Azərbaycanlı miqrantlar Rusiyada sayca üçüncüdür

 

Rusiyadakı azərbaycanlılar öz nüfuzlarını nəzərəçarpacaq dərəcədə yaxşılaşdırırlar

 

 Qürbətdə yaşayan soydaşlarımızın siyahısını aparsaq, burada ilk yeri heç şübhəsiz Rusiya tutacaq. Buna təsir edən əsas amillərdən biri Rusiyanın qonşuluqda yerləşməsi, iki xalqın yüzilliklər boyunca eyni imperiyada təmsil olunmalarıdır. Artıq Azərbaycan və Rusiya müstəqil dövlət kimi yollarına davam etsələr də, yaxınlıq əlaqələri aktuallığını saxlayır.  Rusiyaya gedən soydaşlarımızın çoxluğu onların statistikasını aparmaqda hər zaman problemlər yaradıb. Çünki bu ölkədə yaşayan azərbaycanlıların xeyli hissəsi hələ də qeydiyyata düşmədən yaşamaqda davam edirlər. Təbii olaraq bu hal Bakıda daim narahatlıqla qarşılanır. Çünki onların hüquqları pozulanda, problemləri yarananda, faktiki olaraq kömək etmək mümkünsüz olur.

 Rusiyanın da eyni narahatlığı yaşadığını desək yəqin ki, yanılmarıq. Hər bir ölkə ərazisində konkret nə qədər əcnəbinin yaşadığını, onların nə işlə məşğul olduğunu, dövlətə vaxtlı-vaxtında vergiləri ödəyib-ödəmədiyini bilmək hüququna malikdir. Amma qeydiyyatı olmayan insanların fəaliyyətini araşdırmaq çox çətindir. Bu baxımdan Rusiya mətbuatı son illər bu mövzuya xüsusi həssaslıqla yanaşır. Ölkənin hər bir regionunda konkret olaraq nə qədər immiqrantın yaşamasını öyrənmək üçün araşıdırmalar aparırlar. Məlum olub ki, Tatarıstanda 100 min gəlmə yaşayır ki, onların təxminən 42  mini artıq Rusiya vətəndaşılığını alıb. “Nezavisimaya qazeta”nın verdiyi xəbərə görə, bunların təxminən 30 faizi azərbaycanlıların payına düşür.

Sibirdə yaşayan əcnəbilərin 9.9 faizini də soydaşlarımız təşkil edir. Sverdlovsk vilayətinə bu il  ərzində gəlmiş 210 min miqrantlar sırasında azərbaycanlılar 6-cı yeri tutur. Rostov vilayətində 2010-cu ildə Rusiya vətəndaşlığı almış 30 min miqrantın sırasında da azərbaycanlılar xüsusi çəkiyə malikdir. Statistikanın maraqlı məqamlarından biri odur ki, digər gəlmələrlə  müqayisədə, azərbaycanlılar son illərdə öz vətənlərinə qayıtmağa çalışırlar. Təbii ki, buna rəvac verən əsas amillərdən biri Azərbaycanın sürətlə inkişaf etməsi, işçi qüvvəsinə tələbatın yaranması ilə bağlıdır.

Rusiyada yaşmaqda davam edən soydaşlarımız isə getdikcə qeydiyyata düşüb, Rusiya vətəndaşlığını almağa çalışırlar. Bu, ilk növbədə yaşadıqları ölkənin qanunlarına hörmətdən, cəmiyyətə daha tez inteqrə olunmaqdan irəli gəlir. Bu amil Bakının da işini asanlaşdırır. Əvvəla, bundan sonra Rusiyada nə qədər azərbaycanlının yaşadığını müəyyən etmək asanlaşacaq, onların neçə faizinin Rusiya vətəndaşı olduğu və ya orada müvəqqəti olaraq işlədiyi müəyyən ediləcək. İkincisi, bundan sonra orada yaşayan həmvətənlərimizin təşkilatlanması daha effektiv şəkildə aparılacaq. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sank-Peterburq Azərbaycanlıları Cəmiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə bu məsələyə xüsusi diqqət ayırıb. O, Rusiyanın Azərbaycan üçün xüsusi ölkə olduğunu bildirib:  ”Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir. Bu münasibətlər bütün sahələri əhatə edir. Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin bu il 3 milyard dollara qədər artması gözlənilir. Bütün bunlar həmvətənlərimizin bu ölkəyə gəlməsi təbiidir. Səfirliyin araşdırmaları nəticəsində ildə 500-700 min arası Azərbaycan vətəndaşının Rusiyaya gəlib-getdiyi məlum olub”(APA).

