Qazaxıstanın bütün dövlət strukturlarında azərbaycanlılar təmsil olunurlar

 

Nursultan Nazarbayev: “Bizim azərbaycanlı vətəndaşlarımız Qazaxıstan iqtisadiyyatının inkişafında, onun mədəni, siyasi həyatında iştirak edirlər”

 

 Qazaxıstanda azərbaycanlıların  formalaşdırdığı diaspor bu ölkədə sayılıb seçilənlərdəndir. Orta Asiyanın aparıcı dövlətlərindən olan Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri ta türk dillərinin yarandığı antik dövrlərəcən uzanır. Qazaxıstan azərbaycanlılarının bu ölkədə diaspor formalaşdırması XX əsrin 60-cı illərindən sonrakı dövrə təsadüf edir. 1920-ci illərdə Sovet İttifaqında  başlanan siyasi repressiyaların ən ağır zərbəsi Azərbaycana dəydi. Bunun nəticəsində azərbaycanlıların çox hissəsi Vətəndən didərgin düşənlər Orta Asiya, Sibir kimi yerlərə sürgün edilirdilər. Belə azərbaycanlıların müəyyən hissəsi, təqribən 120 minə qədəri Qazaxıstana sürgün olunublar. İlk sürgün edilən soydaşlarımız Canbul, Çimkənd və Almatı vilayətində məskunlaşdırılmışdılar.

Bu prosesdən sonra 40-50-ci illərdə davam edən repressiya prosesində azərbaycanlıların bura köçürülməsi ilə nəticələnmişdi. Əsasən onlar Gürcüstan və Azərbaycanın müxtəlif bölgələrindən olan köçkünlər idilər. 1956-60-cı illərdə isə on beş minə yaxın azərbaycanlı Qazaxıstanın xam torpağının münbitləşdirilməsinə kömək üçün buraya köçüldülər. 1960-80 və 1991-ci ildən sonra baş verən mühacirət prosesi nəticəsində soydaşlarımızın Qazaxıstanda yayılma coğrafiyası aşağıdakı kimi müəyyənləşdirilib:  Akmola vilayəti 7.000 nəfər, Aktyuba vilayəti 1.000 nəfər, Almatı vilayəti 9.000 nəfər, Astana vilayəti 9.000 nəfər, Cənubi Qazaxıstan vilayəti 25.000 nəfər, Şimali Qazaxıstan vilayəti 15.000 nəfər, Lavlovar vilayəti 2.000 nəfər, Manqışlaq  vilayəti 3.500  nəfər, Qızılarda vilayəti 200 nəfər, Kostonay vilayəti 4.000 nəfər, Qərbi Qazaxıstan vilayəti 900 nəfər, Karaqanda vilayəti 4.000 nəfər, Cambul vilayəti 10.500 nəfər, Şərqi Qazaxıstan 1.500 nəfər, Atrau vilayəti 500 nəfər (“Z.Əliyev. “Dünya diasporları” kitabı. Bakı 2005. 130-131).

Qazaxıstanda aparılan statistik göstəricilərə görə, Azərbaycan diasporu digər diasporlardan mühacirətə az meylli olmağı ilə seçilir. Hüquq, iqtisadiyyat, ictimai işlər, texniki, elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hissəsi  öz peşəsi üzrə xeyli qabağa gedərək, mühüm postları tutublar. Onlar yerli əhali və rus, özbək, türkmən, qırğızlarla isti əlaqələr quraraq, bir-birlərinin mədəni tədbirlərində fəal iştirak edirlər. Qazaxıstan azərbaycanlılarının çox hissəsi Vətənə gələrək burada ailə həyatı qurmağa üstünlük verirlər. Qazax və ruslarla qarışıq nikaha girən bəzi soydaşlarımız isə ailələrində azərbaycanlı ənənələrini təbliğ edirlər.

Qazaxıstanın Azərbaycandakı keçmiş səfiri Andar Şukputov 2009-cu ildə KİV-ə müsahibəsində soydaşlarımızın Qazaxıstandakı fəaliyyətini çox yüksək qiymətləndirmişdi. Onun sözlərinə görə, bu ölkədəki Azərbaycan diasporu hər iki xalqı birləşdirən özünəməxsus “etnik körpü” rolunu oynayır: “Bu da təəccüblü deyil, çünki azərbaycanlılar və qazaxlar qardaş xalqlar olub, ümumi tarixi köklərə malikdirlər. Bizim dillərimiz çox yaxındır. Biz ümumi mədəni irsə malikik”.

