Kukla balalar üçün Kukla Festivalı

 

Avropalılar üçün Bakı müasir zamanın qədim nağıllar diyarıdır

 

 Noyabr ayının 1-də Bakıda  Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı ilə birgə Beynəlxalq Kukla Teatrları Festivalı start götürdü. “Azərbaycan Teatrı  2009-2019-cu illərdəDövlət Proqramına uyğun olaraq Bakıda gerçəkləşən festival  müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunur.  Festival çərçivəsində 16 ölkədən 20-dən çox kukla teatrı (A.Şaiq  adına Azərbaycan Dövlət Kukla Teatrı,  Qax Dövlət Kukla Teatrı, “BəbəkTeleviziya Teatrı, Böyük BritaniyadanKağız kino”,  RumıniyadanQonq”, İspaniyadanPley Ground”, TürkiyədənPəmbə qurbağa”, İordaniyadan “Arab Rey”, AvstriyadanFiqur”, GürcüstandanBudruqana “Multi-pulti dünyası”, MisirdənVel ya Vel”, BaşqırdıstandanQursaq”, İrandanSaina”, LitvadanLele”, TatarıstandanEkiyat”, Estoniyadan Rauf Avşar Teatrı, Özbəkistandan Xorəzm Vilayət Kukla Teatrı, Ukraynadan Poltava Akademik Vilayət Kukla  Teatrı,  Çuvaşiyadan Çeboksarı Dövlət Kukla Teatrı, Həştərxandan Dövlət Kukla Teatrı, Qazaxıstandan  Petropavlovsk Dövlət Kukla Teatrı) Bakının üç məkanında müxtəlif kukla tamaşaları ilə çıxış edir.  

 Qeyd edək ki, festival çərçivəsində göstərilən tamaşalara biletlər oktyabrın 15-dən satışa çıxarılıb. Xarici dildə olan tamaşaların nümayişindən öncə onlar haqqında qısa arayış verilir.  Onu da bildirək ki, nümayiş olunan tamaşaların böyük əksəriyyəti pantomim tamaşalardır.

Artıq dünəndən başlayaraq festivalın sonuna kimi Azərbaycan Dövlət Kukla Teatrında Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin  iştirakı ilə ustad dərsləri keçirilir.

Festivalın təntənəli açılış mərasimi Kukla Teatrının önündə açıq havada baş tutdu. Nəhəng nağıl qəhrəmanlarının fiqurları teatrı əhatəyə almışdı. Mərasimdə balaca uşaqların ifasında mahnılar oxundu, tamaşalardan parçalar nümayiş olundu.  Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Azərbaycanda ilk dəfə gerçəkləşən festivalın mühüm əhəmiyyətə malik olduğunu bildirdi. Azərbaycanın qədim kukla teatr ənənələrinə sahib olduğunu vurğulayan nazir festivalın bu sahədə yeniliklərə yol açacağı qənaətindədir.

Daha sonra festivalın ilk tamaşası (Kamran Şahmərdanın quruluşunda qaratamaşası) təqdim olundu. Ötən gün isə  Dövlət Gənc Tamaşaçılar TeatrındaŞərq Qərbin kukla dünyası: ideya, təşəkkül, texnikaadlı elmi-simpozium keçirildi. Simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın baş katibi Jak  Trüda (Paris), UNİMA-nın vitse prezidenti Stanislav Dubrava (Çexiya), ASSİTEJ-in Prezidenti İvetta Hardi (Cənubi Afrika), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais (Kanada), BTİ-nin Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim Asiri  (Səudiyyə Ərəbistanı), Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Seyf-əl  Alham (BƏƏ), İliya Universitetinin rektoru Levan Xetaquri (Gürcüstan) iştirak edirdilər. Fürsətdən istifadə edib ölkəmizdə olan UNİMA-nın baş katibi Jak Trüda ilə  həmsöhbət olduq.

  

 Azərbaycanda hər növ kukla teatr növlərini inkişaf etdirmək üçün kifayət qədər potensial var

 

-Azərbaycana xoş gəlmisiniz. İlkin təəssüratlarınızı bilmək çox maraqlı olardı.

- İlk dəfədir ki, Azərbaycana gəlirəm. Çox xoşuma gəldi. Bakı şəhərini çox sevdim. Sizin İçərişəhərinizdə oldum, çox ecazkardır. Olduqca geniş mədəniyyətə sahibsiniz. Ən mühümi isə buranın insanlarının qonaqpərvər, isticanlı olmasıdır.

-Rəhbəri olduğunuz UNİMA- neçənci ildə hansı məqsədlə yaradıldı?

- Bizim assosiasiya 1922 - cu ildə Praqada yaradılıb. Məqsədimiz dünyada fəaliyyət göstərən kukla teatrlarına dəstək olmaqdır. Hazırda assosiasiyaya  75 üzv dövlət  var. Azərbaycan da bizə yeni qoşulub. İnanıram ki, gələcəkdə daha böyük uğurlara imza atacağıq.