Bununla belə Polad Bülbüloğlu bəzi problemlərin hələ də qaldığını etiraf edib. Onun fikrincə, Rusiyada yaşayan azərbaycanlıların eyni məqsəd ətrafında birləşməsi böyük əhəmiyyət kəsb edir: ”Bu gün Sankt-Peterburqda diasporumuzla bağlı maraqlı proseslər baş verir. Sank-Peterburq Azərbaycanlıları Cəmiyyətinin yaranması mühüm hadisədir. Ona görə də qərara gəldim ki, sizinlə görüşüm. Hazırda bəzi problemlər var. Bütün problemləri birdən-birə həll etmək olmur. Problemlər tədricən həllini tapacaq. Biz yeni bir cəmiyyətin yaranmasının əleyhinə deyilik. Dünya Azərbaycanlılarının III qurultayında prezident İlham Əliyev bir çox ölkələrdə diaspor qurumları arasında razılığın olmamasını xüsusi vurğuladı. Bu gün dünyada bütün diaspor qurumları arasında problem var. Lakin söhbət milli maraqlardan gedəndə həmin problem aradan qalxır, onlar birləşirlər. Bizdə isə təəssüf ki, belə deyil. Bizi narahat edən də elə bu məsələdir. Bizim diaspor vahid ideya ətrafında birləşə bilmir”.

Azərbaycanlı diplomat Rusiyada parlament və prezident seçkilərinin yaxınlaşdığını vurğulayıb. O, bu prosesdə Rusiya vətəndaşları olan azərbaycanlıların böyük rol oynaya biləcəyini söyləyib: “Rusiyada deputatlığa namizədlər azərbaycanlıların səslərini önəmli sayır. Lakin təəssüf ki, Rusiya Dövlət Dumasında azərbaycanlı deputat yoxdur. Rusiya azərbaycanlılarının Dövlət Dumasında təmsil olunması diasporumuzun fəaliyyətindən asılı olan bir məsələdir. Əgər diaspor strukturlaşsa, onlar bir-birilərinə kömək etsələr, bu problem olmaz. Diaspor deputatlarla münasibət qurmalıdır. Bu, diasporun işidir “.

Səfir bu ilin sonuna kimi Ümumrusiya Azərbaycanlıları Konqresinin qurultayının keçiriləcəyini struktur dəyişikliyinin olacağını bəyan edib: “Bu qurumun fəaliyyətini gücləndirmək lazımdır. Diaspor probleminin inzibati həlli yolu yoxdur. Heç kəsə demək olmaz ki, gedib dost olsunlar. Səfirlik diasporun fəaliyyətinə müdaxilə edə bilməz. Çünki diaspor  üzvləri bizim ölkənin vətəndaşları deyillər. Biz səfirlik olaraq bu prosesləri yaxından izləyirik mövcud problemlərin həllinə kömək edə bilərik”. Görüşdə Sankt-Peterburqdakı diaspor  təşkilatının rəhbəri, Smolnı Universitetinin rektoru, professor Heydər İmanov çıxış edib. H. İmanov Sankt-Peterburqdakı Azərbaycan diasporuna verdiyi dəstəyə görə səfirə təşəkkürünü bildirib: “Biz konsulluğumuz səfirliyimiz ətrafında sıx birləşmişik”.