A.Şukputov Azərbaycan diasporunun nümayəndələrinin Qazaxıstan Respublikasının ictimai-mədəni həyatında fəal iştirak etdiklərini deyib: “Onların arasında ölkəmizin elm və təhsilinin inkişafına qiymətli töhfə vermiş görkəmli elm xadimləri var. Bizdə filologiya elmləri namizədi, Qazaxıstanın əməkdar müəllimi Asılı (Əsli) Osmanovaya çox böyük hörmətlə yanaşırlar. O, 10-cildlik  “Qazax dilinin izahlı lüğəti” fundamental əsərinin müəlliflərindən biridir. Qeyd edim ki, Almatı  vilayət parlamentinin  qəbul etdiyi qərarına əsasən, “Qobustan” Azərbaycan mədəniyyət mərkəzinin həmçinin sədri olan Asılı xanım “Almatı əyalətinin fəxri vətəndaşı” adı ilə təltif olunub. Almatı, Pavlodar, Taldıkorqan, Taraz və Çimkent şəhərlərində Azərbaycan dili, adət-ənənələri, musiqi və rəqslərinin öyrənilməsi üzrə kurslar fəaliyyət göstərir. 1992-ci ildən etibarən qazax radiosunda gündəlik “Azəri” verilişi yayımlanır” (dem.az)

 

 “Azərbaycanlılar qazax xalqı ilə əl-ələ verib ölkəni inkişaf etdirdilər”

 

Qazaxıstandakı Azərbaycan diasporunun rolu və fəaliyyəti ilə bağlı Qazaxıstan prezidenti Nursultan Nazarbayev də fikir bildirib. Bildiyimiz kimi, oktyabrın 21-də Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclası keçirildi. İclas ərəfəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adından Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib. N.Nazarbayev rəsmi nahardakı nitqdə Azərbaycan ilə Qazaxıstan arasında mehriban qonşuluq əlaqələrinə toxunaraq deyib ki, tarixi köklərə malik olan ölkələrimizi nadir təbii sərvətli Xəzər dənizi birləşdirir. O, Stalin repressiyası illərində Azərbaycan əhalisinin bir hissəsinin də Qazaxıstana köçürülməyə məruz qaldığını xatırladıb: “1937-ci ilin may ayının təkcə bir günü ərzində Qazaxıstanın Taldı-Kurqan vilayətinə konvoy altında 600 azərbaycanlı ailə gətirildi. Xalqımız bu qanunsuzluğun bütün günahsız qurbanlarının dərdinə şərik oldu, onlarla ev-eşiyini, bir parça çörəyini bölüşdü. Azərbaycanlılar qazax xalqı ilə əl-ələ verib Qazaxıstanda yeni müəssisələr tikdilər, ölkəni inkişaf etdirdilər. Onların bir çoxu burada qalıb yaşadı və artıq dediyim kimi, bizdə 130 minlik Azərbaycan diasporu var. Onlar Qazaxıstan vətəndaşlarıdır, ölkəmizin rəngarəng palitrasının ən parlaq hissələrindən biridir”.

 “Biz türk dünyasına mənsubuq” deyən N.Nazarbayev  “Bizim Azərbaycan millətindən olan vətəndaşlarımız Qazaxıstan iqtisadiyyatının inkişafında, onun mədəni, siyasi həyatında iştirak edirlər” fikrini xüsusi vurğulayıb (president. az).

“Qazaxıstanda çoxlu sayda azərbaycanlı yaşayır. Onlar respublikadakı həyat səviyyəsindən razıdırlar, ölkənin səadəti uğrunda çalışaraq sülh və əminamanlıq şəraitində yaşıyırlar” - deyə Azərbaycan prezidenti İlham Əliyev “Kazİnform”a müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, Qazaxıstan Nursultan Nazarbayevin siyasəti və çoxmillətli xalqın tolerantlığı sayəsində həmvətənlərimizin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük nailiyyətlər nümayiş etdirir. “Qeyd etmək istərdim ki, heç də hər ölkə bununla fəxr edə bilməz, buna görə də siz fəxr etməlisiniz ki, ölkənizdə bütün millətlər bir ailə kimi yaşayır” - deyə Əliyev bildirib.

Prezident qeyd edib ki, güclü diaspor təşkilatları ölkənin milli maraqlarını müdafiə etməyə kömək edir. “Hazırda biz bütün Azərbaycan diaspor təşkilatlarının strukturizasiyasını başa çatdırmışıq, iki dəfə dünya azərbaycanlılarının qurultayını keçirmişik. Dünyada 50 mln.-dan çox azərbaycanlı yaşayır və əlbəttə ki, güclü Azərbaycan dövləti bütün həmvətənlərimiz üçün dayaq olmalıdır” - deyə dövlət başçısı bildirib.

