Diasporumuzun keçdiyi yola baxış

 

Keçən əsrin son onilliyində baş verən hadisələr diasporun fəaliyyətinə də güclü təsir edib

 

 Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasından 20 il keçir. Bu illər ərzində dövlətimiz kifayət qədər problemlər, təhlükələr, təhdidlərlə qarşı-qarşıya dayandı. Amma bütün bunlar müstəqillik kimi qiymətli nemətin yanında heç bir şey idi. Keçən illər ərzində baş verən hadisələr diasporumuzun fəaliyyətində də özünü göstərirdi. Bu gün Azərbaycan xalqı fəxrlə deyə bilər ki, diasporumuz özünü nəinki müdafiə etməklə kifayətlənir, əksinə düşmənlərimizi getdikcə daha çox müdafiə olunmağa məcbur edirlər. Amma bütün bunlara heç də birdən-birə nail olunmayıb. Müstəqilliyimizin ilk illərində dövlətin çətinliklə müdafiə olunduğu kimi, diasporumuz da əliçılpaq vəziyyətdə idi. O zaman hər kəsi bir şey düşündürürdü- erməni yalanlarının ifşa olunması üçün nə etməliyik? Təbii ki, yeni-yeni formalaşan Azərbaycan diasporu yaşı yüzilliklərlə hesablanan erməni diasporu qarşısında bunu rahatlıqla edə bilməzdi. Birincisi heç bir resurs yox idi. Hər kəs bir-birinin ardınca işğal olunmuş rayonlarımızın taleyi barədə düşündü. Belə bir halda Azərbaycan diasporu, diplomatiyası hücum strategiyasından danışa bilməzdilər. Amma ozamankı cəhdlər bügünkü hücum strategiyası üçün əminlik yarada bildi. Güclü Azərbaycan diasporu məhz keçən əsrin 90-cı illərində formalaşan təşkilatların, dərnəklərin əsasında formalaşdı.

Bu baxımdan 1994-cü ildə Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda nəşr olunan, “Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri cəmiyyətləri” kitabı çox əhəmiyyətlidir. Vaqif Arzumanlı Adil Hüseynovun zəhməti ilə ərsəyə gələn kitab kifayət qədər maraqlıdır. Əvvəla,  burada o zaman diasporumuzun çatışmayan cəhətləri çılpaqlığı ilə qeyd olunur. Eyni zamanda çətinliklərə baxmayaraq, qazanılan uğurların kifayət qədər olması göstərilir.

Burada dünyanın qabaqcıl ölkələrində yaşayan azərbaycanlıların təşkil etdikləri cəmiyyətlər, dərnək mədəniyyət mərkəzləri haqqında ilkin məlumat verilir. Azəri diasporunun əməli fəaliyyəti, gələcəkdə görəcəkləri işlər kitabın başlıca qayəsidirŞimali Azərbaycanda baş verən demokratik proseslər, kövrək müstəqillik addımları vətəndən uzaqda yaşayan soydaşlarımızın milli qürur hisslərini artırır. İndi onlar Azərbaycanı keçmiş Sovet İmperiyasının özəlləşmiş bir parçası kimi yox, dünya siyasətində hələlik öz ilıq nəfəsi ilə seçilən bir dövlət kimi görürlər. Xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin əsas təminatı Azərbaycanın müstəqil xarici siyasətindən çox asılıdır”.

Həmin ərəfədə dövlətimizin qədər ağır durumda olduğunu, diasporumuzun çox çətinliklə formalaşdığını anlamaq üçün bu fikirləri oxumaq kifayətdir. Qeyd olunur ki, təzə müstəqillik qazanmış Azərbaycan bütün ölkələrlə dinc yanaşı yaşamaq, mübahisəli məsələlərdə zorakılığa yol verməmək, bir-birinin daxili işlərinə qarışmamaq, hərtərəfli əməkdaşlıq qarşılıqlı yardım əsasında münasibətlər qurmaq prinsipinə əməl etməlidir ki, bu, xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətinə töhfə verə bilsin:”Son vaxtlar dövlətimizin bir çox ölkələrlə iqtisadi siyasi əməkdaşlıq, birbaşa diplomatik əlaqələr yaratması beynəlxalq təşkilatlarda təmsil olunması diasporumuzla əlaqələrin genişlənməsinə xeyli kömək edib. Müasir dünyamızın mürəkkəb ziddiyyətli bir dövründə müstəqillik yolunda ilk addımlar atan ölkəmiz onun hüdudlarından kənarda yaşayan soydaşlarımızın qayğı problemləri ilə yaxından maraqlanmağı, onların hüquq azadlıqlarını qorumaq üçün fəaliyyət göstərməyi özünə borc sayır”.

Maraqlı məqamlardan biri budur ki, həmin ərəfədə diasporumuza hər hansı maliyyə dəstəyi göstərmək mümkün olmayıb. Əksinə, yeni-yeni formalaşan dövlətimiz xaricdə yaşayan soydaşlarımızın dəstəyinə daha çox ümid edirdi. Bu gün hansısa ölkədə yaşayan təşkilat, qurumumuz rahatlıqla Bakıya müraciət edib kömək istəyə bilirsə, o zaman bu, mümkün deyildiİndiki mərhələdə Azərbaycanın erməni təcavüzünə qarşı apardığı mübarizədə diasporumuzun yardımına, maddi mənəvi köməyinə ciddi ehtiyac var. Bütün bunlar doğma vətənimizin müharibə od-alovundan qurtarmasına, müstəqilliyinin möhkəmlənməsinə yönəlməsi ilə yanaşı, soydaşlarımızın öz milli varlıqlarından, tarixlərindən mədəniyyətlərindən uzaq düşməməsinə xidmət edəcək. Qürbətdə yaşayan bütün azərbaycanlılar Azərbaycanı vətəni hesab etməlidir bütün mümkün vasitələrlə dövlətə köməklərini əsirgəməməlidirlər. İndi elə bir dövrdür ki, onların Azərbaycana yaxından qayğı göstərmələrinə, doğma vətənlərinin dərd-sərinə yanmalarına böyük mənəvi tələbat var. Xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi, milli dövlətçiliyimiz baxımından vacib son dərəcə mühüm olan bir sahədir”.