-Sizcə, Kukla Teatrları Festivalının əhəmiyyəti nədən ibarətdir?

-  Dünyada 250 -dən artıq Kukla Teatrları Festivalı keçirilib. Məsələn, İndoneziya ilə Braziliyanı müqayisə etmək olmaz, çünki hər birinin öz adət-ənənəsi var. Ümumiyyətlə, kukla teatrları festivalı hər bir ölkənin kukla teatrına böyük təsir edir, ən azından onu müasirliyə aparır bu da onların fəaliyyətində çox sürətli inkişaf müşahidə olunur. Hazırda bütün sahələrdə müasir texnologiyalar  inkişaf edir. Bunu kukla teatrı sahəsində görmək olar. Texnologiyada olan inkişaf kukla teatrına da çox müsbət təsir edir. Eyni zamanda videolardan digər  müasir texnologiyalardan da istifadə olunur. Sonuncu dəfə özüm Braziliyada keçirilən beynəlxalq  festivala başçılıq etmişəm. Ümumiyyətlə, bu festivalların  əsasını müxtəlif növ incəsənət sahələrinin sərhədlərini kəşf etmək təşkil edir. Mühüm olan bax budur.  Baxmayaraq ki, bu Azərbaycanın Kukla Teatrı sahəsində keçirdiyi ilk festivaldır, amma Mədəniyyət Turizm Nazirliyi bunu çox yüksək səviyyədə təşkil edib. Bu festivalı da digər festivallardan elə bu fərqləndirir. Birinci dəfə üçün belə təşkilatçılıq olduqca gözəldir. Sizə onu da deyim ki, Fransanın Şarl- Midye şəhərində dünyanın ən böyük kukla festivalı keçiriləcək. Azərbaycan da həmin festivalda iştirak edəcək.

- Siz daha çox mimik yoxsa sözlü kukla tamaşalarına  üstünlük verirsiniz? Sizcə, müasir dövrdə hansı tamaşa forması daha praktikdir?

- 20 ildir bu sahədə çalışan insan kimi deyə bilərim ki, nəhəng kuklalarla oyun qurmağı, onları  səhnələşdirməyi çox sevirəm. Çünki bu zaman iştirakçı böyük kuklaların içində özü   oynayır. Mən qeyd etdiyim kukla teatrı növü əslində sözlə ifa olunur. Yəni biz həmin tamaşalarda sountreklerlə, müxtəlif musiqi parşalarına müraciət edirik. Onu da bildirim ki, bu tamaşalar eyni zamanda görüntülüdür .

-Sizcə, Azərbaycan Kukla Teatrının dünyada özəlliyi, spesifik  xüsusiyyəti nədən ibarədir?

- Açığını deyim ki, bu vaxta qədər sizin tamaşaları görməmişdim. Açılış mərasimində izlədiyim tamaşa izlədiyim  ilk Azərbaycan tamaşası idi. Festival boyu daha çox tamaşalara baxmaq imkanım olacaq. Baxdıqdan sonra daha dəqiq fikir söyləyə bilərəm. Ümumiyyətlə  isə kukla teatrının müxtəlif növləri var. Azərbaycanda hər növ kukla teatr növlərini inkişaf etdirmək üçün kifayət qədər potensial var.

 

 Azərbaycan Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasına üzv olacaq

 

 UNİMA-nın vitse prezidenti Stanislav Dubrava isə bizimlə söhbətində bildirdi ki, UNİMA-nın ilk dəfə Çexiyada yaradılması onun üçün xüsusi əhəmiyyət kəsb edir. “Mən bununla fəxr edirəm. Məncə, belə festivalların keçirilməsi çox vacibdir. Çünki bunun vasitəsilə dünya dövlətlərinin mədəniyyətləri bir- birindən məlumatlı olur, yeni, maraqlı  sintezlər yaranır. Azərbaycan gəlincə, ilk dəfədir ki, bu torpaqlardayam. Mərkəzi Avropa ölkələrini təmsil edən bir adam kimi deyə bilərəm ki, biz həmişə dünyanın bu hissəsini qədim klassikanın mənbəyi hesab edirik. Mərkəzi Avropalılar üçün Bakı müasir zamanın qədim nağıllar diyarıdır”.  

Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais isə artıq ikinci dəfədir ki, Azərbaycandadır. “Yenə Azərbaycana gəlməyimdən çox məmnunam. Tənqidçilər Assosiasiyası olaraq azərbaycanlı teatr tənqidçiləri ilə yaxından tanış olmaq üçün burda dəyirmi masa keçirəcəyik. Azərbaycan da bizim assosiasiyaya üzv olacaq”.

 

 

Nərmin MURADOVA

 

Paritet.-2011.-3-4 noyabr.-S.16.