayiş etdirilməsidir. “Biz böyük türk millətinin bir hissəsiyik. Bu gün türk xalqlarının gəncləri arasında əlaqələr zəifdir. Məqsəd ortaq problemlərlə bağlı vahid mövqe ortaya qoymaqdır. Bizim proqramda təxminən 9-a yaxın bənd var. Bura mətbu orqanın, elektron vasitələrin təsis olunması, Birinci Bakı Forumunun keçirilməsi, türk dövlətləri ali məktəbləri arasında türk gənclərin mübadiləsi s. daxildir. Biz bir-birimizlə daha çox münasibətdə olandan sonra yeni əlverişli təşəbbüslər verilsə onu da proqrama salacağıq. Yəni qarşılıqlı əməkdaşlıq münasibətləri genişləndikcə yeni-yeni təkliflər ortaya çıxacaq biz birlikdə işləyəcəyik”.

  Forumun saytı da yaxın günlərdə istifadəyə veriləcək: “Orda forumda təmsil olunan bütün QHT-lərin adları olacaq. Eyni zamanda onların vaxtaşırı müsahibələri, eləcə birgə bəyanatlarımız, indiyə qədərki fəaliyyətimiz haqqında məlumatlar yerləşdiriləcək. Qeyd edim ki, bizimFacebook”da səhifəmiz var orda mütəmadi məlumatlar yayılır”.

İctimai Birlik sədri türk millətlərinin həmrəyliyinin həm Azərbaycan, həm digər türk xalqlarının mənafeyi baxımından çox böyük əhəmiyyət daşıdığını, bunun üçün bütün sahələr üzrə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinin zəruri olduğunu bildirdi: “Təəssüflər olsun ki, BMT-nin ölkəmizə qarşı işğalçılıq siyasətini pisləyən məlum 822, 853, 874, 884 saylı qətnamələri, İslam Konfransı Təşkilatının illik toplantılarının yekun qərarları ki, digər beynəlxalq qurumların analoji mövqeləri hələ ki, pozulmuş ərazi bütövlüyümüzün bərpası üçün yetərli olmayıb. Bu sırada birmənalı surətdə ölkəmizin haqq işini müdafiə edən tək dövlətin Türkiyə olduğu da hamımıza gün kimi aydındır. Biz istəyirik ki, digər türkdilli dövlətlərlə münasibətləri belə dərinləşdirək”.

O hesab edir ki, bundan sonra bu ağrılı problemin həlli üçün əsas diqqət ölkəmizin hərtərəfli inkişaf etdirilməsinə eyni tarixi, dili, dini, mədəniyyəti paylaşdığımız  altı müstəqil türk dövləti hazırda müxtəlif ölkələrinin sərhədləri daxilində öz ana torpaqlarında yaşayan türk xalqları ilə inteqrasiyanın dərinləşdirilməsinə yönəlməlidir: “Avropa İttifaqı modelindən nümunə götürərək bütün sahələr üzrə türk dövlətlərinin əməkdaşlığının müttəfiqlik səviyyəsinə qalxmasını ortaq milli maraqların müdafiəsində vahid güc olaraq çıxış etməyi vacib gərəkli hesab edirik. Müasir dünyada vətandaş cəmiyyətləri strukturlarının ictimai rəyə təsir imkanlarına problemlərin həllində oynadığı rola diqqət edərək TXVCF-nun təsis edilməsini qərara aldıq”.

Bu il TXVCF-nin I Bakı Forumunu keçirtməyi nəzərdə tutduqlarını deyən E.Behbud burada yeni struktur, nizamnamənin bəlli olacağını vurğuladı. İndi biz müraciət hazırlayırıq 6 türk dövlətinin başçısına ki, foruma dəstək versinlər. Bu Forum siyasi qurum deyil. Biz mədəni irsimizi, tariximizi, kökümüzü dünyaya tanıtmaq istəyirik. Bizə demokratiya dərsi keçənlərə anlatmaq istəyirik ki, elə ilk demokratiya türk dövlətlərinə məxsus olub”, deyə o əlavə etdi.

Həmsöhbətimiz həmçininXocalı soyqırımı ilə bağlı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan kimi türkdilli dövlətlərdə tədbirlər keçirildiyini bildirdi: “Forum Xocalı faciəsi ilə bağlı  Birləşmiş Millətlər Təşkilatı,  BMT-nin baş katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT,  Beynəlxalq Sülh Bürosu, Dünya Gənclər Assambleyasına, Türk dövlətlərinin parlamentlərinə, Türk dövlətlərinin Azərbaycandakı səfirliklərinə bəyanat ünvanladı. Bəyanata Forumda ilk olaraq təmsil olunan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan vətəndaş cəmiyyətinin nümayəndələri qoşuldular”.

TXVCF idarə heyətinin üzvü türk xalqları arasında əməkdaşlığın inteqrasiyanın zəifliyindən danışaraq ayrı-ayrı adlar altında fəaliyyət göstərən qurumların fəaliyyətlərinin sözdən o yana keçmədiyini, keçirilən tədbirlərin səmərə vermədiyini önə çəkdi.

Artıq forumun Azərbaycan nümayəndəliyinin yaradıldığını deyən E.Behbudun sözlərinə görə, Forumun tərkibində fəaliyyət göstərmək üçün indiyə kimi türk dövlətlərini təmsil edən 100-ə yaxın QHT-dən müraciət daxil olub: “Bu rəqəm artmaqda davam edir. Münasibət çox yaxşıdır. Qırğızıstandan, Qazaxıstandan ümidverici dəstək verənlər var. Qazaxıstanda artıq TXVCF ilə bağlı yerli bir model yaranıb. Məsələn, bu yaxınlarda biz Türkiyədə olarkən bir neçə QHT sədri ilə görüşdük. Onlar birmənalı şəkildə bizə dəstək verdilər. Forumun yaradılmasında əsas məqsəd bir tərəfdən türkdilli xalqların vətəndaş cəmiyyəti institutlarının bir-birini yaxşı tanımasıdırsa, digər tərəfdən türk dövlətlərinin bir-birini tanıması problemlərini daha dərindən bilməsidir”.

E.Behbud may ayında Qırğızıstana səfərləri olacağını da bildirdi: “Ola bilər ki, yalnız Qırğızıstanla məhdudlaşmasın Orta Asiya respublikalarının bir çoxuna səfər edək. Ora gedəndə həm əyani materiallar, həm nəzəri proqramımızı da aparacağıq. Bu tip təmaslar bizim bir-birimiz haqqında məlumatlığımızı artıracaq”.

 

 

F.HÜSEYNZADƏ

 

Paritet.-2011.-17-18 mart.-S.8.