Vulkan haqqında

Yerin daxilində temperatur yüksək olduğu üçün süxurlar əriyib bir-birinə qarışır maqma əmələ gətirir. Yerin daxili qatlarından yüksək təzyiq ilə odlu maqmanın Yer səthinə çıxması prosesinə vulkanizm deyilir. Çıxan püskürmə materialları soyuyaraq kəsilmiş konus formasında təpələr əmələ gətirir ki, buna da vulkan deyilir. Vulkan Yerin daxilində baş verən dəyişikliklər nəticəsində maqmanın xaric olması ilə müşahidə olunan geoloji strukturdur Vulkanları öyrənən elm vulkanologiya adlanır. Maqma Yer səthinə vulkan boğazı ya vulkan kanalı vasitəsi ilə püskürür. Vulkanın səthdə püskürdüyü yerdə əmələ gələn qıfvari çökəklik krater adlanır. Vulkanlar çox güclü olduqda onların kraterləri kiçik olur yaxud heç olmur. Diametri 1500 metrdən artıq olan krater kaldera adlanır. Ən böyük kaldera Yaponiyadakı Aso, Flippindəki Apo vulkanlarının kalderasıdır. Yer səthinə çıxan qazları uçmuş, soyumuş maqma lava, vulkan boğazında bərkimiş lava isə nekk adlanır. Başqa sözlə desək, müəyyən vaxtdan sonra eroziya denudasiya nəticəsində vulkanik dağ aşınır vulkan boğazında soyumuş lava qayalı təpə əmələ gətirir ki, buna da nekk deyilir. Məsələn, Qazax rayonundakı Göyəzən dağı. Vulkan püskürən zaman odlu maqmanın temperaturu 850º 1250ºC arasında olur. Püskürmə məhsullarına görə vulkanlar iki cür qruplaşdırılır:

 

1. Sıyıq maqma püskürən vulkanlar

2. Turş tərkibli maqma püskürən vulkanlar

 

Okean tavalarındakı bir çox vulkanlar sıyıq məhlula bənzər lava püskürürlər. Sıyıq maqma püskürən vulkan lavaları daha aşağı temperaturda (870º

 

C) axma qabiliyyətinə malikdir. Sıyıq maqma püskürən vulkanların kraterlərinin sayı bir olur. Sıyıq maqma püskürən vulkanlarda vulkan konusunun yamacları daha az meyilli olur. Ona görə bu vulkanlaraqalxanvari vulkanlar deyilir. Onların diametrləri böyük, yamacları az meyilli olur, konusa bənzəyir. Buna Havay tipli vulkanları Mauna Loa, Mauna Kea, Klauea, Heklanı s. misal göstərə bilərik. Sıyıq maqma püskürən vulkanlara qalxanvari vulkanlar deyildiyi kimi Havay tipli vulkanlar da deyilir.

Turş tərkibli vulkan lavaları isə temperatur çox yuxarı olsa belə axmaz olurlar. Turş tərkibli maqma püskürən vulkanlarda vulkan borusunda tıxac əmələ gəlməsi mümkündür ki, bu zaman maqma özünə ya yeni yollar açaraq yeni kraterlər yaradır ya da ki, var olan konusun üst hissəsini parçalayıb qıfşəkilli forma əmələ gətirir. Diametri 100-200 metr olan kiçik kraterli bu forma maar adlanır. Ən tipik maarlar Reyn-Şist dağlarındakı Eyfel maarlarıdır. Belə vulkanlar mürrəkkəb ya çox dik vulkanlar olduqları üçünstratovulkanlar adlanır. Stratovulkanlar qatı lava axınlarından ya qırıntı məhsullarından ibarət olur. Stratovulkanların sahəsi kiçik, hündürlükləri çox, yamacları isə dik olur.

 

Vulkanlar iki yerə bölünür:

 

1. Fəaliyyətdə olan vulkanlar

2. Sönmüş vulkanlar

 

Püskürməsi haqqında əldə tarixi yazılı məlumat olan vulkanlara fəaliyyətdə olan vulkanlar deyilir. Yer üzərində 817 fəal vulkan qeydə alınmışdır ki, onlardan 620-si yaxın zamanlarda püskürmüşdür. Fəaliyyətdə olan vulkanların təqribən 75 %-i Sakit okeanın odlu qurşağı və Böyük Zond adalar qövsündə yerləşir. Zəlzələlər kimi vulkanlar da cavan, seysmik ərazilərdə, tavaların sərhədində daha çox müşahidə edilir. İtaliyada Vezuvi (1281 m), Etna (3323 m), Stramaboli, İslandiyada Hekla (4191 m), Rusiyadakı Kamçatka yarımadasında Klyuçovskaya Sopka (4688 m), Avaçinskaya Sopka, Yaponiyada Fudziyama (3776 m), Zond adalarında Kerinçi (3800 m), Slamet (3430 m), Aquna, Amerikada yerləşən Havay adlarında Mauna Loa, Mauna Kea, Kilauea, Cənubi Amerikada Kotopaxi (5897 m), San-Pedro (5974 m), Ruis (5400 m), Şimali Amerikada Meksikada Orisaba (5747), Taxumulko (4220 m), Şasta (4317 m), Reynir (4392 m), İndoneziyada Krakatau (813 m), Yeni Zelandiyada Ruapexu (2797 m), Şərqi Afrikada Klimancaro (5895 m), Qərbi Afrikada Kamerun (4070 m), Antraktidada Erebus (3794 m) və s. fəaliyyətdə olan ən məşhur vulkanlardır. Bizim eranın 79-cu ilində Vezuvinin püskürməsi nəticəsində Neapolun cənubundakı Pompey şəhəri bütünlüklə vulkan külünün altında qalmışdır. Etna vulkanı hər 10 ildən bir güclü püskürür.

