Türkiyədə yaşayan azərbaycanlıların I Qurultayı keçiriləcək

 

Ayxan Dəmirçi: ”Diaspor işində birgə fəaliyyət əsasdır”

 

Bu gün Avropanın bir sıra şəhərlərində fəaliyyət göstərən  Azərbaycan diasporları arasında  fəaliyyətinin genişliyi, çoxşaxəliliyi və intensivliyi ilə fəqlənən təşkilatlarımızın da  sayı çoxluq təşkil edir. Uzun illərdir ki, Belçikada fəaliyyət göstərən Azərbaycan Belçika Dostluq Cəmiyyəti(ABDC) də bu təşkilatlar sırasındadır.  ABDC-nin sədri, aktiv şəkildə diaspor fəaliyyəti ilə məşğul olan Ayxan Dəmirçi bizimlə söhbətində Azərbaycan diasporlarının  ictimai -siyasi fəallığı haqqında bəhs etdi.

-Avropadakı  Azərbaycan diaspor təşkilatlarının ümumilikdə fəaliyyətində aktivlik  yüksək  səviyyədədir.  Ancaq bu  təşkilatlarımız  ayrı-ayrılıqda çalışdıqları üçün  fəaliyyətləri  ictimaiyyətdə  çox da səs -səda yaratmır.  Bu səbəbdən də diaspor işində  birgə  fəaliyyət əsasdır. Artıq biz bu birliyi yaratmaq üçün bir sıra maraqlı layihələr icra edirik. Məsələn, İzmir Mədəniyyət Mərkəzi (İMM) ilə birgə layihə kimi Türkiyədə yaşayan  azərbaycanlıların I Qurultayını keçirəcəyik.  Onu da qeyd edim ki, biz birdən -birə bu qurultayı keçirməyi qərara almadıq. Türkiyə, Azərbaycan üçün  birliyin  və həmrəyliyin əsas olduğunun vacibliyini  düşünərək  bu birlik qurultayını  həyata  keçirməyə  qərar vermişik. Sevindirici hal odur ki,  bu gün ətrafımızda dəyərli  dost və qardaşlarımız var, onların dəstəyi ilə   bu qurultayı keçirməyi qərara aldıq.    Diasporumuzun  güclənməsi  üçün ilk  görəcəyimiz iş  aradakı  bütün  ayrılıqları, bölünmələri aradan qaldıraraq birliyimizi hər zaman qoruyub saxlamaqdır.  Hamımız həmrəy olaraq  Azərbaycan  üçün çalışmalıyıq.  Dövlət qurumları, diaspor təşkilatları olaraq daha aktiv çalışmalı, daima qarşılıqlı dialoq  qurulmalı  və güclü azərbaycanlı diasporu yaradılmalıdır. Bir məsələni də xüsusi olaraq vurğulayım ki,  diaspor təşkilatlarının   Azərbaycanın təbliği  istiqamətində həyata keçirəcəyi  beynəlxalq  layihələri dövlət adamları və iş adamları dəstəkləməlidir.

-Belçikada Azərbaycan diasporunun mövqeyi necədir,   orada güclü  bir diaspor təşkilatımız varmı?

- Səmimi olaraq qeyd edim ki, Belçikada  çoxda güclü təşkilatımız yoxdur.  Güclü olmaq üçün maddi və mənəvi  baxımdan  geniş imkanlara sahib olmaq lazımdır. Bu cür  imkanlar da bizlərdə çox olmadığına görə  güclü sayılmırıq. Bu cür dəstəyin olmaması da bizim fəaliyyətimizi  məhdudlaşdırır,  gücümüzü azaldır və həyata keçirəcəyimiz layihələrin icra olunmasına mane olur.  Ancaq öz imkanlarımız daxilində  nələrsə etməyə çalışırıq.

-Belçikada azərbaycanlılarla bağlı hər hansı bir mətbu orqan varmı?

