İctimai televiziyanın Yayım Şurasının tərkibində dəyişikliklər edildi

 

 Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında məsələyə baxıldı. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, “İctimai televiziya radio yayımı haqqındaqanuna uyğun olaraq İctimai Televiziya Radio Yayımları Şirkətinin Yayım Şurasına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası Mətbuat Şurası tərəfindən irəli sürülmüş namizədlərin altı illik səlahiyyət müddəti başa çatıb. Bununla əlaqədar olaraq həmin qurumlar yeni namizədlərini irəli sürüblər.

Bundan sonra səsvermə keçirildi. AHİK-dən Aqil Dadaşov, AMEA-dan Muxtar İmanov, MŞ-dən isə Cahangir Məmmədli İctimai Televiziya Radio Yayımları Şirkətinin Yayım Şurasına üzv seçildilər.

Gündəlikdəki ikinci məsələElektroenergetika haqqındaqanuna, “Qaz təchizatı haqqındaqanuna “Su təchizatı tullantı suları haqqındaqanuna əlavələr dəyişikliklər edilməsi barədə qanun layihəsi idi. Layihə ilə bağlı Milli Məclis Sədrinin müavini parlamentin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi. “Elektroenergetika haqqındaqanunun 3-cü maddəsinin 3-cü hissəsinə əlavə olunan 2-ci cümlədə deyilirdi: “Elektrik istilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. “Qaz təchizatı haqqındaqanunun 13-cü maddəsinin 3-cü hissəsinə bu məzmunda 2-ci cümlə əlavə olunur: “İstehlakçılara qazın verilməsi üçün qazpaylayıcı şəbəkəyə qoşulmanın texniki şərtlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. “Su təchizatı tullantı suları haqqındaqanunun 13-cü maddəsinin 2-ci bəndi çıxarılıb, 23-cü maddənin 1-ci bəndinin “b” yarımbəndiqoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsınredaksiyasında verilib. Bu maddənin 2-ci bəndinin “b” yarımbəndi çıxarılıb, aşağıdakı məzmunda isə 5-ci bənd əlavə edilib: “İstehlakçının su təchizatı tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Qanunun 30-cu maddəsinə isə aşağıdakı məzmunda 3-cü bəndin əlavə edilməsi təklif olunurdu: “Fiziki şəxs olan istehlakçıların sayğaclarla (suölçən cihazlarla) təchiz edilməsi, onların quraşdırılması dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir”. Qeyd edək ki, qanun layihəsi təsdiq olundu.

 Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad SəmədzadəDövlət rüsumu haqqındaqanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Dəyişikliklərə əsasən dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində müvafiq xidmət göstərən hər bir dövlət orqanının yerləşdiyi binanın (otağın) görünən yerində asılmalıdır. Z.Səmədzadə digər dəyişikliklər barədə məlumat verdi. Əlavəyə əsasən şəhadətnamənin (apostilin) verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi 10 manat təsdiqlənib. Qanun layihəsi təsdiq olundu.

Gündəlikdəki digər məsələlər - “Məhkəmələr hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqındaƏmək pensiyaları haqqındaqanunlarda dəyişiklik edilməsi barədə layihələrlə bağlı Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. İlk iki qanuna təklif olunan dəyişikliklər hakimlərin sosial müdafiəsi özündə ehtiva edir. Bu dəyişikliklər hakimlərin ailə üzvlərinin pensiya təminatınınƏmək pensiyaları haqqındaqanuna uyğunlaşdırılmasını nəzərdə tutur. Ə.Hüseynlinin sözlərinə görə, sözügedən qanuna təklif olunan dəyişiklik digər iki qanuna nəzərdə tutulan dəyişikliklərin məntiqi davamıdır. Hər üç qanun layihəsi təsdiq olundu.

Ə.HüseynliƏməliyyat-axtarış fəaliyyəti haqqındaProkurorluq haqqındaqanunlarda dəyişikliklər edilməsi barədə layihələri müzakirəyə təqdim etdi.

Birinci  qanuna təklif olunan dəyişiklik məntiqi surətdəProkurorluq haqqındaqanunla bağlıdır. Əməliyyat-axtarış fəaliyyəti haqqındaqanunvericiliyə görə əməliyyat-axtarış fəaliyyətini cinayət-prossesual qanunvericilikdə nəzərdə tutulmuş təhqiqat orqanları həyata keçirirlər. Bunlar hüquq-mühafizə orqanlarıdır. Təklif olunan dəyişiklik isə ondan ibarətdir ki, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini isə yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirsinlər. Ə.Hüseynlinin sözlərinə görə, bu, qanunvericiliyimiz üçün müəyyən mənada yenilikdir. Komitə sədri bu dəyişikliyinProkurorluq haqqındaqanuna təklif olunan dəyişikliklə üzvi surətdə bağlı olduğunu diqqətə çatdırdı. Qısa müzakirələrdən sonra qanun layihələri təsdiqləndi.

 

 

FUAD

 

Paritet.-2011.- 19-28 mart.- S.3.