ATXƏM fəaliyyətini genişləndirir

 

İlham İsmayılov: “Əsas məqsədimiz türkdilli xalqların bir amal uğrunda birləşməsidir”

 

Azərbaycan daim türk dünyasının inkişafında, türkdilli xalqların inteqrasiyasında mühüm rol oynayıb. Bu istiqamətdə dövlət rəsmiləri ilə yanaşı, ictimaiyyəti təmsil edən nümayəndələr təşkilatlanmaqdadır. Azərbaycanlıların digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bu işdə mühüm addımlar atıb. Qeyri-komersiya təşkilatı olan ATXƏM-in əsas məqsədi türkdilli xalqları ümumi maraqlar ətrafında birləşdirməkdir. Təşkilatın nizamnaməsində bu barədə yazılır: Azərbaycanlıların digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ictimai birliyi  ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Qəzetimizə verdiyi müsahibəsində təşkilatın sədri İlham İsmayılov suallarımızı cavablandırdı.

-ATXƏM-in əsas məqsədi, fəaliyyəti bu günə qədər gördüyü işlər barəsində deyə bilərsiniz?

- Təşkilatımızın məqsədi adından da göründüyü kimi, türkdilli dövlətlərlə əlaqələr yaratmaq, onları  bir amal ətrafında birləşdirməkdir. Biz fəaliyyətimizi əsasən bu istiqamətdə qurmuşuq. Eyni zamanda fəaliyyət prinsiplərindən biri Qarabağ həqiqətlərinin türkdilli xalqlara çatdırmaq, bu işdə onların da Azərbaycana dəstək verməsinə çalışmaqdır. Bu istiqamətlərdə Mərkəz çox işlər həyata keçirib bir çox məsələlərdə irəliləyişə nail olmuşuq. Keçən il  dekabr  ayının 2-5-də Şimali Kipr Türk Respublikasında Avrasiya İqtisadi Əlaqələr Cəmiyyəti Lefke Avropa Universiteti ilə birgə “XXI əsrdə türk dünyasımövzusunda beynəlxalq simpozium keçirdik. Şimali Kipr prezidenti Dərviş Eroğlu, baş nazir İrsen Kiçiyin qatıldığı beynəlxalq simpozumda türk dünyası Şimali Kipr, türk dünyasında siyasi, sosial-iqtisadi, diplomatik, elm, təhsil, mədəni tarixi əlaqələrlə bağlı müzakirələr apardıq. Əsas məqsəd türk dünyası üçün vacib olan gələcək strateji hədəflər müəyyənləşdirmək idi. Müzakirələrdə türk dünyası QHT-ləri arasında əlaqələrin qurulması ilə bağlı da ayrıca bir müzakirələr  keçirildi. Bu simpozumda bizim təşkilat Dağlıq Qarabağ problemini gündəmə gətirərək, əsl həqiqətləri iştirakçıların diqqətinə çatdırdı. Bundan başqa Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyənin Ankara şəhərində Dağlıq Qarabağ probleminə türkdilli dövlətlərin dəstəyi barəsində tədbir keçirmişik. Türkiyədə fəaliyyət göstərən 150 mərkəz, QHT siyasi partiyanın da iştirak etdiyi tədbirdə əsas məqsəd Qarabağ həqiqətlərinin çatdırılması idi. Biz bir təşkilat olaraq Qarabağın yalnız Azərbaycanın deyil, bütün türk dünyasının problemi olduğunu önə çəkirik. Sonra iyun ayında başqa bir layihə çərçivəsində Naxçıvanda türk dünyasının akademik tibb tarix yaradıcılığı mövzusunda 4 günlük tədbir keçirmişik. Burada türkdilli dövlətlərdən 47 professor iştirak edirdi. Bu konfransın Naxçıvanda keçirilməsinə səbəb isə türkdilli dövlət başçılarının 2009-cı ildə zirvə görüşünün burada keçirilməsi idi. Bizim əsas məqsədlərimizdən biri Qarabağın Azərbaycanın tarixi torpaqları olması tarix boyu bu torpaqların yalnız Azərbaycana məxsus olduğunu türkdilli dövlətlərin diqqətinə çatdırmaq idi. Ümumiyyətlə, ATXƏM türk dünyası ilə bağlı bir çox konfranslarda iştirak edib. Bunlardan biri iki ay qabaq İstanbulda keçirilən Türk Xalqlarının Forumu keçən ilin dekabrında 21-ci əsrdə türkdilli xalqlar durumu haqqında keçirilən tədbir idi. Burda da ATXƏM-in əsas rolu Dağlıq Qarabağ probleminin gündəliyə gətirilməsi idi. Nəticədə biz konfransın yekun bəyannaməsinin bir çox bəndlərinə Qarabağla bağlı məsələlərin salınmasına nail olduq. Daha bir layihəmiz isə dekabr ayında Kiyev şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq güləş turnirində çıxışımızla bağlı idi. Eyni zamanda bu turnirdə ATXƏM dəstəyi ilə türk mənbələrinə görə Ukrayna tarixi kitabının da təqdimatını keçirdik. Bu günə qədər fəaliyyətimizdə çalışmışıq ki, mərkəzimizin əsas prinsipi olan türkdilli xalqların əməkdaşlığını genişləndirək, Qarabağ həqiqətlərinin bu dövlətlərin ictimaiyyətinin diqqətinə çatdıraq bu problemin həllində həmin dövlətlərin dəstək olmasını təmin edək.