- Belçikada  yaşayan  azərbaycanlıların sayı o qədər də  çox deyil , həmçinin toplu  olaraq   eyni bölgələrdə yaşamırlar. Bu səbəbdən də qəzet, telekanal və radiomuz yoxdur. Ancaq Belçikada   nəşr edilən türk qəzetləri və  həmin mətbu orqanlarda çalışan türk jurnalistləri tərəfindən  Azərbaycanla bağlı məqalələr  nəşr edilir və yayımlanır.  Bu sırada “Yeni habər”,  “Gündem”, “Belçika habər”    başqa bir sıra qəzet və jurnalların adını çəkmək olar.  Bundan başqa  Almaniyada yayımlanan Avropa türk kanalına  mütəmadi olaraq dəvət olunuruq və Azərbaycanla bağlı  müvafiq məlumatları veririk. Onu da xüsusi olaraq vurğulayım ki, keçən il sözügedən kanalda  Xocalı soyqırımı ilə bağlı məlumatlar verdik.

-Bəs,  ABDC-nin internet saytı varmı?

- Hazırda internet saytımız üzərində işlər davam etdirilir. Bilirsiniz bu gün saytlarda fransız dilində Azərbaycanla bağlı məlumatlar  var. Ancaq flaman dilində  isə demək olar ki,  Azərbaycanla bağlı məlumat yoxdur.  Bunun üçün istifadəyə verəcəyimiz saytda flaman dilində  gündəlik məsələlərlə yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı ilə bağlı yazılar yerləşdirəcəyik.  Bu məlumatların bu qeyd etdiyim dilə tərcümə olunmasına  müəyyən müddət  vaxt  ayırmalıyıq. Ancaq bu il saytımızı istifadəyə verəcəyik.

- Belçikada təhsil alan  azərbaycanlı tələbələrin diaspor işində fəallığı  necədir təşkilatınızın gənc üzvü varmı?

- Qeyd etdiyim kimi Belçikada çoxlu sayda  azərbaycanlı yaşamadığı üçün  gənclərimiz çox deyil.  Yəni bu gün Belçikada təhsil alan bir  neçə azərbaycanlı gənc var. Keçirdiyimiz tədbirlərimizə  gənclərimizi dəvət  edirik   onların bu sahədə fəal olmasına çalışırıq.

-Azərbaycanla  Belçika  arasında  iqtisadi, siyasi mədəni əlaqələr hansı səviyyədədir?

- Mən bu məsələyə  bir müşahidəçi olaraq cavab verə bilərəm.  Azərbaycan dövləti onun müvafiq  təşkilatları iki   ölkə arasındakı əlaqələrin  dərinləşməsi  üçün lazımi tədbirlər icra edirlər.  Son illərdə  bu sahədə  irəliləyişlərində olduğu müşahidə edilir. Məlumat üçün bildirim ki,  Azərbaycan Prezidenti cənab İlham Əliyev 2009-cu ildə  Belçikaya səfəri zamanı bu ölkənin baş naziri ilə görüşüb bir sıra müvafiq qərarlar qəbul olunmuşdur.  Ötən ilsə  Azərbaycanın bir sıra şəhərlərinin regionlarının icra başçıları   Belçikaya səfərləri zamanı Valoniya Flamandiya  bölgələrində mühüm  görüşlər keçirmişdilər.    Flamandiya  bölgəsində görüşlər zamanı Azərbaycan nümayəndə heyətini Azərbaycanın Belçikadakı  diaspor rəhbəri kimi  mən müşayiət etdim. İnanıram ki, gələcək illərdə  iki ölkə arasında əlaqələr daha da inkişaf edəcək bir sıra irəliləyişlər olacaq.

-Tariximizin mədəniyyətimizin  təbliği  istiqamətində hansı işləri görürsünüz?