Qazaxıstanda insanların milli, dini, irqi zəmində heç bir problemi yoxdur. Bu ölkədə bacarığı sayəsində yüksək pillədə qərar tutmuş çoxlu azərbaycanlılar, beş nəfər vilayət, üç nəfər şəhər deputatımız var. Çu şəhərinin meri azərbaycanlı Nizami Məmmədovdur. Ümumiyyətlə, dövlət strukturlarının hamısında azərbaycanlılar təmsil olunurlar. Vəkillər, alimlər arasında da xeyli soydaşlarımız var. Dövlət Dumasında hüquq müfəttişliyinin rəhbəri azərbaycanlıdır-professor Mirbəşir Əliyev. Daxili İşlər Nazirliyi sistemində, hərbi sahədə, vergi orqanlarında yüksək rütbə daşıyan çoxlu həmvətənlərimiz fəaliyyət göstərirlər.

 

 Qazaxıstanın iki orta məktəbində Azərbaycan şöbəsi açılıb

 

 Bununla yanaşı, həmvətənlərimiz Qazaxıstan qanunlarına uyğun olaraq özlərinin bir neçə milli-mədəniyyət təşkilatlarını yaradıblar. 1990-cı illərdən Aktuba  vilayətindəBirlik”, Karaqanda vilayətindəKamus”, Kostonay vilayətlərindəHeydər”, Povladar vilayətində, “Vətən”, “Azəri  s. şəhərlərdə Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyətə başlayaraq öz işlərini hazırda davam etdirirlər. Bununla yanaşı, 2003-cü ildə AstanadaDünya azərbaycanlılarının Mədəniyyət Mərkəziictimai təşkilatının nümayəndəliyi açılıb ki, bu da Qazaxıstandakı bütün Azərbaycan milli-mədəniyyət mərkəzlərini özündə birləşdirir. Son dövrlər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazaxıstanın Taldıkurqan şəhərindəNaxçıvantəsis edilib. Həmçinin 25 sentyabr 2006-cı il tarixində Qazaxıstanın Cambul vilayətinin Çu rayonunda 5 mindən artıq soydaşımızın yaşadığı Yeni yol- ”Novıy put”  kəndindəNəsimiAzərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəzin sədri Qazaxıstanda tanınmış həmvətənlimiz Tarıverdi Mirzəyev seçilib.

Qazaxıstan azərbaycanlılarının iqtisadi siyasi cəhətdən ən böyük təşkilatıTuranMədəniyyət Mərkəzidir ki, 1997-ci ildən fəaliyyətə başlayıb. 1993-cü ilin may ayında Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçənTuranöz fəaliyyətini əsasən soydaşlarımızın milli-mədəni dəyərlərinin qorunub saxlanılmasına, Azərbaycan Respublikasının ictimai-siyasi mədəni həyatı ilə əlaqələrin möhkəmlənməsinə yönəldib. Xüsusən Azərbaycanın erməni təcavüzünə qarşı apardığı ağır müharibə şəraitində Mərkəzin yaxından iştirakı rəhbərliyi ilə Qazaxıstanda yaşayan soydaşlarımız respublikaya maddi kömək göstərirlər. Almatı, Çu Cambul şəhərlərindən Qarabağa xeyli maddi yardım göndərilib.

TuranMədəniyyət Mərkəzi öz əsas vəzifələrindən birini soydaşlarımızın öz ana dilini unutmamasına kömək etməkdə görür. Bu məqsədlə iki orta məktəbdə Azərbaycan şöbəsi açılıb. Qazaxıstan Pedaqoji İnstitutunda Qazax-Azərbaycan şöbəsi yaradılıb. Mərkəz öz əsas vəzifələrindən birini xarici ölkələrdə yaranan azərbaycanlılarla əlaqə yaratmaqda görür.

Mərkəzin rəhbərliyilə AlmatıdaOzanMədəniyyət Cəmiyyəti təsis olunub bunun ardınca digər vilayətlərdə proses davam edib. Türk xalqlarının birliyi, mədəni tədbirlər, Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etməsi s. istiqamətlərdə fəal aparanTuranMədəniyyət Mərkəzinin analoqu olan Qazaxıstan, Qırğızıstan Özbəkistandakı Azərbaycan ictimai mədəni cəmiyyətlərinin konqresiTuran”-nın missiyası daha geniş fəaliyyəti  böyükdür. Konqresin orqanı olanVətənqəzeti qeydiyyatdan keçib. Qəzet Azərbaycan, qazax rus dillərində çap olunur.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2011.-3-4 noyabr.-S.10.