Azərbaycan və Latviya prezidentləri birgə bəyannamə imzalayıblar

 

 Azərbaycanla Latviya arasında mövcud olan iqtisadi əməkdaşlıq potensialından hələlik tam istifadə olunmur

 

Yanvarın 16-da Prezident İlham Əliyev Latviyaya rəsmi səfərə yola düşüb (APA). Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident  Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Riqada Prezident  İlham Əliyevi xanımı Mehriban Əliyevanı Latviyanın yüksək vəzifəli dövlət hökumət nümayəndələri qarşılayıblar.

Yanvarın 17-də isə Riqada rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Latviya Prezidenti Valdis Zatlersin təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcudluğu bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, ikitərəfli münasibətlər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentlərin görüşündən sonra iki ölkə başçısının birgə mətbuat konfransı olub. Azərbaycanla Latviya arasında mövcud olan iqtisadi əməkdaşlıq potensialından hələlik tam istifadə olunmur”. “nasha.lv” saytının yaydığı məlumata görə, bu fikirləri  mətbuat konfransında Azərbaycan Latviya prezidentləri bəyan ediblər.

İlham Əliyev bildirib ki, siyasi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, iqtisadi mədəni sahədə görüləsi çox işlər var. O buna sübut kimi bugünkü Latviya-Azərbaycan biznes-forumunda Azərbaycan biznesinin 50-dən çox nümayəndəsinin iştirak etməsini göstərib.

Valdis Zatlers bildirib ki, biznes-forumda ölkəsini təmsil edən 250-dən artıq adamı iştirak edir. Onun sözlərinə görə, son illər iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi 10 faizə kimi artıb: “İşgüzar əlaqələrin inkişafı üçün Latviya-Azərbaycan Biznes Şurasının təsis olunması çox vacibdir”.

Prezidentlər informasiya texnologiyaları, nəqliyyat, energetika linqvistika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

İlham Əliyevin Latviyaya səfəri çərçivəsində iki ölkənin dövlət başçısı birgə bəyanat imzalayıblar. Bəyanatda digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin vacibliyi qeyd olunub. Tərəflər Latviya Azərbaycanın müstəqilliyi ərazi bütövlüyünə hörmət etdiklərini bildirirlər.

İki ölkə prezidenti ticarət, müdafiə, kommunikasiya, nəqliyyat daşımalar, mülki aviasiya, turizm, səhiyyə, elm, təhsil digər sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bəyan ediblər.

Daha sonra Azərbaycan-Latviya sənədlərinin imzalanma mərasimi olub. Dövlət başçılarıAzərbaycan Respublikası Prezidentinin Latviya Respublikası Prezidentinin Birgə bəyannaməsi”ni imzalayıblar.

Azərbaycan Respublikasının Hökuməti ilə Latviya Respublikasının Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Latviyanın daxili işlər naziri xanım Linda Murniese imzalayıblar.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım informasiya mübadiləsi haqqında saziş”i Azərbaycanın vergilər naziri Fazil Məmmədov Latviyanın Gəlirlər üzrə Dövlət Agentliyinin baş direktoru xanım Nelija Jezdakova imzalayıblar.

Səfər çərçivəsində  Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva,  Valdis Zatlers xanımı Lilita Zatlere Riqa şəhərindəAzadlıqabidəsinin ucaldıldığı mərkəzi meydana gəliblər.

Meydanda fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev xanımı abidənin önünə gül qoyublar, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Hərbi orkestrin ifasında Azərbaycanın Latviyanın dövlət himnləri səsləndirilib. Valdis Zatlers azərbaycanlı həmkarına məlumat verib ki, latış xalqının azadlıq rəmzi olan bu abidə 1935-ci il noyabrın 18-də ucaldılıb. Latviya 1918-ci ildə məhz noyabrın 18-də müstəqil respublika elan edilib. 1940-cı ildə Latviya Sovet İttifaqına birləşdirildikdən sonra bu abidənin önünə gül-çiçək qoymaq, əslində, qadağan olunub.

İlham Əliyev Riqanın qocaman sakini ilə söhbət edib, xatirə şəkli çəkdirib. Dövlətimizin başçısına abidənin yerləşdiyi meydanın ətrafında aparılmış abadlıq işləri barədə məlumat verilib.

Günortadan sonra Latviya Prezidenti xanımı Lilita Zatlers Prezident  İlham Əliyev xanımının şərəfinə rəsmi nahar verilib. Prezidentlər həmçinin Latviya-Azərbaycan biznes-forumunun açılışında iştirak ediblər.

Azərbaycanı biznes-forumda səhiyyə, qida sənayesi, inşaat, turizm, tekstil, mebel, neft sənayesi, maliyyə, nəqliyyat, alternativ enerji ehtiyatları, informasiya texnologiyaları, logistika s. sahələri təmsil edən 56 adamı təmsil edir. Latviya tərəfdən isə biznes-forumda 100-dən artıq adamı iştirak edib. Onlar qida sənayesi, kimya, əczaçılıq, tekstil, kosmetika sənayesi, energetika, informasiya texnologiyaları telekommunikasiya, səhiyyə, turizm, təhsil sahələrini təmsil edirlər. Biznes-forumda maliyyə sektoru, logistika inşaat geniş təmsil olunub.

Səfərin yekununda Latviya Prezidenti onun xanımı Azərbayccan Prezident xanımının şərəfinə rəsmi şam yeməyi veriblər. Qeyd edək ki, dövlət başçımızın  səfəri cavab xarakteri daşıyır. 2005-ci ilin oktyabrında keçmiş Prezident  Vayra Vike-Freyberqa, 2009-cu il avqustun 10-12-də isə hazırkı Prezident  Valdis Zatlers Azərbaycanda rəsmi səfərdə olublar.

 

 

Əkbər

 

Paritet.- 2011.- 18-19 yanvar.- S.2.