Püskürməsi haqqında əldə heç bir tarixi yazılı məlumat olmayan vulkanlara sönmüş vulkanlar deyilir. Yer kürəsinin sönmüş vulkanları daha çoxdur. Onlar haqqında heç bir məlumat olmasa da, vulkan külləri, kraterlər, vulkan konusları nə vaxtsa burada çox güclü vulkanizm prosesinin olmasını sübut edir. Alp dağlarında, Türkiyədə Böyük Ağrı, Kiçik Ağrı, Böyük Qafqaz dağlarında Elbrus (5642 m), Kazbek (5033 m), Azərbaycanda Kiçik Qafqaz dağlarında Böyük İşıqlı, Qızılboğaz (3550 m), Axar-Baxar, Gəlinqaya, Cənubi Amerikada Çimboraso (6310 m),

Lyulyaylyako (6723 m), İranda Savalan (4821 m), Səhənd (3722 m), Dəmavənd (5604 m) və s. ən məşhur sönmüş vulkanlardır. Qədim vulkan püskürmələrinin izləri Qarabağ vulkanik yaylasında da öz izlərini saxlamışdır. Bəzən sönmüş hesab edilən vulkanlar yenidən fəaliyyətə başlayır. Belə vulkanlarıyatmış vulkan adlandırırlar. Məsələn, 1960-cı ildə Çilidə zəlzələ zamanı sönmüş vulkan hesab edilən 9 vulkan püskürdü.

Yer kürəsində psevdo (yalançı) vulkanizm prosesinə aid edilən palçıq vulkanları da geniş yayılmışdır. Bu vulkanlar püskürən zaman Yer səthinə maqma yox, palçıq (salza) axır. Deməli, palçıq vulkanları maqmatizm prosesi ilə bağlı olmayan püskürmələrdir. Onlar 4-6 km dərinlikdə su, qaz, neft toplanan ocaqlardan qidalanırlar, püskürürlər və hündürlükləri az olur. Vulkan borusunu ətrafında toplayan kəsəkli palçıq brekçi adlanır. Əsasən neftli-qazlı dağlıq ərazilərdə olan palçıq vulkanları ölkəmizdə geniş yayılmışdır. Azərbaycan palçıq vulkanlarının sayına görə seçilir. Azərbaycanda təxminən 250 palçıq vulkanı var. Qobustan və Xəzərin şelfi palçıq vulkanları ilə daha zəngindir. Onlardan ən hündürü hündürlüyü 400 metrə çatan Torağaydır. Keyrəki, Kənizdağ, Şıxzəyirli, Böyük Kənizə, Bozdağ, Osman Bozdağ, Güzdək, Lökbatans. ölkəmizin əsas palçıq vulkanlarıdır. Rusiyada Taman, Ukraynada Kerç, ABŞ-daMeksikada da palçıq vulkanları vardır.

Vulkan və zəlzələlər çox baş verən ərazilərdə yeraltı suların temperaturu yüksək olur. Həmçinin bu suların tərkibində çoxlu duzqaz olduğuna görə onları mineral sular adlandırırlar. Suların isti olmasının səbəbi səthə yaxın olan qaynar maqmaların təsiridir. Vulkanik ərazilərdə bəzən fəvvarə şəklində isti su buxarın səthə çıxdığı müşahidə edilir ki, buna qeyzerlər deyilir. Qeyzerlərin səthə çıxdığı dairəvi çökəkliklər qrifonadlanır. Qeyzerlər daha çox ABŞ-da Kordilyer dağlarında, Rusiyada Kamçatkada, Azərbaycanda İstisu bulağı, Yeni Zelandiyada, İslandiyada, Sakit okean adalarında, Böyük Zond adalarında yayılıb. Qeyzerlərlə zəngin olan ölkələrdə GeoES-lər fəaliyyət göstərir. Məsələn, Rusiya, ABŞ, Yeni Zelandiya, İslandiyas. Kamçatkadakı Velikan qeyzeri hər 5-6 satdan bir 40-50 metr hündürlüyə fontan vurur.

Vulkanik ərazilərdə səthə yaxın qaynar maqmanın təsiri ilə yeraltı suların qızması termal suları əmələ gətirir. Termal sulara Azərbaycanda, Türkiyədə, İranda, Yapniyada, İslandiyada, Kamçatkadas. rastlamaq olar.

 

 

Səfərov Elnur

 

Paritet.- 2012.- 20 sentyabr.- S.12.