-Türkiyədən başqa fəaliyyətiniz müddətində hansı türkdilli dövlətlərlə əlaqələr yaratmısınız?

- Türkiyə ilə əlaqələrimiz bir dövlət olaraq həmişə möhkəm olub. Burda coğrafi yaxınlığın da önəmi böyükdür. ATXƏM-in əsas əlaqələri Türkiyə ilə olsa da biz həmişə istəyirik ki, digər türkdilli xalqlarla da münasibətlər yaradaq. Amma türkdilli xalqların yerləşdiyi Orta Asiya ilə əlaqələrimizdə zəif gəlişmə var. Bunu nəzərə alaraq  2010-cı ilin avqust ayında mərkəzi Özbəkistanda olmaqla kordinatorluq yaratmışıq. Bu kordinatorluğa Özbəkistanda 20 ilə yaxın Azərbaycan diasporuna rəhbərlik etmiş Akif Ağatalıbov rəhbərlik edir. Yaxın gələcəkdə bizim mərkəzin daha bir ofisini Özbəkistanın Daşkənd şəhərində yaratmağı nəzərdə tuturuq. Çünki Orta Asiya ilə əlaqələrimizə xüsusi önəm veririk çalışırıq ki, bu əlaqələr genişlənsin.

-Sizcə Türkiyəyə nisbətən digər türkdilli dövlətlərlə əlaqələrin zəif olmasının kökündə durur?

- Bizim türkdilli xalqlardan bütün sahələr üzrə daha çox Türkiyə ilə bağlılıqlarımızın olması hamıya bəllidir. Bu da əasən  ümummilli liderimiz  Heydər ƏliyevinBir dövlət, iki millətanlayışından irəli gəlir. Bu münasibətlər istiliyin, yaxınlığın dövlət nümayəndələri səviyyəsində olması ilə bağlıdır. Orta Asiyanın türkdilli xalqları ilə əlaqələrdə problemlərin olmasında isə bəzən dil faktoru da özünü göstərir. Bu xalqların dili Azərbaycan türk dili qədər yaxın anlaşılan deyil. Bundan başqa iqtisadi əməkdaşlığın da zəif olması bu xalqların yaxınlığına mane olur. Lakin son dövrlərdə bu problemlərin həllinə ictimaiyyət nümayəndələri ilə yanaşı hökumətlər çalışır. Keçən il İstanbulda türk dövlət başçılarının 10-cu zirvə görüşü oldu. Burda dövlət başçıları önəmli qərarlar aldı. Bunlardan biri əməkdaşlıq şuralarının yaradılmasıdır. Biz inanırıq ki, bu ildən bu məsələlər sürətlə inkişaf etməyə başlayacaq. O cümlədən burada QHT-lərin üzərinə çox böyük işlər düşür. Biz bunu yaxşı anlayaraq, oradakı QHT-lərlə əlaqələrimizi qurmağa çalışırıq.

-Mərkəz qarşıda hansı işləri görməyi planlaşdırır, bu il fəaliyyətinizi necə qurmaq istəyirsiniz?

-Biz ötənilki fəaliyyətimizlə kifayətlənməyərək türkdilli xalqların əməkdaşlığının genişləndirilməsi Azərbaycanın asas problemi olan Qarabağın işğal altında olduğunu, Ermənistanın Azərbaycana təcavüzünü bütün türk dünyasına çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.  Bu il  Xocalı soyqırımının Qarabağ həqiqətlərinin təkcə türk dünyasında deyil, Avropada da geniş şəkildə gündəmə gətirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biridir. ArtıqXocalıya  ədalətkampaniyası çərçivəsində Fransanın Strasburq şəhərində işlərə başlamışıq. Eyni zamanda may ayında Belçikanın Brüssel şəhərində Azərbaycan dövlətinin inkişafında əsas maneələrdən biri kimi Dağlıq Qarabağ problemi gündəmə gətiriləcək. Bunlar Mərkəzimizin qarşısında duran, yaxın gələcəkdə həyata keçirmək istədiyimiz işlərdir. Bundan başqa gələn həftə Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Strateji Araşdırmalar Mərkəzinin keçirəcəyi bir tədbirə qatılacağıq. Orda önə çəkəcəyimiz əsas məsələ 20 yanvar hadisələrin olacaq. Bu hadisələr zamanında azərbaycanlıların başına gətirilən bəlalar,   ümumilikdə həmin dövr müzakirə olunacaq. Qarşıda yeni layihələrimiz olacaq. İnanırıq ki, türkdilli xalqların bir araya gəlməsinə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına nail olacağıq.

 

 

Asif NƏRIMANLI

 

Paritet.-2011.-18-19 yanvar.- S. 9.