Kitabda həmin ərəfədə xaricdəki azərbaycanlı cəmiyyətlərinin, mədəni mərkəzlərinin, assosiasiyalarının sayının artması, fəaliyyət dairəsinin nisbətən genişlənməsi hallarına da yer verilib. Etriaf edilir ki, sözügedən icmaların heç hamısı arzu olunan səviyyədə fəaliyyət göstərmək imkanına malik deyil. Çünki onlar arasında vahid əlaqə yaratmaq mümkün olmayıb hər bir icma, təşkilat ictimai, siyasi iqtisadi zəmində fəaliyyət göstərir. Bu baxımdan onların hər biri ilə yaratdıqları cəmiyyətərlə hərtərəfli, sıx əlaqələrin qurulması vacibdir bu zaman milli-mənəvi dəyərlərin qorunub saxlanılması, təbii coğrafi, tarixi, milli-pisxoloji, iqtisadi digər amillərin nəzərə alınması çox vacibdir: ”Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri mədəniyyət mərkəzləri ana dilimizin, mədəni irsimizin, adət-ənənlərimizin qorunub saxlanılması, təbliğ olunması sahəsində olduqca xeyirxah, əvəzsiz fəaliyyət göstərir. Azərbaycanın ictimai-siyasi həyatı, burada baş verən demokratik proseslər barədə nəinki soydaşlarımız, eyni zamanda bu ya başqa ölkənin geniş ictimaiyyəti arasında obyektiv məlumat yaymaqda həmin cəmiyyətlərin mədəniyyət mərkəzlərinin səmərəli işi təqdirəlayiqdir. Onlar son illərdə torpaqlarımıza təcavüz etmiş erməni millətçilərinin işğalçılıq əməllərinin, haqsız iddialarının, sərsəm xülyalarının ifşa olunması, əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılması işində böyük səy göstərirlər”.

Etiraf olunur ki, hazırda erməni diasporu ilə müqayisədə Azərbaycan cəmiyyətləri çox zəifdir. 1988-ci ilə qədər ermənilərə qarşı ümumiyyətlə hər hansı addımlar atmaq mümkün olamayıb. Çünki o zaman heç bir təşkilat yaradılmamışdı. Yalnız ermənilərin həyasız bəyanatlarından sonra müəyyən addımlar atıldı. Amma bu heç diasporun yaradılması demək deyildi. Təsadüfi deyil ki, Azərbaycan o zaman diasporun zəif çıxışından çox narazı qalıb: ”1988-ci ilin fevral ayından başlayaraq Azərbaycana qarşı erməni təcavüzü başlayandan sonra xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının səsi uzun müddət eşidilmədi. Belə hal ölkəmizin həqiqətən haqlı təəccübünə səbəb oldu. Çünki həmin ərəfədə dünyada yaşayan ermənilər komitə yaratmışdılar bütün gücləri ilə quldur dəstələrini silahlandırmaqla məşğul idilər. Azərbaycan cəmiyyətlərinin səsləri bütün dünyada 1990-cı il 20 Yanvar faciəsindən sonra eşidilməyə başladı. Məhz bundan sonra qaçqınlara maddi dəstək, yardımlar göstərildi. Dünyanın ədalətsizliyinə qarşı müxtəlif səpkili etiraz aksiyaları gerçəkləşdirildi”.

Qeyd olunur ki, azərbaycanlı biznesmenlərin əksəriyyəti ölkəyə investisiya qoymaq niyyətindədir bunun üçün müvafiq zəruri şəraitin yaradılmasını gözləyirlər.  Bütün bunlar son illərdə müstəqillik demokratiya yolunda geniş addımlar atmağa başlayan dövlətin xaricdə yaşayan soydaşlarımızla bağlı aparılan ardıcıl işlərin konkret addımların nəticəsidir: ”Mədəniyyət Nazirliyi xaricdə fəaliyyət göstərən mərkəzlərə bütün mümkün köməkliklər göstərir. Demək olar ki, cəmiyyətlərin əksəriyyəti ədəbiyyat, rəsm əsərləri, musiqi alətləri, milli geyimlərlə təmin olunub. Bazar günü məktəblərində Azərbaycan dilinin tədrisi üçün onlara nazirlik tərəfindən nəşr olunan “Azərbaycan dilini öyrənək” qramvallar albomu göndərilib. Bütün bunların daha effektiv nəticə verməsi üçün tezliklə Dünya Azərbaycanlılarının Qurultayı keçirilməlidir. Bu, bütün təşkilatlarımızı, cəmiyyətlərimizi eyni məqsəd ətrafında birləşdirə biləcək”.

O zaman arzu olunan bütün işlər bu gün uğurla gerçəkləşdirilir. Göründüyü kimi, dövlətimiz kimi diasporumuzun keçdiyi yol da çox mürəkkəb, keşməkeşli olub. Keçən əsrin 90-cı illərində fəaliyyət göstərən təşkilatlarımız barədə mövzuya növbəti saylarımızın birində toxunacağıq.

 

 

Məhəmməd TAĞIYEV

 

Paritet.-2011.-29-30 noyabr.- S.10.