Göründüyü kimi Bakı Rusiya vətəndaşları olan azərbaycanlıların fəaliyyətinə müdaxilə etmək niyyətində deyil.  Tam sərbəst olan həmvətənlərimizin yalnız hansısa problemləri yaranacağı təqdirdə, Azərbaycan dövləti bunun həllinə çalışır. Bu isə orada yaşayan azərbaycanlıların daha yaxşı fəaliyyət göstərməsinə, Azərbaycan diasporunun güclənib, söz sahibinə çevrilməsinə təkan verir.

  Yaxınlarda ölkəmizdə səfərdə olan  Rusiya Federasiyası Əmək Məşğulluq Xidmətinin rəis müavini İvan Şklovets bunu etiraf edib. Onun sözlərinə görə, Rusiyada yaşayan əcnəbilərin statistikasında azərbaycanlılar sayca üçüncü yerdə dayanır. Bu fakt onların cəmiyyətə daha tez inteqrasiya olunduğunu təsdiqləyir. 1-ci 2-ci yerləri isə Ukrayna ilə Özbəkistan bölüşür. İ. Şklovets Rusiyadakı azərbaycanlı miqrantların sayı ilə bağlı dəqiq məlumata malik olmadığını deyib(Azadinform”).

Rusiyada yaşayan azərbaycanlılar son illər ərzində öz nüfuzlarını nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmağa müvəffəq olublar. Bu barədə İrkutsk Dövlət Universiteti dünya tarixi beynəlxalq əlaqələr kafedrasının professoru, “Daxili Asiyatədqiqat mərkəzinin direktoru, “Diaspormüstəqil elmi jurnalının baş redaktor müavini Viktor  Dyatlov bəyan edib. Onun firkincə, ölkəsində yaşayan azərbaycanlılar öz nüfuzlarının yaxşılaşdırılması yolları mexanizmlərini yaradıblar onların fəaliyyətində nəzərəçarpan effekti nümayiş etdirirlər: ”1990-cı illərdə məhz azərbaycanlılar sosioloji xidmətlərin yekdil qiymətləndirmələrinə görə, qəbul edən cəmiyyət tərəfindən düşmən münasibət indeksində birinci yerləri tutaraq ksenofob əhval-ruhiyyələrin əsas obyekti idilər. İndi isə azərbaycanlılar bu siyahının ilk onluğunun sonundadır. Onlar ətrafında əvvəlki gərginlik önəmli dərəcədə aradan qaldırılır” (“İnterfaks”).

V. Dyatlovun fikrincə, bunun əsas səbəbiqəbul edən cəmiyyətə akkulturasiya inteqrasiya prosesinin intensiv olmasıdır”. Aydın olur ki, etnik faktorun özü deyil, fərqli davranış, obraz həyat tərzi qıcıqlandırır. İnteqrasiya nəticəsində əvvəlki miqrantlar qəbul edən cəmiyyət tərəfindən kollektiv deyil, fərdi keyfiyyətlərə görə qiymətləndirilməyə başlayır ki, bu da kollektiv məsuliyyət mexanizminin təhlükəli təsirini azaldır”.

Rusiyalı alimin gümanına görə, Azərbaycan Avropa İttifaqı arasında sadələşdirilmiş viza rejiminin tətbiqindən sonra azərbaycanlıların müəyyən hissəsi Avropa İttifaqı ölkələrində işləməyi üstün tutacaq, nəinki, Rusiyada: ”Amma mən miqrasiya axınlarının yenidən paylaşdırılmasının miqdar keyfiyyət parametrləri haqqında daha müəyyən edilmiş proqnozlar verməyə risk etməzdim. Rusiyada böyük cəlbedici amillər var: dil probleminin daha az çətin olması, ümumiyyətlə, mədəni qarşılıqlı təsir problemləri, trafikin miqrantların uyğunlaşmasının effektiv mexanizmi olan böyük Azərbaycan diasporu”.