- İlk əvvəl onu xatırladım ki,  20 Yanvar  faciəsi -hadisələri başlayanda Belçikada yaşayan  azərbaycanlılar    türklər  böyük mitinqlər edərək  rusların  törətmiş olduğu qırğına etiraz edərək,  hər zaman Azərbaycanın yanında olduğumuzu  bəyan etmişdik.  Fikrimcə 20 Yanvar  faciəsi  qanlı tarixlə birlikdə həm qəhrəmanlıq tariximizdir.  Belə ki, şəhidlərimizin qanı bahasına olsa da  Azərbaycan müstəqilliyinə qovuşdu.  Təbii ki, bizdə hər il Azərbaycanın  Brüsseldəki  Səfirliyi ilə birlikdə  20 Yanvar  faciəsinin anım  mərasimini keçiririk. Bundan başqa Xocalı soyqırımı 31 Mart  soyqırımı ilə bağlı  Belçikada müxtəlif adda tədbirlər keçiririk.  Reallaşdırdığımız mitinq konfranslarda belçikalılara  Belçikada yaşayan xalqlara broşür  bu faciələrlə bağlı olaraq  müxtəlif məlumatların yer aldığı  kitabçalar paylayırıq.  Ən son olaraq 2010-cu ildəXocalıya ədalətkampaniyası çərçivəsində digər diaspor təşkilatlarımızla birlikdə Brüsselin məşhur  prospektlərində  yürüşlər təşkil etmişdik.  Eyni zamanda Avropa təşkilatlarının  rəhbərlərinə avropalı belçikalı millət vəkillərinə etiraz məktubları göndərmişdik.

2010-cu ildə  ABDC olaraq  20 Yanvar  faciəsində  həlak olan soydaşlarımızla bağlı anım mərasimi keçirmişik. Xocalı soyqırımı ilə bağlı  mitinq təşkil etmişdik. Belçikadakı erməni səfirliyinə, Avropa parlamentinin rəhbərlərinə  İnsan Haqları Məhkəməsinə Qarabağ işğalı ilə bağlı məktublar göndərilmişdi. Bundan başqa  Avropada ayrıca yayımlanan  Avropa televiziyasında cəmiyyət rəhbəri olaraq Qarabağ işğalı ilə bağlı proqramların yayımlanmasına nail olmuşuq.

Bundan başqa təntənəli şəkildə Novruz bayramını qeyd etmişik. Belçikaya  Azərbaycanın bir sıra şəhər regionlarının icra hakimiyyətlərinin iştirakı ilə toplantı keçirmişik.  Həmçinin  Əsmayə Cavdovanın başçılıq etdiyi Azərbaycanda fəaliyyət göstərən Ziyalı Qadınlar Dərnəyinin idarə heyəti ilə  görüşümüz olub. 28 May Respublika Günü ilə bağlı futbol turniri təşkil etmişdik. Belçikadakı səfirliyimizin dəstəyi ilə burda AzərbaycanınQartallarfolklor qrupunun çıxışını təşkil etmişdik. Bundan başqa Azərbaycan poeziyasını   Belçikada tanıtmaq məqsədiylə, səfirliyimizin dəstəyi ilə poeziya axşamı keçirtdik.

Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan mədəniyyətinin  Belçikada  tanıdılması ilə  əlaqədar  bir sıra tədbirlər həyata keçiririk. Məsələn,  bu tədbirlər sırasında Novruz bayramı şənliyi, qədim kökləri olan folklor nümunələrimizlə bağlı, bundan başqa Respublika Günü ilə bağlı tədbir keçiririk. Poeziya  gecələri keçiririk.  Bu tədbirlərimizdə hər zaman Azərbaycanın milli mətbəxinin nümunələrini təqdim edirik, eyni zamanda iştirakçılara  Azərbaycan mədəniyyəti haqqında broşürlər veririk.

- Belçikada erməni diasporunun gücü hansı  səviyyədir?

- Dünyanın bir çox  yerlərində olduğu kimi  Belçikada da erməni diasporu var və güclü fəaliyyət göstərir.  Bunun da əsas səbəbi məlum olduğu kimi  onların  ABŞ-a   və Avropaya  daha əvvəlcədən gəlməsi idi.  Onlar artıq bu cəmiyyətə inteqrə olunub və    müəyyən mövqe  tutublar.  Bu səbəbdən də  xüsusi olaraq  vurğulayım ki, Azərbaycan diasporu gənc olsa da son illərdə  erməni diasporuna və onların  uydurduğu yalanlara qarşı gücünü ortaya qoya bilər       hətta daha güclü addımlar ata bilər.

- ABDC-nin binası varmı?

-Hazırda  binamız yoxdur. Buna səbəb də maliyyə imkanlarımızın az olmasıdır.  Amma  indi fəaliyyətimizi  bizə yaxın olan dost və qardaşlarımızın ofisində davam etdiririk.

 

 

Günay ƏLIYEVA

 

Paritet.- 2011.- 27-28 yanvar.- S. 8.