Rusiyalı siyasətçilər, ekspertlər Azərbaycan əsilli vətənadşalrının çox böyük əhəmiyyət kəsb etdiyini gizlətmirlər. Vahid Rusiya” (“Yedinaya Rossiya”) Partiyasının Sankt-Peterburq üzrə regional siyasi şurasının katibi, partiyanın seçki qərargahının sədri Aleksandr Xudilaynen Azərbaycan diasporunun Leninqrad vilayətində diasporların böyüklüyünə görə 9-cu yeri tutduğunu bildirib. Onun sözlərinə görə, dekabrın 4-də Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə Sankt-Peterburq üzrə 10 faiz səsin taleyi azərbaycanlılardan asılıdır: ”Leninqrad vilayətində 150-dən çox millətin nümayəndələri yaşayır. Azərbaycan diasporunu digər diasporlarla müqayisə etsək,  vilayətin iqtisadi, siyasi mədəni həyatına bu qədər təsir edən ikinci diasporun olmadığını görərik. Biz bu gün bir ailə kimi yaşayırıq. Buna görə onlara təşəkkürümüzü bildiririk

Təbii ki, rəsmi Bakı da Rusiyadakı diasporumuzun güclənməsi, yeni imkanlar əldə etməsi üçün əlindən gələni edir. Bu yaxınlarda M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında   Azərbaycan Mədəniyyət Mərkəzi  açılışını buna nümunə göstərmək olar. Bu mərkəz  Heydər Əliyev Fondunun Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə MDB ölkələrində yaradılmış ilk mədəniyyət mərkəzidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində   bildirib ki, bu mərkəz yaşından, milliyyətindən asılı olmayaraq bizim ölkəmizin zəngin mədəniyyəti qədim tarixi ilə daha yaxından tanış olmaq istəyənlərin hamısı üçün maraqlı olacaq.O həmçinin bildirib ki,   bu mərkəzdə Azərbaycan haqqında kitablar, filmlər, disklər, hər cür informasiya toplamışıq, burada Azərbaycanın böyük yazıçı, şair, rəssam bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq, ölkəmizin təbiətinin gözəlliklərini, Bakı şəhərinin nadir memarlığını görmək mümkündür:”Biz burada yaradıcılıq axşamları, sərgilər, seminarlar maraqlı məşhur azərbaycanlılarla görüşlər keçirməyi planlaşdırırıq. Əlbəttə, burada Azərbaycan dili, tarixi ədəbiyyatı dərsləri keçəcəyik. Bu dərsləri Azərbaycan dilinin daşıyıcıları olan, Bakıdan dəvət edilmiş müəllimlər keçəcəklər

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını rəmzi və əlamətdar hadisə adlandırıb, çünki bu günlərdə Azərbaycan öz müstəqilliyinin 20-ci ildönümünü qeyd edir: “Bu mərkəzin sayəsində təkcə Rusiyanın və Azərbaycanın sahəvi mütəxəssisləri arasında deyil, iki ölkənin mədəni ictimaiyyəti arasında əlaqələr inkişaf edəcək”.

Təbii ki, Rusiyada yaşayan soydaşlarımızın olduqca ciddi problemləri də var. Belə ki, təkcə cari il ərzində Rusiyada radikal millətçilərin gəlmələrə qarşı hücumları zamanı ümumilikdə 5 azərbaycanlı zərər görüb. Onlardan biri qətlə yetirilib, digər dördü isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İnsan Hüquqları üzrə Moskva Bürosunun açıqlamasında deyilir ki, ümumilikdə Rusiyada bu il ksenofob zəmində 74 hadisə qeydə alınıb və onların 23-ü ölümlə nəticələnib. Milli zəmində ən çox hücumlar Moskva və Sankt-Peterburqda qeydə alınıb. Bu, ayrıca bir araşdırmanın mövzusu olduğundan problemə növbəti saylarımızda toxunacağıq.

 

 

Məhəmməd TAĞIYEV

 

Paritet.-2011.-15-16 noyabr.-S.10-11.